Bölgədə sərt sanksiya rüzigarları – Azərbaycan nə etməlidir?
Siyaset
Oxunub: 384
16 avq 2018 | 10:55
Bölgədə sərt sanksiya rüzigarları – Azərbaycan nə etməlidir?














Elxan Şahinoğlu: “Özümüzü alovun içinə ata bilmərik”

Amerikanın Türkiyə, Rusiya və İran kimi bölgə dövlətləri ilə qarşıdurmasını gücləndirməsi Azərbaycanı da ciddi seçim qarşısında qoyur. Birləşmiş Ştatların keşiş Bronsonun avqustun 15-nə qədər azad edilməsi üçün Türkiyə tərəfə verdiyi vaxtın başa çatması və keşişin ev həbsində saxlanılması münasibətlərin daha da gərginləşəcəyini göstərir.

Ekspertlər Qərbin sərt qərarlarının hər üç dövləti bir-birinin “qucağına atdığını” qeyd edirlər. Bütün proseslərin bölgənin nəhəng dövlətləri arasında ittifaqın yarana biləcəyinə doğru getdiyi vurğulanır. ABŞ-ın qərarlarının bəzi müttəfiqləri tərəfindən sərt reaksiyalarla qarşılanması gərginliyin şaxələndiyini göstərir.

Belə bir şəraitdə rəsmi Bakının nə etməli olduğu barədə çoxsaylı suallar yaranıb.

Qərb Universitetinin Tətbiqi Politologiya Mərkəzinin rəhbəri Elxan Şahinoğlu proseslərin Amerikanın ziyanına doğru cərəyan etdiyini düşünür: “ABŞ keçmiş strateji müttəfiqi və NATO üzvü Türkiyəyə qarşı sərt sanksiyaları ilə özünün maraqlarına zərbə vurmaqdadır. Birincisi, böyük dövlətlər özlərinə sual verirlər: Amerika dollar üzərindəki manipulyasiyalar yolu ilə öz tərəfdaşı – Türkiyəni çökdürmək istəyirsə, eyni siyasəti bizə qarşı da həyata keçirə bilər. Ona görə də belə vəziyyətdə bir sıra dövlətlər ticarətdə dollardan imtina etməyin yollarını axtarmağa başlayıblar. Əlbəttə, ticarətdə dollardan tamamən imtina etmək çətindir, ancaq son hadisələrin fonunda dolların təsirindən qurtulmağın yolları sürətlə aranır. Bunun Amerikaya ziyanı xeyrindən çoxdur. Və ya Türkiyə Amerikadan aldığı mallardan imtina edir. Bu da Trampın ticarətçi dünyagörüşünə ziddir. Çünki Tramp hər şey ”Amerika üçün” deyirdi, indi isə bəzi Amerika şirkətləri Türkiyə bazarından məhrum olmaqla qazanclarının bir hissəsini itirəcəklər. Elə hərbi təyyarələrin Türkiyəyə satılmaması Amerika hərbi sənayesinə on milyardlarla dollar zərər vurdu. İkincisi, ABŞ-ın Türkiyəyə qarşı siyasəti qardaş dövləti daha çox Rusiyaya yaxınlaşdırır. Rusiyanın xarici işlər naziri Sergey Lavrov dünən Ankarada idi. Bu, Lavrovun bu il ərzində türkiyəli həmkarı Mövlüd Çavuşoğlu ilə 5-ci görüşü idi. Adətən xarici işlər nazirləri xarici ölkələrdə çalışan səfirlərinin toplantısına – daxili foruma qonaq çağırmazlar. Ancaq Lavrovu hətta Türkiyənin xarici ölkələrdəki səfirlərinin Ankaradakı toplantısına da dəvət edib, onun Amerika əleyhinə nitqini dinlədilər. Amerikanın Türkiyəni hədəf alması Almaniyanın da xoşuna gəlmir. Almaniya kansleri Angela Merkelin “Biz Türkiyə iqtisadiyyatının zəifləməsində maraqlı deyilik, əksinə, Türkiyənin çiçəklənməsini və inkişafını arzulayırıq” sözləri Ankarada müsbət qiymətləndirildi. Halbuki son illər Almaniya ilə Türkiyə arasındakı münasibətlərdə dərin çatlar əmələ gəlmişdi. Göründüyü kimi, Donald Trampın hamıya qarşı açdığı mübarizə cəbhəsi Berlinlə Ankaranı da bir-birinə yaxınlaşdırdı. İş o yerə çatıb ki, Türkiyə Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan sentyabrın sonuna Berlinə səfərə hazırlaşır. Bir neçə ay əvvəl belə bir səfər mümkün görünmürdü. Ayrıca, Türkiyədə Suriya məsələsi ilə bağlı Türkiyə-Rusiya-Almaniya-Fransa dördlüyünün sammiti gözlənilir. Ağ Ev sahibi sanksiyalarla və sərt açıqlamaları ilə bir sıra dövlətləri zorən tərəfdaşa çevirir. Bunumu istəyirdi Tramp? Çətin. Trampın hegemoniyasını qəbul etməyən dövlətlər Ağ Ev sahibinə anlatmaq istəyirlər ki, onun ağlasığmaz hərəkətləri ona və Amerikaya baha başa gələcək”.

Politoloq hesab edir ki, Azərbaycan özünü alovun içərisinə atmamalıdır: “ABŞ-ın Azərbaycanın 3 qonşusu – İran, Rusiya və Türkiyə münasibətlərinin gərginləşməsinin bizə də siyasi və iqtisadi təsirləri ola bilər. Məsələ burasındadır ki, Azərbaycanın Rusiya və İranla sıx tərəfdaşlıq münasibətləri var, Türkiyə isə strateji müttəfiqimizdir. Buna baxmayaraq, Bakının Vaşinqtonla münasibətləri də normaldır və biz bu münasibətləri hansısa dövlətin istəyi ilə korlaya bilmərik. Misal üçün, Donald Tramp ancaq bu il ərzində azərbaycanlı həmkarı İlham Əliyevə 3 məktub göndərib və bu məktublarda əməkdaşlıqdan məmnunluq ifadə edilir. Vaşinqton TAP layihəsinə də dəstək verir ki, bu da Azərbaycanın maraqlarına uyğundur. Ancaq Azərbaycan qardaş Türkiyənin Amerika tərəfindən cəzalandırılması siyasətini bəyənə bilməz, hər zaman Türkiyəyə dəstək ifadə etməlidir. Digər tərəfdən, Amerikanın sanksiyaları sayəsində qonşularımızda milli pul vahidləri dəyərdən düşürsə, manata da təzyiq istər-istəməz artır. Bizim üçün çox faydalı olardı ki, Amerika ilə adları çəkilən dövlətlər arasındakı gərginlik azalardı. Bu olmasa belə biz özümüzü alovun içinə ata bilmərik. Türkiyə-Rusiya yaxınlaşmasının Dağlıq Qarabağ münaqişəsinin həllinə müsbət təsirini gözləyənlər də var. Bunu söyləmək çətindir. Çünki Rusiyada imperiya düşüncəsi hakim olan dairələr var və onlar Türkiyə ilə sıx birliyi qəbul etsələr belə Qarabağ münaqişəsinin həlli vasitəsilə Ermənistana və Azərbaycana təsir imkanlarını itirmək istəmirlər”.(musavat.com)
Bu gün, 09:33
Hikmət Hacıyev: Azərbaycanın COP29-a ev sahibliyi etməsi diplomatik və siyasi cəsarətimizin təcəssümüdür
Bu gün, 09:30
KİV: İran İsrailin nüvə mərkəzini vura bilər
Bu gün, 09:25
Napoleonun nəslinin nümayəndəsindən çağırış
Bu gün, 09:20
4 kəndin qaytarılması sazişində vacib detal: Bakı strateji gediş etdi
Bu gün, 09:18
Sərhədin delimitasiyası başladı: İrəvan dərhal Tehrana hesabat verdi
Bu gün, 09:00
Azərbaycan və Rusiya Qərbin planlarını alt-üst etdi - VİDEO
Dünən, 17:11
Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib
Dünən, 16:00
Fars-molla rejiminin antiAzərbaycan XƏTTİ... - NƏ ETMƏLİ?
Dünən, 15:30
Azərbaycan strateji uğura necə nail oldu? - İNCƏLƏMƏ
Dünən, 14:22
Zəngəzur dəhlizinə nəzarət funksiyası böyük ehtimalla Azərbaycan və Türkiyədə olacaq - GƏLİŞMƏ
Dünən, 14:00
Azərbaycanla bağlı ağlasığmaz açıqlama... - Niyyətlərini açıqca bəyan etdilər
Dünən, 13:19
Sülhməramlıların Qarabağı tərk etməsi bölgədə vəziyyət necə təsir edəcək? - Ekspert rəyi
Dünən, 11:45
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
Dünən, 11:08
İranın nüvə obyektlərinə zərər dəyməyib - AEBA
Dünən, 11:04
Kəlbəcərdə boş ərazini stadiona çevirib futbol oynadılar - VİDEO
Dünən, 10:58
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
Dünən, 10:41
Təhlükəli olduğu deyilən, Azərbaycanda da satılan qida məhsulu ilə bağlı Rəsmi AÇIQLAMA
Dünən, 10:31
“İrana raket hücumu olmayıb”
Dünən, 10:20
Ağ Ev Kremli Qarabağa görə niyə qınayır: Fransadan sonra ABŞ da “maska”sını tam çıxartdı
Dünən, 10:14
"Emilin vəfatından sonra yatmıram"
Dünən, 10:01
Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ
Dünən, 09:47
Avro və lirə ucuzlaşdı, rubl bahalaşdı
Dünən, 09:42
Övladını xilas etmək istəyərkən Kürdə batan atanın meyiti tapılıb
Dünən, 09:11
Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək - VİDEO
Dünən, 09:07
Ukrayna XİN: Gürcüstan üçün real təhdid "ruslaşma"dır, “ukraynalaşma” deyil
Dünən, 09:03
Rusiya sülhməramlılarına vida: Ermənistan yeni şəraiti necə dəyərləndirəcək?
Dünən, 09:00
İsrail zərbə endirdi: İranda partlayış, ABŞ isə...