Keçmiş deputat Rəsul Quliyevi dələduzluqda SUÇLADI: - “Nə abırları var, nə də həyaları”
Siyaset
Oxunub: 577
8 avq 2018 | 20:18
Keçmiş deputat Rəsul Quliyevi dələduzluqda SUÇLADI: - “Nə abırları var, nə də həyaları”















Milli Məclisin keçmiş spikeri, hazırda ABŞ-da mühacir həyatı yaşayan Rəsul Quliyev və onun qohumları ilə sabiq deputat Hacı Qalib Salahzadənin bağ davası yenidən başlayıb.

Bununla bağlı Rəsul Quliyevin qardaşı Telman Quliyev və Quliyevlərin nümayəndəsi Nazim Quliyev musavat.com-un redaksiyasına müraciət ediblər.

Telman Quliyev deyib ki, Bilgəh qəsəbəsində yerləşən, Rəsul Quliyevə və onun ailə üzvlərinə məxsus bağ sahəsinin Quliyevlərə 1995-ci ildən məxsus olduğunu təsdiqləyən sənədləri olsa da, 2008-ci ildə Hacı Qalib oranı zəbt edib: ““Uzun müddət oradan çıxmadı və nəhayət, 2010-cu ilin yayında məhkəmə qətnaməsi ilə icra məmurları bağı alıb bizə təhvil verdilər. Təhvil-təslim aktı da 27 nəfər adamın şahidliyi ilə bağlandı, təsdiqləndi və bağla bərabər özümüzə verildi. Ötən il bağda mühafizəçi olmayan vaxtda Hacı Qalib oranı yenidən zəbt edib və heç bir qanun-qayda tanımayaraq, mülkümüzün qapısını arxadan qaynaqladıb”.

Modern.az saytı məsələ ilə bağlı sabiq deputat Hacı Qalib Salahzadə ilə əlaqə yaradıb. O, saytımıza açıqlamasında bildirib ki, Rəsul Quliyevin Bilgəhdə bağ sahəsi yoxdur və bu, yalan söhbətdir:

“Əgər bu adamın adına bağ varsa, onda gedib məhkəməyə müraciət etsinlər. Açıq deyəcəm, o adamlar şantaj edənlərdir, cürbəcür yollarla məndən pul almaq istəyirlər. Təkcə onlar deyil, nə qədər belə adamlar var. Mən 2009-cu ildə həmin bağ evində ailə üzvlərimlə birlikdə qeydiyyatdayam. Vaxtı ikən məhkəmə olub, ancaq nə qərar çıxarıblar, nə ediblər xəbərim yoxdur. Bir onu bilirəm ki, bunlar yalandan öz adlarına sənəd düzəldiblər, Amerika vətəndaşı ola-ola məhkəmə qərar çıxardılar. Halbuki 2009-cu ildən onların dediyi ərazidə özüm yaşayıram və qeydiyyatdayam. Mən orda 1992-ci ildə ev tikdirmişəm”.

Hacı Qalib qeyd edib ki, eks-spikerin qohumlarının iddia etdikləri sahə hazırda hazırda Rusiya səfirliyinin ərazisidir:

“Sənədləri 1995-ci ildə hələ Rəsul Quliyev burda olanda Bakı Şəhər İcra Hakimiyyətinin qərarı ilə ləğv olunub. Bir sözlə, abırsızlıq edirlər də. Gedib prokurorluğa müraciət etsinlər. Axır vaxtlar dəbə düşüb. Məhkəmə qalıb bir qıraqda, qəzetlərə, saytlara şikayət edirlər. Əşi, gedin verin məhkəməyə də.. Hansı zəmanədə yaşayırsınız? Biabırçılıqdır. İndi mən gedib kimlərəsə sübut etməliyəm ki, mən Rəsul Quliyevlə alver etməmişəm? Mənim onunla heç bir aidiyyatım yoxdur. Ancaq Hacı Qalibi şantaj edirlər, başqa adam yoxdur. Nə abırları var, nə də həyaları”.
Dünən, 16:00
Sabah 32 dərəcə isti olacaq
Dünən, 15:30
Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu
Dünən, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər
Dünən, 14:43
Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB
Dünən, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
Dünən, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
Dünən, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
Dünən, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
Dünən, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
Dünən, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
Dünən, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
Dünən, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
Dünən, 11:22
COP29-un əhəmiyyəti
Dünən, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
Dünən, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
Dünən, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
Dünən, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
Dünən, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı
Dünən, 10:02
Conson Ağ Evin planını DE-ŞİFRƏ ETDİ: ABŞ bu ölkəyə də hücum edəcəkdi, amma...
Dünən, 09:59
Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO
Dünən, 09:41
Paşinyan sərhəddəki delimitasiya barədə hesabat verib
Dünən, 09:38
Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
Dünən, 09:33
Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 MESAJ
Dünən, 09:00
Rasizmin beşiyinə çevrilən ABŞ-ın Azərbaycana qarşı uydurma hesabatı - FAKTLAR
25-04-2024, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
25-04-2024, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
25-04-2024, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO