“Ermənistan Qarabağın Azərbaycanın tərkibində qalmasına razılıq verib” – Alaverdyan
Siyaset
Oxunub: 439
15 avq 2018 | 08:58
“Ermənistan Qarabağın Azərbaycanın tərkibində qalmasına razılıq verib” – Alaverdyan














Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar masasında bu günədək elə həmin Madrid prinsipləri var.
AzVision xəbər verir ki, Ermənistanın “Hüquq pozuntularına qarşı” ictimai birliyinin icraçı direktoru, hüquq müdafiəçisi Larisa Alaverdyan bu gün keçirdiyi mətbuat konfransında belə deyib. Onun sözlərinə görə, hazırkı danışıqlar prosesi ermənilər üçün heç də əlverişli və faydalı deyil.

“Danışıqlar masasında bizim əlimizdə artıq heç nəyimiz yoxdur. Yalnız Madrid prinsipləri var. Madrid sənədində isə biz Ermənistanın birinci prezidentinin (Levon Ter-Petrosyan) hələ o vaxt “Komsomolskaya pravda” qəzetinə müsahibəsində bəyan etiyi nəticəyə gəlmişik. Yəni konkret olaraq Ermənistan Qarabağın Azərbaycanın tərkibində qalmasına razılıq verib, amma daha yüksək status çərçivəsində – muxtar əyalət yox, muxtar respublika kimi.” – deyə, erməni ekspert bildirib.

Alaverdyanın sözlərinə görə, Ermənistanın ikinci və üçüncü prezidentləri – Robert Koçeryan və Serj Sarkisyan Dağlıq Qarabağın birbaşa Azərbaycana tabe olmasının mümkünsüzlüyü və onun ayrıca müstəqil dövlət kimi tanınmasının vacibliyilə bağlı birmənalı və sərt bəyanatlar vermələrinə baxmayaraq, Madrid prinsiplərində göstərilən mərhələli həll variantı çərçivəsində belə bir müddəa əks olunmayıb. Beynəlxalq ictimaiyyət də Qarabağı Azərbaycan ərazisinin bir hissəsi kimi tanıyır.

Danışıqlar prosesində Ermənistanın diplomatik fiaskosuna diqqət çəkən Alaverdyan vurğulayıb ki, nizamlanma masasındakı mövcud razılaşmalara zidd sərt bəyanatlarına baxmayaraq, Ermənistan Madrid prinsiplərindən birtərəfli qaydada imtina edə və bu razılaşmadan çıxa bilməz. Çünki artıq gecdir və belə addım İrəvanın beynəlxalq imicinə və mövqelərinə ciddi zərbə vura bilər. Bu kontekstdə Ermənistan rəhbərliyinə məsləhət verən Alaverdyan, Qarabağın Azərbaycanın tərkibində qalmasının qarşısını almaq üçün İrəvana başqa çərçivə və platformalarda intensiv iş aparmağı təklif edib.
Dünən, 17:11
Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib
Dünən, 16:00
Fars-molla rejiminin antiAzərbaycan XƏTTİ... - NƏ ETMƏLİ?
Dünən, 15:30
Azərbaycan strateji uğura necə nail oldu? - İNCƏLƏMƏ
Dünən, 14:22
Zəngəzur dəhlizinə nəzarət funksiyası böyük ehtimalla Azərbaycan və Türkiyədə olacaq - GƏLİŞMƏ
Dünən, 14:00
Azərbaycanla bağlı ağlasığmaz açıqlama... - Niyyətlərini açıqca bəyan etdilər
Dünən, 13:19
Sülhməramlıların Qarabağı tərk etməsi bölgədə vəziyyət necə təsir edəcək? - Ekspert rəyi
Dünən, 11:45
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
Dünən, 11:08
İranın nüvə obyektlərinə zərər dəyməyib - AEBA
Dünən, 11:04
Kəlbəcərdə boş ərazini stadiona çevirib futbol oynadılar - VİDEO
Dünən, 10:58
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
Dünən, 10:41
Təhlükəli olduğu deyilən, Azərbaycanda da satılan qida məhsulu ilə bağlı Rəsmi AÇIQLAMA
Dünən, 10:31
“İrana raket hücumu olmayıb”
Dünən, 10:20
Ağ Ev Kremli Qarabağa görə niyə qınayır: Fransadan sonra ABŞ da “maska”sını tam çıxartdı
Dünən, 10:14
"Emilin vəfatından sonra yatmıram"
Dünən, 10:01
Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ
Dünən, 09:47
Avro və lirə ucuzlaşdı, rubl bahalaşdı
Dünən, 09:42
Övladını xilas etmək istəyərkən Kürdə batan atanın meyiti tapılıb
Dünən, 09:11
Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək - VİDEO
Dünən, 09:07
Ukrayna XİN: Gürcüstan üçün real təhdid "ruslaşma"dır, “ukraynalaşma” deyil
Dünən, 09:03
Rusiya sülhməramlılarına vida: Ermənistan yeni şəraiti necə dəyərləndirəcək?
Dünən, 09:00
İsrail zərbə endirdi: İranda partlayış, ABŞ isə...
18-04-2024, 16:00
Siyasət meydanının 10 nömrəsi... - Hər vurduğu qol olur...
18-04-2024, 15:30
“Rusiya hərbçilərini Qarabağdan çıxmaq istəmirdi, amma...” - Diplomatik uğur və məntiqi nəticə
18-04-2024, 14:22
Rus əsgərinin Qarabağdan... çıxışlıq halı - O MÜBARƏK AN...
18-04-2024, 14:00
Qarabağ... bax indi AZƏRBAYCANDIR! - HƏQİQƏTƏN DƏ...
18-04-2024, 13:39
İnsan qanı ilə qidalanan “vampir bakteriyalar” - Kimlər risk altındadır?
18-04-2024, 13:01
Nazir müavini təyin olunan Axundov kimdir? – DOSYE