Ermənilər Azərbaycan puluna görə bir-birinin qırır
Siyaset
Oxunub: 560
18 avq 2018 | 21:20
 Ermənilər Azərbaycan puluna görə bir-birinin qırır















Ermənistanın eks-prezidenti, ötən həftə sonu barəsində çıxarılmış həbs-qətimkan tədbiri dəyişdirilən Robert Köçəryan ona yaxın “Yerkir media” kanalına müsahibə verib və siyasətə qayıtdığını elan edib. Virtualaz.org xəbər verir ki, müsahibədə Köçəryan istintaqın ona qarşı irəli sürdüyü ittihamları “saxta” adlandırıb, Nikol Paşinyanın hökumətini siyasi təqiblərdə günahlandırıb.

Robert Köçəryan bildirib ki, ona qarşı təqiblərin səbəbi həm də siyasətə qayıtmasını əngəlləmək üçündür. “Hesab edin ki, mən siyasətə qayıtdım. Nədir bəyəm, olmaz? Bu ölkədə alternativ mövqe qadağan edilib?”-o bildirib.

Köçəryanın sözlərinə görə, Ermənistanın ətrafında baş verən proseslər və yeni hökumətin bu proseslərə reaksiya verməsi onun siyasətə qayıtmasının zəruriliyini göstərir.

“Mən izah edə bilərəm siyasətə niyə qayıtmışam. Bunun əsasən iki qlobal səbəbi var. Birincisi dünyada yaranmış geosiyasi vəziyyətdir. Rusiya-Amerika münasibətləri ən aşağı nöqtədədir. Yeni sanksiyalar tətbiq olunur, yeni məhdudlaşdırıcı tədbirlər gözlənilir. O tərəfdən də İran-ABŞ münasibətləri”-Köçəryan deyib. Ermənistanın eks-prezidentinin bildirdiyinə görə ikinci səbəb Türkiyənin davranışlarıdır. Belə ki, Köçəryanın fikrincə 10 il qabaq tamam fərqli Türkiyə var idi. O vaxt Ankara Avropa İttifaqına can atırdı, bu da ölkənin aqressivliyini, qonşuların işlərinə qarışmaq səylərini məhdudlaşdırırdı. “Bu gün isə bu yoxdur, Türkiyə bu öhdəliklərdən çıxıb. Əgər biz bütün bu məsələləri əlaqələndirməyə çalışsaq görərik ki, bu situasiyada Ermənistanda bütün bunları başa düşməyən təcrübəsiz hökumət var. Yeni hökumət ordunu diskreditə edir, başa düşmür ki, güclü ordu təhlükəsizliyin qarantıdır. Axı bu hökumətdə təcrübədə haradan olsun, bir halda ki, onun üzvlərinin çoxu əvvəllər ancaq hansısa ictimai təşkilatlarda işləyiblər. Bu strukturların çoxunu Soros maliyyələşdirib. Bəlkə həmin pullar Azərbaycandan daxil olub, bəlkə Türkiyədən, mən hardan bilim?”-Köçəryan sual edib.

Ümumiyyətlə, sonuncu arqument - Paşinyanın Azərbaycan tərəfindən maliyyələşməsi ehtimalı ciddi müzakirəyə səbəb olacaq məqamdır.

Politoloq Elxan Şahinoğlu “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, ümumiyyətlə, bu, siyasi və hiyləgər açıqlamadır. Onun sözlərinə görə, açıqlamanın əsas məqsədi cəmiyyəti Paşinyandan şübhələndirməkdir: “Robert Köçəryan ən mənfi ”titullara" layiqdir, ancaq o hər nədirsə təhlükəli siyasi fiqurdur. O sıradan biri deyil, Azərbaycan torpaqlarının işğalını və etnik təmizləməni təşkil edənlərdən biridir, SSRİ və sonra Rusiyanın Xankəndidəki hərbi qüvvələrini öz tərəfinə çəkən şəxsdir, bunu bacarmaq isə xüsusi yaltaqlıq və inandırıclıq qabiliyyəti tələb edir. Mən 1990-cı illərin sonunda həm Robert Köçəryana, həm də Serj Sərkisyana müxtəlif suallar vermişəm və aldığım cavablardan gəldiyim qənaət budur ki, Köçəryan siyasi fiqur olaraq Sərkisyanı üstələyir. Elə ona görə də baş nazir Nikol Paşinyanı aşırtmaq istəyən “Qarabağ klanı”na və Ermənistandakı ruspərəst qüvvələrə Köçəryan başçılıq edəcək. İstisna etmirəm ki, Köçəryan keçmiş müttəfiqi Daşnaksütyun Partiyası ilə artıq danışıqlara başlayıb. Məhz bu partiyanın deputatları prokurorluğa müraciət etmişdilər ki, Köçəryan həbsdən azad edilsin. Həmin deputatların parlamentdə Paşinyanın əleyhinə səs vermələri yetərlidir ki, indiki baş nazir hakimiyyətini itirsin".

Müsahibimiz eyni zamanda Köçəryanın həbsdən sonrakı müsahibəsində fikirlərin həqiqətdən uzaq olmadığını bildirdi: “Köçəryanın həbsdən sonrakı müsahibəsindəki fikirlər həqiqətdən uzaq deyil. Deyir ki, Azərbaycanda Surət Hüseynov qiyam qaldırmasaydı biz Azərbaycanın torpaqlarını işğal edə bilməzdik. Yanlışmı deyir? Deyir ki, Paşinyan siyasətdə təcrübəsizdir, ordunun nəbzini duya bilmir, bölgədəki geosiyasi proseslərdən başı çıxmır və bu da Ermənistanın kövrək balaslaşdırılmış siyasətinin məhvinə gətirib çıxara bilər. Ermənistanın eks-prezidenti Rusiya-Amerika münasibətlərindəki gərginliyi, İrana qarşı artan sanksiyaları, Türkiyə-Azərbaycan müttəfiqliyinin güclənməsini, hətta Gürcüstanın NATO üzvlüyünə yaxınlaşmasını Ermənistan üçün ciddi təhdidlər kimi dəyərləndirir. Köçəryan bu fikirlərində də haqsız deyil. Beləliklə, Paşinyan yaxın günlərdən başlayaraq enerjisinin bəlkə də əsas hissəsini Köçəryanın simasında yeni formalaşacaq müxalifətlə mübarizəyə sərf etməli olacaq”.
Dünən, 17:11
Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib
Dünən, 16:00
Fars-molla rejiminin antiAzərbaycan XƏTTİ... - NƏ ETMƏLİ?
Dünən, 15:30
Azərbaycan strateji uğura necə nail oldu? - İNCƏLƏMƏ
Dünən, 14:22
Zəngəzur dəhlizinə nəzarət funksiyası böyük ehtimalla Azərbaycan və Türkiyədə olacaq - GƏLİŞMƏ
Dünən, 14:00
Azərbaycanla bağlı ağlasığmaz açıqlama... - Niyyətlərini açıqca bəyan etdilər
Dünən, 13:19
Sülhməramlıların Qarabağı tərk etməsi bölgədə vəziyyət necə təsir edəcək? - Ekspert rəyi
Dünən, 11:45
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
Dünən, 11:08
İranın nüvə obyektlərinə zərər dəyməyib - AEBA
Dünən, 11:04
Kəlbəcərdə boş ərazini stadiona çevirib futbol oynadılar - VİDEO
Dünən, 10:58
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
Dünən, 10:41
Təhlükəli olduğu deyilən, Azərbaycanda da satılan qida məhsulu ilə bağlı Rəsmi AÇIQLAMA
Dünən, 10:31
“İrana raket hücumu olmayıb”
Dünən, 10:20
Ağ Ev Kremli Qarabağa görə niyə qınayır: Fransadan sonra ABŞ da “maska”sını tam çıxartdı
Dünən, 10:14
"Emilin vəfatından sonra yatmıram"
Dünən, 10:01
Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ
Dünən, 09:47
Avro və lirə ucuzlaşdı, rubl bahalaşdı
Dünən, 09:42
Övladını xilas etmək istəyərkən Kürdə batan atanın meyiti tapılıb
Dünən, 09:11
Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək - VİDEO
Dünən, 09:07
Ukrayna XİN: Gürcüstan üçün real təhdid "ruslaşma"dır, “ukraynalaşma” deyil
Dünən, 09:03
Rusiya sülhməramlılarına vida: Ermənistan yeni şəraiti necə dəyərləndirəcək?
Dünən, 09:00
İsrail zərbə endirdi: İranda partlayış, ABŞ isə...
18-04-2024, 16:00
Siyasət meydanının 10 nömrəsi... - Hər vurduğu qol olur...
18-04-2024, 15:30
“Rusiya hərbçilərini Qarabağdan çıxmaq istəmirdi, amma...” - Diplomatik uğur və məntiqi nəticə
18-04-2024, 14:22
Rus əsgərinin Qarabağdan... çıxışlıq halı - O MÜBARƏK AN...
18-04-2024, 14:00
Qarabağ... bax indi AZƏRBAYCANDIR! - HƏQİQƏTƏN DƏ...
18-04-2024, 13:39
İnsan qanı ilə qidalanan “vampir bakteriyalar” - Kimlər risk altındadır?
18-04-2024, 13:01
Nazir müavini təyin olunan Axundov kimdir? – DOSYE