Klassik-yeni müxalifət davası - FOTOLAR
Siyaset
Oxunub: 597
21 in 2018 | 21:44
Klassik-yeni müxalifət davası - FOTOLAR















Azərbaycanın radikal müxalifəti demokratiya libasına bürünsə də əsl gerçəklikdə diktatorsayağı davranışdan əl çəkə bilmir. 1993-cü ildən indiyə qədər müxalifətçiliyi həyat tərzinə çevirənlər göydə günəşin tutulmasına, yerdə zəlzələ, daşqın, sunami kimi təbiət hadisələrinin olmasına görə də iqtidarı günahkar bilməyi özlərinə peşə seçiblər. 25 ildir bu "peşə xəstəliyindən” əl çəkə bilməyənlər vaxtaşırı bir-birlərinə qənim kəsilməyi də bacarıblar. Hər dəfə seçkilərdə biabırçı şəkildə məğlub olan radikallar proses başa çatandan sonra bir-birlərinin ünvanlarına ən təhqiramiz ifadələr səsləndirib, qarşılıqlı ittihamlarla çıxış edib, yollarını ayırıblar. "Ata-ana müxalifət” adı uğrunda mübarizə aparan AXCP və Müsavat belə "çarpışmalarda” daha çox diqqət çəkiblər. Öz partiyaları daxilində normal seçki keçirməyi bacarmayan, rəqiblərini, fərqli fikir bildirənləri ən müxtəlif vasitələrlə, o cümlədən şər-böhtan atmaqla, mənəvi terrora məruz qoymaqla kənara tullayıblar. Beləliklə də ömürlərinin böyük hissəsini müxalifətçiliyə qurban verənlər diktatorsayağı idarəetmənin qurbanlarına çevriliblər. Radikal müxalifət liderləri sədarət kürsülərini əllərindən verməmək üçün yeni nəsil müxalifətçilərin qarşısına da "iri dəyirman daşı dığırlamağı” yaddan çıxarmayıblar. Hətta buna görə zaman-zaman müxalifət daxilində klassik və yeni müxalifət söz-söhbətləri xeyli gərginlik yaradıb. Ancaq radikal liderlərin bir işarəsi ilə həmin o "sözə baxmayan uşaqlar” dərhal partiyadan uzaqlaşdırılıblar. Bunun nəticəsidir ki, əli kərimlilər, arif hacılılar bu gün də "alternativsiz müxalifət liderləri” kimi "boy atmaqda”, varlıqlarını sürdürməkdədirlər.
Bu günlərdə müxalifət cameəsində daha bir gərginlik yaşanıb. Bu dəfə həmin gərginliyin səbəbi hazırda Almaniyada yaşayan Emin Milli və tərəfdaşlarının klassik müxalifət ünvanına sərt fikirlər səsləndirmələri olub. Müxtəlif bəhanələrlə xaricə sığınan bu qrant dəllalları klassik müxalifəti bacarıqsızlıqda ittiham ediblər. Misal üçün, xarici dairələrin maliyyələşdirdiyi "MeydanTv”nin rəhbəri E.Milli "Facebook” vasitəsilə klassik müxalifətin, daha dəqiq desək, radikallığı ilə diqqət çəkən AXCP-nin və onun sədri Əli Kərimlinin bostanına daş atıb. O, 20-25 ildir Azərbaycanda siyasi hakimiyyətin dəyişməməsinə görə müxalifətdə təmsil olunanların məsuliyyət daşıdıqlarını qeyd edib. Xüsusilə vurğulayıb ki, Ə.Kərimlinin bu məsuliyyətsizlikdə, uğursuzluqda öz payı var. Yəni, E.Millinin məntiqinə görə, müxalifət zəif olduğuna, xalqın etimadını itirdiyinə görə seçkilərdə səs toplaya bilmir, daim məğlub olur. Ələkçinin qıl verəni rolunda çıxış edən başqa bir "mühacir” Həbib Müntəzir də aşnası E.Millinin bu fikirlərinə dəstək olub. Hər ikisi "Oyan” adlı məxfi bir hərəkatdan danışaraq, klassik müxalifətin effekt vermədiyini, gizli təşkilatlanmaqla guya Azərbaycandakı mövcud iqtidarı devirəcəklərini təbliğ ediblər. Maraqlı və gülməli məqam həm də budur ki, hər iki şəxs bu məqsədlə çəkib yaydıqları video söhbətdə Azərbaycandakı siyasi proseslərə müdaxilə etmək fikrində olmadıqlarını dönə-dönə bəyan ediblər. Guya siyasətlə məşğul olmaq həvəsində olmadıqlarını söyləyən hər iki gənc "Oyan” hərəkatına üzv olmayacaqlarını da bəyan ediblər. Yəni, siyasi bəyanatlar verən, başlarından böyük qələtlərə yol açanlar guya siyasətlə məşğul olmayacaqlarını bəri başdan dilə gətiriblər.
5-10 avro müqabilində Vətən, millət maraqlarını satan, ölkəsinə dönük çıxan E.Milli və H.Müntəzir kimilərinə klassik müxalifətin cavabı da özünü çox gözlətməyib. AXCP sədri Ə.Kərimli "MeydanTv”nin "Facebook” səhifəsində canlı yayıma çıxaraq, E.Milli və onun düşüncədə olanların ünvanına sərt fikirlər səsləndirib. O, E.Millinin bu yanaşmasını ədalətsizlik və müxalifət daxilində çaxnaşma yaratmaq istəyi kimi qələmə verib. E.Millini bu mövqeyinə görə dünyadan bixəbər, elmilikdən uzaq, analiz qabiliyyəti zəif şəxs kimi xarakterizə edib. Eyni zamanda ritorik sual edib ki, əgər klassik müxalifət bacarıqsızdırsa, qeyri-klassik müxalifət nə üçün meydana çıxmır, bir iş görmür, özünü tanıtmır? Ə.Kərimli E.Milli və onun düşüncəsində olanları əvvəl müxalifət olmağa, daha sonra klassik və ya yeni müxalifət ayrı-seçkiliyi etməyə səsləyib. Ə.Kərimli "MeydanTv”yə müsahibəsində Ermənistanda baş verənləri demokratik inqilab kimi xarakterizə etməklə ermənilərə simpatiyasını da gizlətməyib, bir növ emin milliləri ermənilərdən ibrət götürməyə çağırıb.

Ə.Kərimlinin yaxın dostu, hazırda Fransada yaşayan Qənimət Zahid də məsələyə spektik yanaşıb. O, internet üzərindən yayımlanan kanalda müəllifi olduğu verilişdə sətiraltı sözlərlə E.Milli və H.Müntəzirin fikirlərini saf-çürük edib. Q.Zahid gizli təşkilatlanmanın məsuliyyətsizlikdən, düşüncəsizlikdən qaynaqlandığını, bunu edən şəxslərin insanları hüquq-mühafizə orqanlarına "ilişdirmək” istədiklərini dilə gətirib. O, bir növ E.Milli və onun düşüncədə olanları "işverənlikdə”, hökumətin agentliyini etməkdə günahlandırıb. "Facebook”da qarşılıqlı ittihamlarla müşayiət olunan bu "söz davasına” sosial şəbəkə istifadəçiləri də öz münasibətlərini bildiriblər. Təbii olaraq, AXCP funksionerləri, cəbhəçi trollar Ə.Kərimliyə dəstək verib, onun müdafiəsinə qalxıblar. E.Milli, H.Müntəzi və onun kimilərini müxalifətçiliyi bacarmayıb ölkədən qaçaq düşənlər kimi təqdim ediblər. Bildiriblər ki, onlar öz bacarıqsızlıqlarını "ört-basdır etmək üçün” AXCP sədrini hədəfə alıblar. Qeyd olunub ki, xaricdə oturub müxalifəti qınayanlar aldıqları qrantlar hesabına media qurumu yaradıblar, amma ortaya faydalı iş qoya bilməyib, heç bir nəticə əldə etməyiblər. \\kaspi.az\\
Klassik-yeni müxalifət davası - FOTOLARKlassik-yeni müxalifət davası - FOTOLARKlassik-yeni müxalifət davası - FOTOLARKlassik-yeni müxalifət davası - FOTOLAR
Dünən, 16:00
Siyasət meydanının 10 nömrəsi... - Hər vurduğu qol olur...
Dünən, 15:30
“Rusiya hərbçilərini Qarabağdan çıxmaq istəmirdi, amma...” - Diplomatik uğur və məntiqi nəticə
Dünən, 14:22
Rus əsgərinin Qarabağdan... çıxışlıq halı - O MÜBARƏK AN...
Dünən, 14:00
Qarabağ... bax indi AZƏRBAYCANDIR! - HƏQİQƏTƏN DƏ...
Dünən, 13:39
İnsan qanı ilə qidalanan “vampir bakteriyalar” - Kimlər risk altındadır?
Dünən, 13:01
Nazir müavini təyin olunan Axundov kimdir? – DOSYE
Dünən, 13:00
Qərbin vasitəçiliyi: Boş-boş danışıqlar və... - FAKT BUDUR!
Dünən, 12:57
40-a yaxın müdir işdən çıxarılıb, 200-ə yaxını isə... - RƏSMİ
Dünən, 12:51
Rusiya sülhməramlılarının Azərbaycandan çıxması prosesi davam edir
Dünən, 12:02
Sürücülərin NƏZƏRİNƏ: Bu yol üç gün bağlı olacaq - FOTO
Dünən, 11:55
Bakının bu ərazisində söküntü: Bina tikiləcək - VİDEO
Dünən, 11:49
Nazirə yeni müavin təyin edildi - SƏRƏNCAM
Dünən, 11:23
İcra ediləcək yeni layihə 230 min hektar əkin sahəsini əhatə edəcək
Dünən, 10:49
Biləsuvarda gündəm olan molla: Oxunan Qurandır, ya mahnı? - VİDEO
Dünən, 10:39
Azərbaycanda şəxsiyyət vəsiqələri ilə bağlı YENİLİK - VİDEO
Dünən, 10:05
Bu şənbə Bakıda iməcilik keçiriləcək
Dünən, 09:56
Avro və lirə bahalaşdı
Dünən, 09:50
Urmiya gölünün son peyk görüntüsü - FOTO
Dünən, 09:18
Fransanın Qafqaz planı iflasa uğrayır: Parisin Bakıya təzyiq cəhdləri boşa çıxır
Dünən, 09:17
Bu yolda qəza: uzun tıxac yarandı - FOTO
Dünən, 09:00
Bu gün Başlıbel faciəsinin ildönümüdür
17-04-2024, 16:00
Qiyamətdən qurtuluş üçün zərdab - NƏ BAŞ VERİR?
17-04-2024, 15:30
Bu atəşin Cənubi Qafqaza və Türkiyəyə sıçrama ehtimalı var - GƏLİŞMƏ
17-04-2024, 14:22
İrəvan Bakının təklifini qəbul etməyə məcburdur - Əks halda...
17-04-2024, 14:07
Kremldən sülhməramlıların Azərbaycandan çıxarılması ilə bağlı RƏSMİ AÇIQLAMA
17-04-2024, 13:42
Qərb Azərbaycanı seçir, Ermənistan isə… - Arakelyan
17-04-2024, 12:21
Paşinyan Azərbaycan kəndinə gəldi