Jurnalistlər deputatı tanımadılar: “Elçin Quliyev kimdir, elə deputat var?”
Siyaset / Dunya
Oxunub: 733
25 iy 2018 | 12:30
Jurnalistlər deputatı tanımadılar: “Elçin Quliyev kimdir, elə deputat var?”














V çağırış Milli Məclisin fəaliyyətə başlamasından 3 ilə yaxın vaxt ötür.

Hazırda Azərbaycan Parlamentində 125 deputat yeri nəzərdə tutulub ki, onlardan bəzisi icraedici hakimiyyətdə təmsil olunmaları, digərləri isə dünyasını dəyişmələri səbəbindən mandatları ləğv edilib. 25 deputat isə ilk dəfə olaraq ali qanunverici orqana mandat qazanıb.

AZXEBER.COM yeni seçilən deputatlarla bağlı araşdırmalara başlayır.

Hər gün xəbər istehsalı və yayımı ilə məşğul olan media nümayəndələri deputatların fəaliyyəti ilə bağlı təəssüratlarını portalımıza bölüşürlər.

Fəaliyyətini ictimai müzakirəyə çıxardığımız ilk deputat - 63 saylı Sabirabad birinci seçki dairəsini təmsil edən Elçin Quliyevdir.

Sualımız belədir: Elçin Quliyev adlı deputat tanıyırsınızmı və onun deputat kimi fəaliyyətini necə qiymətləndirirsiniz?

Elşad Paşasoy ("Yeni Müsavat” qəzetinin parlament müxbiri): Parlament jurnalisti olduğuma görə, Elçin Quliyevi tanıyıram. Bildiyim qədər hakim partiyanın üzvüdür, Sabirabadın deputatıdır. Adətən deputatlar bu ifadəni qəbul etmirlər. Belə arqument səsləndirilir ki, mən səçicilərimlə aktiv işləyirəm, onlar razıdır və s. Milli Məclisin plenar iclaslarında aktivliyini müşahidə etməmişəm, ola bilsin seçicilərlə sıx ünsiyyəti var. Bu barədə bir söz deyə bilmərəm.

Aqil Ələsgər (Yenicag.az portalının baş redaktoru): Onu tanımıram. Yəqin aktiv deputat olsaydı, tanıyardım. Mənim üçün bir legitim Elçin Quliyev var, o da Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyevdir. Başqa Elçin Quliyev adında və soyadında məmur və ya deputat tanımıram.

Anar Niftəliyev (Axar.az portalının baş redaktoru): Düzünü deyəcəm, mən o adda və soyadda deputatın yalnız adını eşitmişəm. Niyə yalan danışım?! Deyim ki, tanıyıram, çox aktivdir, çox fəaldır?! Axı o belə deyil. Belə olsaydı hər gün xəbərlə əlləşən bir qələm adamı kimi mən də onu tanıyardım. Mən isə onu tanımıram.

Fərid Şahbazlı (Editor.az portalının baş redaktoru): Çox yüksək aktivliyi var desək, obyektivlikdən kənar olar. Lakin passiv deputat kimi də qiymətləndirmək düzgün deyil. Seçicilərlə aktiv görüşləri, rayon tədbirlərində fəal iştirakı ilə bağlı xəbərlərə dəfələrlə şahidlik etmişəm. Sosial şəbəkələrdə də aktivdir və bütün bunları nəzərə alıb, fəaliyyətini qənaətbəxş hesab edirəm.

Səbuhi Abbasov (7news.az portalının baş redaktoru): Şəxsən tanıyıram. Kifayət qədər mədəni, savadlı və alicənab bir deputatdır. Milli Məclisdəki fəaliyyətinə gəldikdə isə buna seçicilər daha dəqiq rəy verə bilərlər. Bu barədə məndə hər hansı informasiya yoxdur. Bildiyim qədər ona müraciət edənlərə münasibətdə həssas deputatdır. Başqa elə bir söz deyə bilmərəm.

Toğrul Allahverdili (İnterpress.az portalının baş redaktoru): Xeyr, tanımıram. Çox təəssüf ki, bu belədir. Əgər bir media mənsubu olaraq onu tanımıramsa, bunun günahı məndə yox, onun özündədir. Mətbuata açıq, fəal deputat olsaydı, məndə onu tanımış olardım. Görünür fəallıq onun özünə də lazım deyil və daha ciddi işlərlə məşğuldur.
Dünən, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
Dünən, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
Dünən, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...
Dünən, 14:03
Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər
Dünən, 13:31
Prezidentdən İsmayılovla bağlı SƏRƏNCAM
Dünən, 13:05
Köçkünlərin evi satışa çıxarıldı - AŞAĞI QİYMƏTLƏR
Dünən, 13:00
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub - YENİLƏNİB
Dünən, 12:56
Qırğızıstan Prezidentinin rəsmi qarşılanma mərasimi olub
Dünən, 12:09
Tarixi əməkdaşlıq
Dünən, 11:02
Ərəb ölkələri Türkiyəni geri çevirdi: Qəzza planı baş tutmadı - İsrail mediası
Dünən, 10:56
Japarov Azərbaycana səfərə yola düşdü
Dünən, 10:51
Hadrut yenidən qurulur - Ən son görüntülər
Dünən, 10:35
61 milyard yardımın pərdəarxası: qəfil məğlubiyyət... - AÇIQLAMA
Dünən, 10:06
Vətən müharibəsi qazisi Türkiyədə həlak oldu
Dünən, 10:02
İranlı nazir barədə həbs qərarı verildi
Dünən, 09:54
Baş nazir iclas keçirdi: Sədr məruzə etdi - FOTO
Dünən, 09:33
Podolyak: “Üçüncü dünya müharibəsi artıq gedir”
Dünən, 09:28
Ukrayna ərazisi dörd ölkə arasında bölünə bilər - Makqreqordan ŞOK AÇIQLAMA
Dünən, 09:24
Tiktok bu türk ölkəsində də əngəllənə bilər
Dünən, 09:18
Paşinyan Ermənistanın əsl düşmənini elan etdi: Erməni kilsəsi və diaspor daxili savaşa başlayır
Dünən, 09:16
Qərbi Azərbaycan Xronikası: Ermənilərdən Qara Qarayev və Müslüm Maqomayev haqqında İDDİA - VİDEO
Dünən, 09:00
"Haber Global": İrəvanda həyasız təxribat - Şanlı Azərbaycan və Türkiyə bayraqları hədəfə alınıb
23-04-2024, 16:10
Azərbaycan Prezidenti: “İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var”
23-04-2024, 16:00
Başkənd oyunu: Düyməyə basan kimdir? - FAKTLAR
23-04-2024, 15:30
Son 5 ayda Azərbaycanla iki mühüm saziş… - Paşinyan
23-04-2024, 14:22
Böyük Britaniyanın Ermənistandakı hərbi nümayəndəsi Azərbaycanla sərhəddə... - ZİBİLƏ DÜŞMÜŞÜK...
23-04-2024, 14:00
Cənubi Qafqazda yeni mərhələ başlayır - GƏLİŞMƏ