Saleh Məmmədovdan Cavid Qurbanova PAYIZ "SÜRPRİZİ" - İDDİA
Siyaset / Dunya
Oxunub: 716
7 avq 2018 | 19:54
Saleh Məmmədovdan Cavid Qurbanova PAYIZ "SÜRPRİZİ" - İDDİA














“Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin sədri Saleh Məmmədovun yaxın zamanlarda “Dövlət Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin rəhbərliyinə gətiriləcəyi haqqında xəbərlər yayılıb. Saleh Məmmədovun yaxınları iddia edir ki, bu məsələ artıq yuxarılarla razılaşdırılıb.

Neçə müddətdir ki, “Dövlət Dəmir Yollarlı”nı və onun sədri Cavid Qurbanovu nişangahında saxlayan Saleh Məmmədov payızın ilk aylarında rəqibinə həlledici zərbəni vurmağa hazırlaşır.

Mənbənin söylədikləri: "Saleh Məmmədov Cavid Qirbanovla bağlı şok xarakterli məlumatları özünə yaxın medianın əli ilə yayacaq. Bu elə bir faktlardır ki, Cavid Qurbanovun istefadan başqa yolu qalmayacaq. Əvəzində isə boş qalan kürsü Saleh Məmmədov üçün asan bir yem olmalıdır. Plan belədir. Plana görə, "Azəryolservis"lə “Dövlət Dəmir Yolları” birləşməli və Saleh Məmmədovun nəzarətinə keçməlidir. Alındıracaqmı? Bunu zaman göstərəcək".

Qeyd edək ki, Saleh Məmmədov əslən Qərbi Azərbaycandandır. 1958-ci ildə Tərtər rayonunda doğulub. Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu bitirib. Onun tərcümeyi-halında ən ilginc faktlardan biri 2015-ci ildə, 56 yaşında Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirməsidir.

Hüquq diplomu alana qədər Saleh Məmmədov Mənzil-Kommunal Təsərrüfatı Nazirliyində, “Yoltəmirtikinti” baş idarəsində, “Azərneft” yol tikinti təmir trestində, “Azkommunkomplekttexnika ” istehsalat birliyində çalışıb. 1995-2003-cü illərdə “Azəravtoyol” dövlət şirkətinin körpü tikinti trestində çalışıb. 2003-2015-ci illərdə isə Nəqliyyat Nazirliyinin “Yolnəqliyyatservis” departamentində işləyib.

Hüquq diplomu Saleh Məmmədova uğur gətirib – 2015-ci il dekabrın 28-də o, “Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin sədri təyin edilib.
Cavid Qurbanovun Dövlət Dəmir Yollarına rəhbər təyin edilməsindən sonra uzun müddət boş qalan “Azəryolservis”ə Saleh Məmmədovun rəhbər təyin edilməsi bu sistemdə çalışanlar üçün gözlənilməz olub. Çünki o, buna qədər orta səviyyəli məmur olub. Yeni vəzifəsinə Saleh Məmmədov Cavid Qurbanovun kadrlarınının “təmizlənməsi” ilə başlayıb. Onları öz yaxın çevrəsi ilə əvəzləyən yeni sədrin addımları kollektivdə yaxşı qarşılanmayıb. Çünki təyinat alan şəxslərin çoxu bu sektorda heç bir təcrübəsi olmayan, hətta ali məktəb bitirməmiş şəxslər olub.
Dünən, 17:11
Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib
Dünən, 16:00
Fars-molla rejiminin antiAzərbaycan XƏTTİ... - NƏ ETMƏLİ?
Dünən, 15:30
Azərbaycan strateji uğura necə nail oldu? - İNCƏLƏMƏ
Dünən, 14:22
Zəngəzur dəhlizinə nəzarət funksiyası böyük ehtimalla Azərbaycan və Türkiyədə olacaq - GƏLİŞMƏ
Dünən, 14:00
Azərbaycanla bağlı ağlasığmaz açıqlama... - Niyyətlərini açıqca bəyan etdilər
Dünən, 13:19
Sülhməramlıların Qarabağı tərk etməsi bölgədə vəziyyət necə təsir edəcək? - Ekspert rəyi
Dünən, 11:45
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
Dünən, 11:08
İranın nüvə obyektlərinə zərər dəyməyib - AEBA
Dünən, 11:04
Kəlbəcərdə boş ərazini stadiona çevirib futbol oynadılar - VİDEO
Dünən, 10:58
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
Dünən, 10:41
Təhlükəli olduğu deyilən, Azərbaycanda da satılan qida məhsulu ilə bağlı Rəsmi AÇIQLAMA
Dünən, 10:31
“İrana raket hücumu olmayıb”
Dünən, 10:20
Ağ Ev Kremli Qarabağa görə niyə qınayır: Fransadan sonra ABŞ da “maska”sını tam çıxartdı
Dünən, 10:14
"Emilin vəfatından sonra yatmıram"
Dünən, 10:01
Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ
Dünən, 09:47
Avro və lirə ucuzlaşdı, rubl bahalaşdı
Dünən, 09:42
Övladını xilas etmək istəyərkən Kürdə batan atanın meyiti tapılıb
Dünən, 09:11
Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək - VİDEO
Dünən, 09:07
Ukrayna XİN: Gürcüstan üçün real təhdid "ruslaşma"dır, “ukraynalaşma” deyil
Dünən, 09:03
Rusiya sülhməramlılarına vida: Ermənistan yeni şəraiti necə dəyərləndirəcək?
Dünən, 09:00
İsrail zərbə endirdi: İranda partlayış, ABŞ isə...
18-04-2024, 16:00
Siyasət meydanının 10 nömrəsi... - Hər vurduğu qol olur...
18-04-2024, 15:30
“Rusiya hərbçilərini Qarabağdan çıxmaq istəmirdi, amma...” - Diplomatik uğur və məntiqi nəticə
18-04-2024, 14:22
Rus əsgərinin Qarabağdan... çıxışlıq halı - O MÜBARƏK AN...
18-04-2024, 14:00
Qarabağ... bax indi AZƏRBAYCANDIR! - HƏQİQƏTƏN DƏ...
18-04-2024, 13:39
İnsan qanı ilə qidalanan “vampir bakteriyalar” - Kimlər risk altındadır?
18-04-2024, 13:01
Nazir müavini təyin olunan Axundov kimdir? – DOSYE