Ekspert: Suriyadan olan erməni qaçqınları Qarabağda…
Siyaset
Oxunub: 435
27 avq 2018 | 11:00
Ekspert: Suriyadan olan erməni qaçqınları Qarabağda…














Ermənistan suriyalı erməniləri Azərbaycanın işğal olunmuş ərazilərində yerləşdirməklə beynəlxalq hüquq normalarını kobud şəkildə pozur.

Bunu Trend-ə Ermənistan rəhbərliyinin Suriyadan olan etnik erməniləri Azərbaycanın işğal olunmuş Füzuli və Cəbrayıl rayonlarında məskunlaşdırmaq cəhdini şərh edən tanınmış türkiyəli politoloq, professor Toğrul İsmayıl deyib.

Ekspertin sözlərinə görə, erməni əsilli suriyalı qaçqınların Azərbaycanın işğal altındakı torpaqlarında yerləşdirilməsi siyasəti Cenevrə konvensiyalarından irəli gələn öhdəliklərin kobud şəkildə pozulmasıdır:

“Bu ərazilərdə coğrafi adların dəyişdirilməsi, işğal altındakı torpaqların yandırılması kimi qanunazidd fəaliyyət Ermənistanın Azərbaycana qarşı açıq təcavüzünü göstərir. Ermənistan rəhbərliyi Yaxın Şərq amilindən öz məqsədləri naminə istifadə edir ki, müharibə olacağı təqdirdə cəbhə xəttinə göndərməyə kimsə olsun. Lakin suriyalı ermənilərin Qarabağda qalacağına inanmıram. Birincisi, bu, regionda qeyri-sabit vəziyyətlə şərtlənir, ikincisi isə nəzərə almalıyıq ki, 2016-cı ilin aprelində olduğu kimi, Azərbaycan və Ermənistan arasında aktiv hərbi fəaliyyət hər an yenilənə bilər. Hesab edirəm ki, Suriyadan olan erməni qaçqınlar işğal altındakı Qarabağda yalnız müvəqqəti sığınacaq tapa bilərlər. Yaşadıqları ölkədəki müharibəyə görə vətənlərinə qayıdan ermənilərin yeni müharibədə iştirak etmək arzusunda olduqlarını düşünmürəm”.

T.İsmayıl bildirib ki, Ermənistan Cənubi Qafqazın ən zəif ölkəsidir, Ermənistan iqtisadiyyatının vəziyyəti isə acınacaqlıdır:

“Yerevanda, həmçinin erməni işğalı altında olan Qarabağda yaşayış səviyyəsi çox aşağıdır. Buna görə də ermənilərin bura kütləvi şəkildə köçürülməsindən söhbət gedə bilməz. Hakim rejimin belə arzusu var, çünki bu halda provokasiya planları irəli sürmək olar”.
Bu gün, 13:44
Nazirdən rus sülhməramlıları ilə bağlı göstəriş
Bu gün, 09:33
Hikmət Hacıyev: Azərbaycanın COP29-a ev sahibliyi etməsi diplomatik və siyasi cəsarətimizin təcəssümüdür
Bu gün, 09:30
KİV: İran İsrailin nüvə mərkəzini vura bilər
Bu gün, 09:25
Napoleonun nəslinin nümayəndəsindən çağırış
Bu gün, 09:20
4 kəndin qaytarılması sazişində vacib detal: Bakı strateji gediş etdi
Bu gün, 09:18
Sərhədin delimitasiyası başladı: İrəvan dərhal Tehrana hesabat verdi
Bu gün, 09:00
Azərbaycan və Rusiya Qərbin planlarını alt-üst etdi - VİDEO
Dünən, 17:11
Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib
Dünən, 16:00
Fars-molla rejiminin antiAzərbaycan XƏTTİ... - NƏ ETMƏLİ?
Dünən, 15:30
Azərbaycan strateji uğura necə nail oldu? - İNCƏLƏMƏ
Dünən, 14:22
Zəngəzur dəhlizinə nəzarət funksiyası böyük ehtimalla Azərbaycan və Türkiyədə olacaq - GƏLİŞMƏ
Dünən, 14:00
Azərbaycanla bağlı ağlasığmaz açıqlama... - Niyyətlərini açıqca bəyan etdilər
Dünən, 13:19
Sülhməramlıların Qarabağı tərk etməsi bölgədə vəziyyət necə təsir edəcək? - Ekspert rəyi
Dünən, 11:45
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
Dünən, 11:08
İranın nüvə obyektlərinə zərər dəyməyib - AEBA
Dünən, 11:04
Kəlbəcərdə boş ərazini stadiona çevirib futbol oynadılar - VİDEO
Dünən, 10:58
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
Dünən, 10:41
Təhlükəli olduğu deyilən, Azərbaycanda da satılan qida məhsulu ilə bağlı Rəsmi AÇIQLAMA
Dünən, 10:31
“İrana raket hücumu olmayıb”
Dünən, 10:20
Ağ Ev Kremli Qarabağa görə niyə qınayır: Fransadan sonra ABŞ da “maska”sını tam çıxartdı
Dünən, 10:14
"Emilin vəfatından sonra yatmıram"
Dünən, 10:01
Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ
Dünən, 09:47
Avro və lirə ucuzlaşdı, rubl bahalaşdı
Dünən, 09:42
Övladını xilas etmək istəyərkən Kürdə batan atanın meyiti tapılıb
Dünən, 09:11
Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək - VİDEO
Dünən, 09:07
Ukrayna XİN: Gürcüstan üçün real təhdid "ruslaşma"dır, “ukraynalaşma” deyil
Dünən, 09:03
Rusiya sülhməramlılarına vida: Ermənistan yeni şəraiti necə dəyərləndirəcək?