"Prezident İlham Əliyevin Fransaya səfəri Azərbaycanın Aİ-yə daha sıx inteqrasiyasına da böyük fayda verəcək"
Siyaset
Oxunub: 646
24 iy 2018 | 21:19
"Prezident İlham Əliyevin Fransaya səfəri Azərbaycanın Aİ-yə daha sıx inteqrasiyasına da böyük fayda verəcək"
















Azərbaycan Prezidenti İlham Əliyevin Fransaya səfəri Azərbaycanın dünyaya, eləcə də Avropa İttifaqına daha sıx inteqrasiyasına böyük fayda verəcək.

Bunu Trend-ə Milli Məclisin deputatı Bəxtiyar Sadıqov deyib. Onun sözlərinə görə, Azərbaycan hər zaman dünyanın tanınmış və nüfuzlu dövlətlərindən olan Fransa ilə münasibətlərə xüsusi diqqət yetirib: "Dövlətimizin başçısı İlham Əliyev də prezidentliyi dövründə daim bu ölkə ilə münasibətlərin inkişafına önəm verib və buna nail olub. Bəzən fikirlər səslənir ki, Fransa Ermənistanın dostudur, orada erməni diasporu güclüdür, ona görə də Fransa daha çox ermənipərəst mövqe ilə seçilir. Ancaq İlham Əliyev elə bir siyasət yürüdür ki, artıq Fransa neytrallaşmaq üzrədir. Heç bir dövlət öz maraqlarını qoyub başqa dövlətin maraqlarını təmin edən deyil. Bu mənada Azərbaycan buradan ikitərəfli fayda götürür".

Millət vəkili bildirib ki, Azərbaycan yeni texnologiyalar qazanır, özünün qeyri-neft sektorunun inkişafı ilə bağlı bu sahədə çox böyük təcrübəsi, yeni texnologiyası olan dövlətlərlə müqavilə bağlayır və beləliklə də həmin sahəni müasir tələblər səviyyəsində inkişaf etdirə bilir: "Fransa Azərbaycanla əməkdaşlıq etməklə özü üçün faydalar götürür. Fransa ilə əməkdaşlıq həm də bizim xeyrimizdədir. Prezident İlham Əliyev elə partnyorlarla işləyir ki, onlardan həm siyasi, həm iqtisadi fayda götürür, həm də müasir texnologiyaların ölkəmizə gətirilməsinə imkan yaradır". B.Sadıqovun sözlərinə görə, Fransa artıq açıq-aşkar ermənipərəst mövqe tutmayacaq: "Çünki Azərbaycanla Fransa arasında belə görüşlər keçirilir, belə yüksək əlaqələr qurulur. Hazırda iki ölkə arasında yüksək səviyyəli əlaqələri var".

Qeyd edək ki, Prezident İlham Əliyev 19-20 iyul tarixlərində Fransada səfərdə olub.
Bu gün, 11:41
Xronika: Türkiyə İrəvandan Zəngəzura Kalininqrad modelinə bənzər xüsusi statusun verilməsini istəyib
Bu gün, 11:00
Pensiya və müavinətlər artırıla bilər - VİDEO
Bu gün, 10:46
Juninyo Fransa klubunda?
Bu gün, 10:32
Ermənistanda “8 kənd” isterikası – Azərbaycan Ordusu “quldurları təmizləyin” əmri gözləyir
Bu gün, 10:21
Azərbaycan Mərkəzi Asiya ilə Avropanı birləşdirən təbii əlaqədir - Hikmət Hacıyev
Bu gün, 10:14
Nağdsız ödənişdən yayınanlar barəsində tədbir görüləcəkmi? - Ekspertlər danışır...
Bu gün, 10:00
Ermənistanda “dövlət içində dövlət” qurulur: Paşinyan erməni separatçıları hərbi əməliyyatla hədələyir
Bu gün, 09:39
Zelenskidən müttəfiqlərə: Yaxın aylarda Rusiyanın hücumu başlayacaq, kömək edin...
Bu gün, 09:17
“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - VİDEO
Bu gün, 09:11
Təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı tədbir keçirildi - Fotolar
Bu gün, 09:00
“Crocus City” dəhşəti və Rusiyadakı erməni lobbisi - VİDEO
Dünən, 16:00
Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik... - NƏ OLDU?
Dünən, 15:30
Ermənistanın demarşı: Rusiyanın ikinci cəbhə açmaq imkanı yoxdur - NƏ BAŞ VERİR?
Dünən, 14:22
Yüz minlərlə azərbaycanlı Rusiyadan geri qayıdır? - NƏ ETMƏLİ?
Dünən, 13:16
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
Dünən, 13:00
Şahmar Hüseynov vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
Dünən, 11:56
Sabah yerimizdə oturacaqlar, qan töküləcək, Azərbaycana qaytarılmalıdır – Andranik Köçəryan
Dünən, 10:53
"Xəzər Lənkəran"la bağlı şad xəbər - Seçimlərə başlandı
Dünən, 10:12
“Yaxın günlərdə daha 73 nəfərin adları ictimaiyyətə açıqlanacaq”
Dünən, 10:08
Azərbaycanda dövlət xadimlərinin həyatına 7 sui-qəsd cəhdi olub - DTX rəhbəri
Dünən, 10:02
Dünya "Qarabağ"ın ulduzundan danışır: Nələr dedilər? - VİDEO
Dünən, 10:00
Bahalaşmanın növbəti dalğası gəlir: Evlərin qiyməti yenə artacaq
Dünən, 09:56
Lənkəranda faciə: Ata və oğul öldü (FOTOLAR)
Dünən, 09:49
"Crocus"da qəhrəmanlıq göstərən sumqayıtlı: "Onlar məndən üzr istədi"
Dünən, 09:44
ABŞ və Avropa Birliyi Qafqazda sülhü bloklayır: Qərb Ermənistanın hərbi təxribatlarına dəstək qərarı verib
Dünən, 09:41
Finlandiya rus oliqarxların Helsinkidəki idman-konsert kompleksini əllərindən alır
Dünən, 09:39
Xristianlıqla İslamı üz-üzə qoymaq istəyirlər - Kirill