Hacı İbrahimin də həbsi istənilir... - Sahibkar 6 ildir haqqını bərpa edə bilmir
Siyaset / Dunya
Oxunub: 646
6 avq 2018 | 14:43
Hacı İbrahimin də həbsi istənilir... - Sahibkar 6 ildir haqqını bərpa edə bilmir














İçki içməyindən fəxrlə danışan "Hacı" İbrahim Nehrəmli banklara 850 milyon və Elşad Məmmədova “Avesta” konserniinə daxil olan “Həsən — 96” MTK-nın tikdiyi çoxmərtəbəli binada ümumi dəyəri 355 min manat borcu olduğu haqda gedən məlumatları qətiyyətlə təkzib edir. Hətta bir ara bəyan edirdi ki, Beynəlxalq Banka cəmi, faizlərlə birlikdə 78 milyon kredit borcu var, bunun əvəzində 150 milyonluq girov qoyub.Hətta bir ara bəyan edirdi ki, Beynəlxalq Banka cəmi, faizlərlə birlikdə 78 milyon kredit borcu var, bunun əvəzində 150 milyonluq girov qoyub.

“Bandotdel”dən çıxdıqdan sonra “yaddaşı” özünə qayıdan İ.Nehrəmli mediaya açıqlamasında təkcə Beynəlxalq Banka 430 milyon dollar borcu olduğunu etiraf etmişdi.

İbrahim Nehrəmlinin bu etirafları və rəqəmləri tez-tez dəyişməsi onun növbəti ifşası olmaqla yanaşı, dövlətin 100 milyonlarla pulunun havaya sovrulduğunu, talandığını ortaya çıxardı. Hər halda heç bir girov qoyulmadan Hacı İbrahimə Beynəlxalq Bank bu qədər böyük həcmdə kredit verilməsinə başqa ad tapmaq çətindir.Bundan əlavə rəhbərlik etdiyi “Avesta Concern”ndə işə götürdüyü dünyanın populyar modellərinə də İ. Nehrəmlinin böyük pullar xərcləfdiyi bildirilir. Bunların arasında “Miss Globe International 2014” gözəllik müsabiqəsində Avstraliyanı təmsil edərək qalib olan Esma Voloderin və həmin müsabiqədə “Miss Khazar Islands” seçilmiş Ukrayna təmsilçisi Anastasiya Kostiçin adları xüsusi qeyd edilir.

Bundan əlavə xaricdə ailə üzvlərinin adına dəbdəbəli mülklər aldığına, biznes qurduğuna dair iddialar var. Bu iddiaların nə qədərinin doğru olduğunu söyləyə bilməsək də, İ.Nehrəmlinin kredit borcunu ödəyə bilmədiyi, bu üzdən də “Bandotdel” “macərasının” davam etdiyi məlumdur. Bu “macəranın” hələ nə qədər davam edəcəyi isə məlum deyil…

Etdiyim bütün müraciətlər cavabsız qaldı

Hacı İbrahimin qurbanlarından biri olan iş adamı Elşad Məmmədov “Avesta” konserniinə daxil olan “Həsən — 96” MTK-nın tikdiyi çoxmərtəbəli binada ümumi dəyəri 355 min manat olan iki mənzil almasına baxmayaraq, mənzilinə sahib ola bilməyib. Məhkəmələrə müraciət edən iş adamı heç nəyə nail ola bilməyəcəyini anlayaraq, Hacı İbrahimin süqutunu gözləməyə başlamışdır.

Qazaxlı iş adamı Elşad Məmmədov: «Etdiyim bütün müraciətlər cavabsız qaldığı üçün, təhdidlərə məruz qalaraq üç az yaşlı övladımla Azərbaycanı tərk etmək məcburiyyətində qaldım və ölkəni tərk etdim»

Qeyd etməliyik ki, bu günlərdə redaksiyamıza ərizə ilə müraciət etmiş Qazax rayon sakini Elşad Məmmədovun başına gələnlər artıq bir neçə dəfə müxtəlif kütləvi informasiya vasitələrində ictimai müzakirəyə çıxarılıb. Bununla belə oxucularımızın və xüsusən də müvafiq instansiya rəhbərlərinin diqqətini cəlb etmək məqsədilə yaranmış insidenti təfərrüatlarını bir daha xatırlatmaq qərarına gəldik. Beləliklə, E.Məmmədov öz ərizəsində bildirir ki, o, 2012-ci ilin fevral ayında Orxan Sadıxov adlı bir şəxsin vasitəçiliyi və müşayiəti ilə, tanınmış iş adamı Hacı İbrahim İbrahimovun rəhbərlik etdiyi “Avesta Konserni”nin Bakının Atatürk prospektində yerləşən ofisinə gəlmişdir. Burada E.Məmmədov “Avesta Konserni”nə daxil olan “Həsən 96” MTK tərəfindən Nəsimi rayonu, Abay döngəsi, 360-cı məhəllədə inşa olunmuş çoxmərtəbəli binanın 13-cü mərtəbəsində 51 və 52 saylı iki mənzilin satın alınması barədə inşaatçı şirkətlə müqavilə bağlayır. Bu mənzillərin qiyməti isə müvafiq olaraq 252 min manat və 103 min manat məbləğində müəyyənləşdirilir. Prosesdə konsernin Zülü adlı daha bir əməkdaşı da iştirak edir. “Həsən 96” MTK tərəfindən verilmiş və MTK-nın sədri E.H.Tağıyev tərəfindən imzalanmış maliyyə arayışında isə qeyd olunur ki, həmin mənzillərin dəyəri Elşad Məmmədov tərəfindən MTK-ya tam ödənmişdir.

Üstündən 6 ildən çox ötməsinə baxmayaraq Elşad Məmmədov mənzillərinə sahib dura bilmir. Çünki “Avesta”nın prezidenti Hacı İbrahim buna imkan vermir.

Elşad Məmmədov deyir ki, bu altı il ərzində çəkmədiyi zülmlər qalmayıb:

“Bütün pullarımı o iki mənzili almaq üçün ödədim. İndi evsizəm, üç azyaşlı övladımla ölkəni tərk etmişəm. Məhkəmələrə müraciət edirəm heç bir xeyri olmur, bütün dövlət qurumlara şikayət yazıram, kimsə mənim haqqımı qorumur. Əksinə, Hacı İbrahim müdafiə olunur". \\mediaxeberleri.az\\
Dünən, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Dünən, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Dünən, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO
Dünən, 15:34
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamda məktəbin təməlqoyma mərasimində
Dünən, 15:30
Zəngəzur dəhlizi açılsa... - GƏLİŞMƏ
Dünən, 14:22
Paşinyan üçün QURTULUŞ YOLU... - hələ ÇOX İŞ görməlidir...
Dünən, 14:00
Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq
Dünən, 12:28
Rusiya ABŞ-ın nəhəng bankının hesablarına həbs qoydu
Dünən, 12:24
İrəvan Təbrizdə baş konsulluğunu açır
Dünən, 12:20
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
Dünən, 12:13
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
Dünən, 12:09
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
Dünən, 12:04
ABŞ Ermənistan ordusundakı ölümlərdən narahatdır
Dünən, 11:58
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB
Dünən, 11:46
Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi
Dünən, 11:40
Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR
Dünən, 11:36
Bakıda Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclası başlayıb
Dünən, 11:14
Rus ordusunda fərarilik rekord həddə qalxdı
Dünən, 11:10
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
Dünən, 10:16
“Laçın yolundan da Rusiya bayrağı götürüldü... - Sülhməramlılar çıxmaqda davam edir...”
Dünən, 10:01
Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir - ABŞ institutu
Dünən, 09:37
Bakıda təmizlik işçisinin bu görüntüsü gündəm oldu - VİDEO
Dünən, 09:31
Vaşinqton Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
Dünən, 09:00
“Böyük tarixçi” Bayden ermənilərə niyə pislik edir: ABŞ Ermənistanı növbəti “qurban” seçib
24-04-2024, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
24-04-2024, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
24-04-2024, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...