Xaləddin İsgəndərovdan yadigar qalan TƏHLÜKƏ - Əgər vulkan püskürərsə...
Siyaset
Oxunub: 564
20 avq 2018 | 18:17
Xaləddin İsgəndərovdan yadigar qalan TƏHLÜKƏ - Əgər vulkan püskürərsə...
















Bir neçə il əvvələ qədər söz-söhbət dolaşırdı ki, Xırdalan qəbiristanlığını köçürməyə hazırlaşırlar. Bunu Bakının yüklənməsi ilə izah edirdilər.

Həqiqətən də belədir, şəhərdən Sumqayıt istiqamətinə yolun genişlənməsi də kar eləmədi. Üstəlik, Xırdalan məzarlığı getdikcə sıxlaşır, darısqallaşır.

Bunun AzEuroNews.com-a reportaj hazırlayarkən şahid olmuşuq. Məzarlığa yaxınlarını ziyarətə gələnlər maşınla çiyin-çiyinə keçirlər, az qala sürtünsünlər.

Çünki məzarlıqda boş torpaq qalmayıb və hamısı vətəndaşlar tərəfindən alınaraq hasarlanıb. Ona görə Xırdalan qəbiristanlığına ölüsünü dəfn etməyə gələnlər olanda daha böyük tıxac yaranır.

Amma hələlik rəsmi səviyyədə hər hansı plan nəzərdə tutulmayıb ki, məzarlıq köçürülsün. Sadəcə, xristian məzarlığı köhnəlir, hətta itən qəbir yerlərində müsəlmanlar dəfn olunurlar.

Diqqət çəkən bir nüans isə məzarlıqla tikilən həyət evlərinin az qala bitişik olmasıdır. Getdikcə evlərin qapısı az qala qəbiristanlığa açılacaq.

Bu da gələcəkdə sıxlıq yaradacaq və boş yer qalmayacaq. Onu da demək lazımdır ki, Xırdalan qəbiristanlığı “Zigilpiri” palçıq vulkanının üzərində yerləşir.

Bunu Azərbaycan Milli Elmlər Akademiyası Geologiya İnstitutunun Palçıq vulkanizmi şöbəsinin müdiri, geologiya-mineralogiya elmləri doktoru, professor Adil Əliyev deyib.

Onun sözlərinə görə, həmin vulkan nisbətən sönüb, aktiv deyil.A.Əliyev qeyd edib ki, qəbiristanlıqda qəbirlərin sementlənməsi ərazidə vulkan püskürməsinin də qarşısını alır: “Həmin vulkanın püskürəcəyini güman etmirəm.

A.Əliyev bildirib ki, istənilən vulkanın yaxınlığında ev və digər tikililər olmamalıdır. Onun sözlərinə görə, vulkan püskürdükdə xəsarət faktının olmamasından ötrü tikililər ondan ən azı 1-1,5 km aralı olmalıdır.

Amma Xırdalan qəbiristanlığına bitişik evlər getdikcə çoxalır. Bu, vulkan üstündə yerləşən məzarlığa yaxın evlərə həm təhlükədir, həm də ciddi sıxlıq, tıxac yaradır.

Qeyd edək ki, bu ərazi Binəqədi rayonuna aiddir. Deməli, məzar yerlərinin satışına icazəni də, evlərin tikintisinə razılığı da yerli İcra Hakimiyyəti orqanı şərait yaradır.

Əvvəllər burda məzar yeri 1500 manata qədər idi, indi çox güman ki, qiymətlər qalxıb. Bir müddət əvvəl isə əfqan şəhidlərinin məzarı baxımsızlıqdan dağılmışdı. Rəhbərlik bunu küləkli hava ilə əlaqləndirmişdi. İnanan o məzar daşına dönsün…
Bu gün, 14:22
Paşinyan üçün QURTULUŞ YOLU... - hələ ÇOX İŞ görməlidir...
Bu gün, 14:00
Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq
Bu gün, 12:28
Rusiya ABŞ-ın nəhəng bankının hesablarına həbs qoydu
Bu gün, 12:24
İrəvan Təbrizdə baş konsulluğunu açır
Bu gün, 12:20
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
Bu gün, 12:13
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
Bu gün, 12:09
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
Bu gün, 12:04
ABŞ Ermənistan ordusundakı ölümlərdən narahatdır
Bu gün, 11:58
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB
Bu gün, 11:46
Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi
Bu gün, 11:40
Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR
Bu gün, 11:36
Bakıda Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclası başlayıb
Bu gün, 11:14
Rus ordusunda fərarilik rekord həddə qalxdı
Bu gün, 11:10
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
Bu gün, 10:16
“Laçın yolundan da Rusiya bayrağı götürüldü... - Sülhməramlılar çıxmaqda davam edir...”
Bu gün, 10:01
Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir - ABŞ institutu
Bu gün, 09:37
Bakıda təmizlik işçisinin bu görüntüsü gündəm oldu - VİDEO
Bu gün, 09:31
Vaşinqton Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
Bu gün, 09:00
“Böyük tarixçi” Bayden ermənilərə niyə pislik edir: ABŞ Ermənistanı növbəti “qurban” seçib
Dünən, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
Dünən, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
Dünən, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...
Dünən, 14:03
Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər
Dünən, 13:31
Prezidentdən İsmayılovla bağlı SƏRƏNCAM
Dünən, 13:05
Köçkünlərin evi satışa çıxarıldı - AŞAĞI QİYMƏTLƏR
Dünən, 13:00
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub - YENİLƏNİB
Dünən, 12:56
Qırğızıstan Prezidentinin rəsmi qarşılanma mərasimi olub