Deputatlardan Məmmədyarovun nazirliyinə ittihamlar
Siyaset
Oxunub: 463
21 avq 2018 | 22:52
Deputatlardan Məmmədyarovun nazirliyinə ittihamlar















Tahir Kərimli: “Xarici İşlər Nazirliyimiz məsələlərə operativ münasibət sərgiləyə bilmir”; Fazil Mustafa: “Xarici İşlər Nazirliyi fəaliyyətsizlik göstərsə, ölkəmizə daha çox xeyir verə bilər”

Son zamanlar Avropada formalaşan “söyüş müxalifəti”nin fəallaşması barədə “Yeni Müsavat”a danışan Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı Azərbaycan Xarici İşlər Nazirliyini günahlandırıb. O, XİN-in bu istiqamətdə gördüyü işləri qənaətbəxş hesab etmir.

Sitat: “Bununla bağlı nazir öz addımlarını atmalıdır. Demirəm ki, bunu hansısa formada açıq edə bilər. Diplomatik kanallarla Almaniya və başqa ölkələrin rəsmilərinə çatdırıla bilər ki, Azərbaycanın atributları tənqid olunur, ölkəmizə böhtanlar atılır. Avropa ölkələrinə gedərək özlərini siyasi mühacir adı altında təqdim edib bu cür tərbiyəsiz hərəkət edənlərin müxalifətlə heç bir əlaqəsi yoxdur. Onlar bu fəaliyyətlə Azərbaycan xalqına qarşı mənəvi terror həyata keçirirlər. Xalqımız söyüşkən deyil, yüksək intellektə, mədəniyyətə sahibdir. Bu cür insanlar xalqımızın dəyərlərindən kənarda olaraq almış olduqları mədəniyyətə uyğun şəkildə belə hərəkətlərə yol verirlər. Qətiyyən şübhə etmirəm ki, onlar ermənilərdən pul alırlar. Ermənilərin qucağında oturub, onların maliyyəsi ilə qidalanan insanlardır. Belə şəxslərə qarşı bütün səviyyələrdə qanunlar çərçivəsində mübarizə aparılmalıdır. Bunun ən böyük funksiyası da Azərbaycan Xarici İşlər Nazirliyinin üzərinə düşür”.

Vəhdət Partiyasının sədri, deputat Tahir Kərimli dolayısı ilə həmkarının fikirlərinə dəstək verdi: “Almaniya və digər ölkələrdə mövcud olan müxalifətin söyüş makinası daim fəaliyyətdə olub. Angela Merkelin Azərbaycana səfəri öncəsi onlar üçün bu xüsusilə əhəmiyyət kəsb edir. Çünki Merkel tək Almaniyanı deyil, bəlkə də bütövlükdə Avropa İttifaqını təmsil edir. O, sözünün xüsusi çəkisi olan bir xanım liderdir. Ona görə onun səfəri ərəfəsində onun müşavirləri və digər şəxslər vasitəsilə xüsusi bir rəy yaratmaq istəyirlər, insan haqlarının pozulması və digər məsələlərlə bağlı. Şübhəsiz ki, Fəzail bəyin sözlərində həqiqətlər var. Bu ondan ibarətdir ki, bizim Xarici İşlər Nazirliyimiz məsələlərə operativ münasibət sərgiləyə bilmir. Ola bilsin ki, həmin müxalifətlə bağlı Azərbaycan tərəfindən gizli danışıqlar, yazışmalar və müraciətlər var. Amma ictimaiyyətə məlum olan bir münasibəti hələ görə bilməmişik. Məsələn, Xarici İşlər Nazirliyi, səfirlik nota göndərə, izahat tələb edə bilər, yaxud onların alman qanunları ilə cəzalandırılmasını aktuallaşdırmaq mümkündür. Çox təəssüf edirəm ki, hələ də belə halların şahidi olmamışıq. Bəzi vaxtlarda xarici ölkələrə gedən Azərbaycan nümayəndələri ilə həmin müxalifətçilər arasında da müəyyən konfliktlər yaşandı. Bütün bunlara Xarici İşlər Nazirliyi daim reaksiya bildirməyə ləngidi. Ona görə də hesab edirəm ki, Xarici İşlər Nazirliyi çevik olmalıdır. Klassik bir tərif var ki, hər bir ölkənin daxili siyasətinin xarici siyasət bilavasitə davamıdır. Hər bir dövlətin onlarla nazirliyi ola bilər, amma xarici siyasəti təmsil edən cəmi bir qurum olur. Ona görə onun məsuliyyəti hədsiz dərəcədə böyükdür. Hesab edirəm ki, Azərbaycanda bu istiqamətdə müəyyən axsamalar var. Düşünürəm ki, bu cür təpkilər onların işini korrekt edə bilər. Onlar da daha optimal yanaşma sərgiləyərlər”.

F.Ağamalının digər həmkarı, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa bu tipli məsələlərdə Xarici İşlər Nazirliyinin kadr siyasətinin böyük əhəmiyyətinin olduğunu söylədi: “Bu siyasət, ümumiyyətlə, bəyəniləsi səviyyədə deyil. Orada kadr sistemində, xüsusilə Avropa məkanında daha keyfiyyətli, hazırlıqlı insanların Azərbaycanı təmsil etmələri ilə bağlı problemlər bizim tərəfimizdən dəfələrlə dilə gətirilib. Amma ”söyüş müxalifəti” təkcə Avropa ilə bağlı deyil. Mədəni insanlar müxalifətçilik də edə bilərlər, mədəni şəkildə də fəaliyyətlərini davam etdirərlər. Amma insanın ümumi dünyagörüşü aşağı səviyyədə olanda söyüşdən başqa leksikonunda ifadə tapa bilmir. Nəticədə bu üslubda mübarizə aparmaq istəyir. Bu da heç bir halda təqdir oluna biləcək üslub deyil. Avropada kifayət qədər mədəni insanlar da var ki, müxalifət mövqeyindədirlər, amma tənqidlərlə, arqumentlərlə fikirlərini çatdırmağa üstünlük verirlər. Buna da cəmiyyətimizdə heç bir irad bildirilə bilməz. Hər kəsin fərqli fikri ola bilər. Məsələn, eyni tərbiyəsizlik Rusiyada da var. Təsəvvür edin ki, özünə Tolışı ləqəbi götürən şəxs Məhəmməd Əmin Rəsulzadəni olmazın sözlərlə təhqir edir. Elçibəyi də təhqir edən statuslar paylaşır. Bu tərbiyəsizin talış xalqının maraqlarına nə dəxli var? Bu insan, sadəcə, tərbiyəsizdir. Xalqının problemlərini qaldırırsansa, bunu mədəni şəkildə edə bilərsən. Lakin o şəxs söyüş söyürsə, demək, bu insanın tərbiyə problemi var. Xaricdə olanları bu kateqoriyalarla bölmək lazımdır. Hamını ucdantutma bir formada qiymətləndirmək doğru olmazdı. Biz çalışmalıyıq ki, müxalifətin burada və orada dili mədəniləşsin. Azərbaycan Xarici İşlər Nazirliyi fəaliyyətsizlik göstərsə, ölkəmizə daha çox xeyir verə bilər”.

Məsələ ilə bağlı Azərbaycan XİN-in mövqeyini almağa çalışsaq da, mümkün olmadı. Zənglərimizə cavab verən olmadı.
Bu gün, 16:00
Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik... - NƏ OLDU?
Bu gün, 15:30
Ermənistanın demarşı: Rusiyanın ikinci cəbhə açmaq imkanı yoxdur - NƏ BAŞ VERİR?
Bu gün, 14:22
Yüz minlərlə azərbaycanlı Rusiyadan geri qayıdır? - NƏ ETMƏLİ?
Bu gün, 13:16
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
Bu gün, 13:00
Şahmar Hüseynov vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
Bu gün, 11:56
Sabah yerimizdə oturacaqlar, qan töküləcək, Azərbaycana qaytarılmalıdır – Andranik Köçəryan
Bu gün, 10:53
"Xəzər Lənkəran"la bağlı şad xəbər - Seçimlərə başlandı
Bu gün, 10:12
“Yaxın günlərdə daha 73 nəfərin adları ictimaiyyətə açıqlanacaq”
Bu gün, 10:08
Azərbaycanda dövlət xadimlərinin həyatına 7 sui-qəsd cəhdi olub - DTX rəhbəri
Bu gün, 10:02
Dünya "Qarabağ"ın ulduzundan danışır: Nələr dedilər? - VİDEO
Bu gün, 10:00
Bahalaşmanın növbəti dalğası gəlir: Evlərin qiyməti yenə artacaq
Bu gün, 09:56
Lənkəranda faciə: Ata və oğul öldü (FOTOLAR)
Bu gün, 09:49
"Crocus"da qəhrəmanlıq göstərən sumqayıtlı: "Onlar məndən üzr istədi"
Bu gün, 09:44
ABŞ və Avropa Birliyi Qafqazda sülhü bloklayır: Qərb Ermənistanın hərbi təxribatlarına dəstək qərarı verib
Bu gün, 09:41
Finlandiya rus oliqarxların Helsinkidəki idman-konsert kompleksini əllərindən alır
Bu gün, 09:39
Xristianlıqla İslamı üz-üzə qoymaq istəyirlər - Kirill
Bu gün, 09:37
Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
Bu gün, 09:31
Putin: “Rusiya üçün dost olmayan elitalar...”
Bu gün, 09:18
Fransa ordusu Ukraynaya girir - 5 ssenari
Bu gün, 09:00
Solovyov Bakıya şər atmağına “peşman” oldu
Dünən, 16:42
Dördüncü dəfədir ki, bayram tonqalı azad edilmiş Qarabağ torpağında qalanır
Dünən, 16:00
Ermənistan Türkiyənin vilayətinə çevriləcək - Petrosyan
Dünən, 15:30
Ermənistan sərhəddəki kəndi Gürcüstana verir? - “Joğovurd”
Dünən, 14:27
Xocalı şəhərində Şəhidlər xiyabanı salınır
Dünən, 14:22
Zaxarova və Peskov Ermənistana hansı mesajı göndəriblər -ŞƏRH
Dünən, 14:00
"Peysər", "qaşqaldaq" sözlərinə o mənfi mənaları kim yükləyib? - Alimdən etiraz
Dünən, 13:18
Xocalıya ilk köçün tarixi açıqlanıb