Kremlin əks-inqilab ssenarisi - “Paşinyanın vaxtına az qalıb...”
Siyaset
Oxunub: 675
11 avq 2018 | 16:19
Kremlin əks-inqilab ssenarisi - “Paşinyanın vaxtına az qalıb...”















Ermənistanda ABŞ-ın dirijorluğu ilə reallaşdığı şübhə doğurmayan 8 may inqilabı hələ ki əsas hədəfinə çatmayıb. Bu, rəsmən elan olunmasa da, Ermənistanı Rusiyanın təsir zonasından uzaqlaşdırmaqdan ibarətdir. Lakin zaman keçdikcə Kremlin orbitindən uzaqlaşmağın asan olmadığı daha qabarıq şəkildə üzə çıxır. Çünki Rusiya və onun rəhbərliyi yeni erməni hökumətinin kursundan artıq duyuq düşüb.

Deyilən hədəfə doğru yolda Ermənistanda Rusiyaya bağlı köhnə siyasi-iqtisadi sistemin dağıdılması isə əsas şərtdir. Bu yöndə yeni baş nazir Nikol Paşinyan bır sıra addımlar atsa da, qalmaqallı həbslər həyata keçirsə də, Rusiyanın getdikcə artan narazılığı prosesə ciddi şəkildə mane olmağa başlayıb. Eks-prezident, özündə Rusiya ilə bağlı mühüm sirlər daşıyan Robert Köçəryanın həbsinə Rusiya XİN başçısı Sergey Lavrov çərçivəsində verilən reaksiya buna sübutdur. Yada salaq ki, Lavrov həbslə bağlı Paşinyana incə şəkildə xəbərdarlıq edib, sabiq prezidentlərin təqib edilməyəcəyi barədə Paşinyanın verdiyi vədə xilaf çıxdığını ona xatırladıb.

Bu azmış kimi, Paşinyan Putinin layihəsi olan KTMT-nin baş katibi, erməni general Yuri Xaçaturova qarşı cinayət işə açdırıb. Paralel surətdə isə Rusiyanın qaz nəhəngi “Qazprom”un Ermənistandakı törəmə şirkətini sıxışdırır. “Qazprom-Ermənistan”da korrupsiya ilə mübarizə çərçivəsində yoxlamalar, hətta həbslər planlaşdırır. Bütövlükdə Rusiyaya bağlı erməni oliqarxların təqibi, sıxışdırılması davam edir və getdikcə güclənir.

Bütün bunlar şəksiz ki, Moskvanın xoşuna gəlmir, onun “ayağını tapdamaq” Ermənistanda Rusiyanın iqtisadi maraqlarına etinasızlıq kimi qəbul edilir.

*****

Şübhə yox ki, erməni baş nazir nə etdiyinin fərqindədir. Onun da fərqindədir ki, Moskva onun sədaqət andlarına rəğmən, daha ona inanmır, Serj Sərkisyan, Robert Köçəryan qədər ona etimad bəsləmir, daha dəqiqi, Paşinyana qarşı qəzəblidir. Bu da o anlama gəlir ki, bundan sonra Moskvadan istənilən sürprizi gözləməyə dəyər. Bura əlbəttə ki, təhlükəsizliklə bağlı təhdidlər də daxildir.

Təsadüfi deyil ki, artıq Ermənistanda jurnalistlərin hökumət iclasına girişi qadağan edilib. Baş nazirin mətbuat katibi Arman Yeqoyan deyib ki, hökumət bununla əvvəlki təhlükəsizlik rejiminə qayıdır. O, bu rejimin qanunla yox, təhlükəsizlik xidmətinin qərarı ilə müəyyən edildiyini söyləyib. Lakin Yeqoyan niyə məhz qadağanın indi tətbiq edildiyini açıqlamaqdan imtina edib.

Ancaq səbəb elə də qaranlıq deyil. Məsələ ondadır ki, Paşinyan köhnə rejimin odioz simalarını həbsə atmaqla, zəngin “Qarabağ klanı”nı təqib eləməklə, təkcə daxildə özünə qarşı təhlükəli müxalifət formalaşdırmaqla məşğul deyil, eyni zamanda qanunçuluq və korrupsiya ilə mübarizə adı ilə apardığı həbslər, atdığı bu qəbildən addımlarla Rusiyanın, Putini ciddi şəkildə qəzəbləndirib.

*****

Qısası, Paşinyan istər daxildən, istərsə də xaricdən özünə qarşı, şəxsi təhlükəsizlik planında ciddi təhdidlər hiss eləməkdə, gözləməkdə tam haqlıdır. Üstəlik, Ermənistan siyasi terrorun istifadə olunduğu kriminal bir məkandır - erməni baş nazir bunun da fərqində olmamış deyil. Ən azından, 1999-cu ilin oktyabrında parlamentin gülləbaran edilməsi faktı var. Paşinyan komandası hesab edir ki, o vaxt baş nazir Vazgen Sərkisyanın və parlamentin spikeri Karen Dəmirçyanın da qətlə yetirildiyi və üstü tam açılmayan həmin terror olayının izi məhz Moskvaya aparır.

Nikol Paşinyanın təhlükəsizlik planında vəziyyətini qəlizləşdirən daha bir faktor var. Gəlin, bunu Gürcüstandakı “qızılgül inqilabı”nın müəllifi, eks-prezident Mixail Saakaşvilinin dilindən eşidək. “Novaya qazeta”ya müsahibəsində gürcü siyasətçi deyib: “Düşünürəm ki, payızda Paşinyana qarşı etiraz dalğası olacaq. Onu devirməyə çalışacaqlar. Bu məndə heç bir şübhə yaratmır. Moskvadakı oliqarxlar Paşinyana qarşı böyük pullar verəcəklər ki, Ermənistanın daxilində mütəşəkkil cinayətkarlığı gücləndirsinlər. Onun çox az vaxtı qalıb. Problem odur ki, Paşinyan köhnə hüquq-mühafizə sistemini dağıtmadan həbslər aparır. Köhnə hüquq-mühafizə sistemi onun qərarlarını sabotaj etməyə çalışacaq. Paşinyan hər şeyi doğru edir, amma sistemi dəyişmir. Bu köhnə sistem zamanı gələndə onun əmrlərini icra etməkdən imtina edib özünə qarşı işləyəcək”.

*****

“Yeni Müsavat” xatırladır ki, Ermənistanın Təhlükəsizlik Şurasının katibi, yəni ölkənin təhlükəsizlik sferasına məsul olan şəxs - Armen Qriqoryan da Qərbin adamı sayılır. Heç də istisna deyil ki, Paşinyanın təhlükəsizliyinin qeydinə Qərbin, məxsusən ABŞ-ın xüsusi servisi də qalacaq və yəqin ki, qalır. Ancaq nəzərə alsaq ki, Rusiyanın satellit Ermənistanda dayaqları hələ ki çox güclüdür, yekun qərar yəqin ki, Moskvadan asılı olacaq.

Söz yox ki, hazırkı şərtlərdə Nikol Paşinyana uğursuz qəsd onun reytinqinə işləyər və cəmiyyətdə Rusiyaya qarşı aqressiv ovqatı daha da gücləndirər. Böyük ehtimalla, Moskva Paşinyanın imicinin laxladığı vaxt bu üsula əl ata bilər. İmicin laxlaması isə o vaxt baş verə bilər ki, erməni baş nazir öz xalqına verdiyi əsas vədi tuta bilməsin. Yəni əhalinin güzəranı yaxşılaşmasın, daha betəri, ölkədə bahalıq başlasın. Rusiya Ermənistana satdığı təbii qazın qiymətini qaldırmaqla buna əslində asanca nail ola bilər. Yəqin ilkin mərhələdə Rusiya Paşinyan iqtidarına qarşı məhz “dinc” vasitələrdən və rıçaqlardan istifadəyə üstünlük verəcək.

İndilikdə isə belə görünür, tərəflər - qərbyönlü Paşinyan komandası Moskvanın Ermənistandakı qüvvələri ilə birgə Rusiya ilə son, həlledici döyüşə, toqquşmaya hazırlaşır. Siyasi müşahidəçilərə görə, təxminən payıza təsadüf edəcək bu qarşıdurmanın nəticəsindən çox şey asılı olacaq. Kremlin “məxməri əks-inqilab” ssenarisinə qarşı Paşinyanın aktiv müdafiə rejiminə keçməsi onu xilas edəcəkmi?

Çox qalmayıb.
“Yeni Müsavat”
Bu gün, 13:44
Nazirdən rus sülhməramlıları ilə bağlı göstəriş
Bu gün, 09:33
Hikmət Hacıyev: Azərbaycanın COP29-a ev sahibliyi etməsi diplomatik və siyasi cəsarətimizin təcəssümüdür
Bu gün, 09:30
KİV: İran İsrailin nüvə mərkəzini vura bilər
Bu gün, 09:25
Napoleonun nəslinin nümayəndəsindən çağırış
Bu gün, 09:20
4 kəndin qaytarılması sazişində vacib detal: Bakı strateji gediş etdi
Bu gün, 09:18
Sərhədin delimitasiyası başladı: İrəvan dərhal Tehrana hesabat verdi
Bu gün, 09:00
Azərbaycan və Rusiya Qərbin planlarını alt-üst etdi - VİDEO
Dünən, 17:11
Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib
Dünən, 16:00
Fars-molla rejiminin antiAzərbaycan XƏTTİ... - NƏ ETMƏLİ?
Dünən, 15:30
Azərbaycan strateji uğura necə nail oldu? - İNCƏLƏMƏ
Dünən, 14:22
Zəngəzur dəhlizinə nəzarət funksiyası böyük ehtimalla Azərbaycan və Türkiyədə olacaq - GƏLİŞMƏ
Dünən, 14:00
Azərbaycanla bağlı ağlasığmaz açıqlama... - Niyyətlərini açıqca bəyan etdilər
Dünən, 13:19
Sülhməramlıların Qarabağı tərk etməsi bölgədə vəziyyət necə təsir edəcək? - Ekspert rəyi
Dünən, 11:45
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
Dünən, 11:08
İranın nüvə obyektlərinə zərər dəyməyib - AEBA
Dünən, 11:04
Kəlbəcərdə boş ərazini stadiona çevirib futbol oynadılar - VİDEO
Dünən, 10:58
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
Dünən, 10:41
Təhlükəli olduğu deyilən, Azərbaycanda da satılan qida məhsulu ilə bağlı Rəsmi AÇIQLAMA
Dünən, 10:31
“İrana raket hücumu olmayıb”
Dünən, 10:20
Ağ Ev Kremli Qarabağa görə niyə qınayır: Fransadan sonra ABŞ da “maska”sını tam çıxartdı
Dünən, 10:14
"Emilin vəfatından sonra yatmıram"
Dünən, 10:01
Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ
Dünən, 09:47
Avro və lirə ucuzlaşdı, rubl bahalaşdı
Dünən, 09:42
Övladını xilas etmək istəyərkən Kürdə batan atanın meyiti tapılıb
Dünən, 09:11
Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək - VİDEO
Dünən, 09:07
Ukrayna XİN: Gürcüstan üçün real təhdid "ruslaşma"dır, “ukraynalaşma” deyil
Dünən, 09:03
Rusiya sülhməramlılarına vida: Ermənistan yeni şəraiti necə dəyərləndirəcək?