Habil Məmmədov həbs olunacaqmı? - Ona qarşı bir sürü ittiham var
Siyaset
Oxunub: 672
5 iy 2018 | 16:55
Habil Məmmədov həbs olunacaqmı? - Ona qarşı bir sürü ittiham var
















Vergilər nazirinin müşaviri Habil Məmmədov vəzifəsindən azad edilib. Bu xəbər adi vətəndaşlar üçün sıradan bir məlumatdır: O baxımdan ki, Azərbaycanda 15-dən yuxarı nazirlik, hər nazirin də bir neçə müşaviri var, hansısa nazirin müşavirinin işdən azad olunması elə də ciddi rezonans doğuracaq məsələ deyil.

Lakin H.Məmmədovun vergilər nazirinin büdcə proqnozları üzrə müşaviri vəzifəsindən azad olunması biznes çevrəsində çox böyük rezonansa səbəb oldu.

Kimdir H.Məmmədov? Vergi generalı, 3-cü dərəcəli vergi müşaviri. Vergi orqanlarında 90-cı illərdən işləməyə başladığı deyilir. Onu vergi qanunvericiliyini dərindən bilən, vergilər sahəsində nəzəri və praktiki bilikləri geniş olan bir kadr kimi xarakterizə edirlər. Lakin bu biliklərin vergi orqanlarının Azərbaycan sahibkarlığının inkişafına dəstək verməsinə sərf olunduğunu söyləmək mümkün deyil. Məsələ burasındadır ki, H.Məmmədov vergi orqanlarında sahibkarlara divan tutulması prosesinin əsas təşkilatçılarından biri hesab olunur. Onun xüsusilə orta və iri sahibkarlardan rüşvət toplanması sxeminin yaradıcısı, icrasına baş nəzarətçi olduğu bildirilir.

Redaksiyamıza verilən məlumata görə, H.Məmmədov vergi qanunvericiliyində sahibkarlar üçün “tələ”lərin düşünülüb hazırlanmasında “əvəzsiz” rol oynayıb. Daha sonra isə həmin “tələ”lərə düşən sahibkarlar oradan çıxardılmaq üçün iri məbləğdə pullar ödəməyə məcbur ediliblər. Hətta H.Məmmədovun iş otağının adını sahibkarlar kinayə ilə “dinməver” otağı qoyublarmış...

Maraqlıdır ki, 2011-ci ildə mətbuat Vergilər Nazirliyi yanında Vergi Auditi Departamentinin rəisi işləyən H.Məmmədovun vəzifəsindən kənarlaşdırılması və həbs olunması barədə məlumat yayıb. Bundan başqa, onun həbsdən azad edilərək ev dustağına çevrilməsi barədə də informasiya dərc olunub.

Həmin vaxt Vergilər Nazirliyi Analitik İnformasiya Mərkəzindən H.Məmmədovun əmək məzuniyyətində olduğuna dair açıqlama verilib.

2015-ci ildə H.Məmmədov Bakı Vergilər Departamentinin rəisi vəzifəsinə təyin olunub. O, ötən ilin dekabrında prezident tərəfindən vəzifəsindən uzaqlaşdırılan sabiq vergilər naziri Fazil Məmmədova ən yaxın kadrlardan biri hesab olunurdu. Mətbuatda H.Məmmədovun keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun dəstəsi ilə yaxın münasibətlərinin olduğuna dair məlumatlar da yer alıb. Xüsusilə də MTN-in Transmilli Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin rəis müavini Füzuli Əliyevlə sıx əlaqəsi olduğu deyilir. F.Əliyevin H.Məmmədovla sıx əlaqədə olduğu günlərdə iri sahibkarlar MTN-in Transmilli Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinə çağırılıb, orada var-dövlətləri, milyonları əllərindən alınıb. Ehtimal olunur ki, MTN çetesinə ötürülən orta və iri sahibkarlar barədə məlumatların əldə olunmasında H.Məmmədovun bilgiləri mühüm rol oynayıb. Lakin F.Məmmədovla yaxınlığına görə MTN işi üzrə istintaqa cəlb edilməyib.

Qeyd edək ki, 1995-ci ildən vergi orqanlarında çalışan və Vergi Auditi Departamentinin rəisi, Vergilər Nazirliyi yanında Lokal Gəlirlər Departamentinin baş direktoru və nazirin müşaviri kimi mühüm postlar tutan H.Məmmədovun F.Məmmədovun ardınca dərhal işdən azad ediləcəyini gözləyənlər çox olsa da, yeni nazir gözlənilənin əksinə olaraq, onu bir neçə ay vəzifəsində saxladı.

H.Məmmədovun illər uzunu sahibkarlardan topladığı pullar hesabına böyük biznes qurduğu bildirilir. Onun Nərimanov rayonunda yerləşən “Fosfor” hotelinin sahiblərindən biri, həm ölkə daxilində, həm xaricdə biznes qurumları, obyektləri və lyuks avtomobillər kolleksiyasına malik olduğu da qeyd edilir. Yayılan məlumatlara görə, onun Novxanıda, Bilgəhdə, Şüvəlanda və şəhərin bir neçə yerində villaları, hündürmərtəbəli binaların altında 5-10 min kv metrlə olçülən obyektləri var.

Bunlarla yanaşı, Habil Məmmədovun Çexiyada da qiyməti bir neçə milyon dollarla ölçülən hotelə sahib olduğu da söylənilir.

Sabiq vergi məmurunun qiyməti 200 min-dən yuxarı olan bir neçə avtomobilinin olduğu, avtomobil kolleksiyasında “Brabus”, “Lexus”, “Mercedes” S clas və digər markaların yer aldığı bildirilir.

Xatırladaq ki, F.Məmmədov işdən azad ediləndən az sonra 10-dək sahibkar vergi orqanlarından məhkəməyə şikayət etmişdi. Ehtimal olunur ki, bu şikayətlər üzrə aparılan araşdırmanın bir ucu H.Məmmədova qədər gedib çıxıb. Onun vəzifədən alınmasında Vergilər Nazirliyində tamamilə yeni struktur formalaşdırmağa başlayan yeni nazirin köhnə sxemlərin qurucularından qurtulmaq istəyi də mühüm rol oynayıb.
“Yeni Müsavat”
Bu gün, 16:00
Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik... - NƏ OLDU?
Bu gün, 15:30
Ermənistanın demarşı: Rusiyanın ikinci cəbhə açmaq imkanı yoxdur - NƏ BAŞ VERİR?
Bu gün, 14:22
Yüz minlərlə azərbaycanlı Rusiyadan geri qayıdır? - NƏ ETMƏLİ?
Bu gün, 13:16
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
Bu gün, 13:00
Şahmar Hüseynov vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
Bu gün, 11:56
Sabah yerimizdə oturacaqlar, qan töküləcək, Azərbaycana qaytarılmalıdır – Andranik Köçəryan
Bu gün, 10:53
"Xəzər Lənkəran"la bağlı şad xəbər - Seçimlərə başlandı
Bu gün, 10:12
“Yaxın günlərdə daha 73 nəfərin adları ictimaiyyətə açıqlanacaq”
Bu gün, 10:08
Azərbaycanda dövlət xadimlərinin həyatına 7 sui-qəsd cəhdi olub - DTX rəhbəri
Bu gün, 10:02
Dünya "Qarabağ"ın ulduzundan danışır: Nələr dedilər? - VİDEO
Bu gün, 10:00
Bahalaşmanın növbəti dalğası gəlir: Evlərin qiyməti yenə artacaq
Bu gün, 09:56
Lənkəranda faciə: Ata və oğul öldü (FOTOLAR)
Bu gün, 09:49
"Crocus"da qəhrəmanlıq göstərən sumqayıtlı: "Onlar məndən üzr istədi"
Bu gün, 09:44
ABŞ və Avropa Birliyi Qafqazda sülhü bloklayır: Qərb Ermənistanın hərbi təxribatlarına dəstək qərarı verib
Bu gün, 09:41
Finlandiya rus oliqarxların Helsinkidəki idman-konsert kompleksini əllərindən alır
Bu gün, 09:39
Xristianlıqla İslamı üz-üzə qoymaq istəyirlər - Kirill
Bu gün, 09:37
Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
Bu gün, 09:31
Putin: “Rusiya üçün dost olmayan elitalar...”
Bu gün, 09:18
Fransa ordusu Ukraynaya girir - 5 ssenari
Bu gün, 09:00
Solovyov Bakıya şər atmağına “peşman” oldu
Dünən, 16:42
Dördüncü dəfədir ki, bayram tonqalı azad edilmiş Qarabağ torpağında qalanır
Dünən, 16:00
Ermənistan Türkiyənin vilayətinə çevriləcək - Petrosyan
Dünən, 15:30
Ermənistan sərhəddəki kəndi Gürcüstana verir? - “Joğovurd”
Dünən, 14:27
Xocalı şəhərində Şəhidlər xiyabanı salınır
Dünən, 14:22
Zaxarova və Peskov Ermənistana hansı mesajı göndəriblər -ŞƏRH
Dünən, 14:00
"Peysər", "qaşqaldaq" sözlərinə o mənfi mənaları kim yükləyib? - Alimdən etiraz
Dünən, 13:18
Xocalıya ilk köçün tarixi açıqlanıb