İrəvan Kremlə yenə “buynuz” göstərdi – Azərbaycan davası böyüyür
Siyaset
Oxunub: 526
30 avq 2018 | 17:16
İrəvan Kremlə yenə “buynuz” göstərdi – Azərbaycan davası böyüyür














Bir neçə gün öncə Azərbaycan parlamentinin komitə sədri Əli Hüseynli verdiyi müsahibədə ölkəmizin “Rus NATO-su” kimi tanınan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzvlüyünü istisna etməmişdi. Hökumətyönlü deputatın bu açıqlaması dərhal işğalçı Ermənistanda rəsmi Bakının mövqeyinə yaxın mövqe sayılaraq, ciddi təlaş yaratdı. Erməni ekspertlər həyəcan təbili çalmağa başladılar ki, belə bir şey reallaşarsa, bu, Ermənistanın maraqlarına zərbə olacaq, çünki onun regionda Rusiya üçün önəmi və Dağlıq Qarabağ məsələsində mövqeyi zəifləyəcək.

Bundan bir qədər sonra məlumat yayıldı ki, KTMT-nin nizamnaməsinə dəyişikliklər hazırlanır. Dəyişikliklərə görə, KTMT yanında müşahidəçi ölkə statusu təsis ediləcək. Bu, işğalçı ölkədə narahatlığı bir qədər də artırdı. Erməni tərəf ehtiyatlanır ki, Azərbaycan aralıq mərhələdə məhz müşahidəçi ölkə kimi blokda təmsil olunacaq, az sonra isə üzvlük reallaşacaq.

*****

Əslində Rusiya çoxdan Güney Qafqazın açar ölkəsi olan Azərbaycanı KTMT-yə qoşmaq, bununla da onun Qərbə yolunu birdəfəlik bağlamaq istəyir. Hərçənd Azərbaycan Qoşulmamaq Hərəkatının üzvüdür və balanslı xarici siyasətə üstünlük verməkdə davam edir. Bununla belə, düşmən ölkədə ən yüksək səviyyədə təlaş qalır. Moskva-İrəvan münasibətlərinin hazırda qəliz dönəm yaşadığı nəzərə alınarsa, bu təlaş ikiqat anlaşılan sayıla bilər. Ancaq müşahidə olunan budur ki, İrəvan Moskva ilə əlaqələrdə gərginliyi azaltmaq əvəzinə bunun əksini edir. Bu da növbəti fakt.

“Azərbaycanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzvlüyü məsələsinə baxılsa, Ermənistan özünün veto hüququndan istifadə edəcək. Çünki üzvlük məsələsində konsensus olmalıdır”. Bunu Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Anna Nağdalyan deyib. O, Azərbaycanın “Rus NATO-su”na üzvlüyü ilə bağlı həqiqətən analitik çevrələrdə müzakirələr getdiyini, lakin bunun ehtimali məlumatlara əsaslandığını söyləyib.

Qeyd edək ki, Rusiya nəşri “Moskovsky Komsomolets” qəzeti srağagün KTMT-nin üzvlərinin əksəriyyətinin Azərbaycanın namizədliyinə səs verəcəkləri halda Ermənistanın vetosunun ciddiyə alınmayacağını yazıb. Kremlə yaxınlığı ilə seçilən qəzet Ermənistanın veto hüququnun Azərbaycanın ittifaqa üzvlüyünə əngəl olmadığını vurğulayıb.

*****

Əslində Ermənistan XİN rəsmisi hüquqi baxımdan yanlış bir şey söyləməyib. Bloka üzvlük məsələsində həqiqətən konsensus tələb olunur. Lakin işğalçı ölkənin Rusiyanın satelliti və bölgədəki forpostu olduğunu, yəni faktiki real suverenliyə və söz sahibliyinə malik olmadığını nəzərə alsaq, xanım Nağdalyanın açıqlaması absurd görünür. Niyə?

Əvvəla ona görə ki, satellit Ermənistanın əsas varlıq qarantı olan Rusiyanın, həmçinin blokun digər üç üzvünün məsələdə iradəsi qarşısında çətin ki, İrəvan ortaya iradə qoyub onlara qarşı gedə bilsin. Ermənistan XİN-in yuxarıdakı bəyanatı bu mənada vur-tut, rəsmi İrəvanın özünü “suveren dövlət”in paytaxtı kimi göstərmək üçün etdiyi uğursuz cəhddən başqa bir şey deyil.

Bu, eyni zamanda Paşinyan iqtidarının Yuri Xaçaturov qalmaqalının ardınca Kremlə qarşı növbəti de-marşı sayıla bilər. Yeri gəlmişkən, srağagün Ermənistanın apelyasiya məhkəməsi KTMT baş katibi Yuri Xaçaturova qarşı həbs cəzasını qüvvədə saxlayıb. Bu da Rusiyaya növbəti dəfə “buynuz” göstərməkdir. Nədən ki, Moskva Xaçaturova qarşı cinayət işi açılmasına görə əvvəlcədən erməni rəhbərliyinə qəzəbli idi.

O ki qaldı Azərbaycanın “Rus NATO-su”na üzvlüyünə, rəsmi Bakı bu blok üçün əldən getmir. Bəlkə də müşahidəçi statusu barədə düşünmək olar. Bütün hallarda Azərbaycan üçün ən önəmlisi - bloka üzvlüyün ona nə verəcəyidir. Təbii ki, işğal faktı dura-dura, Azərbaycan təcavüzkarla eyni hərbi təşkilatda, hərbi müttəfiqlər kimi təmsil oluna bilməz. Rəsmi Bakı bu mövqeyini bir neçə dəfə, o cümlədən xarici işlər naziri Elmar Məmmədyarovun dilindən ortaya qoyub. Öncə torpaqların bir qismi qeyd-şərtsiz işğaldan azad edilməlidir. Odur ki, top Azərbaycanın yox, Rusiyanın meydanındadır.

*****

Bur arada Ermənistanda anti-Rusiya isteriyası güclənib. Bu dəfə Rusiya telekanallarının işğalçı ölkə ərazisində yayımının dayandırılması tələb olunur. “Yeni Müsavat”ın məlumatına görə, 1 in.am saytında bununla bağlı yazıda deyilir: “Rusiya telekanallarının Ermənistan ərazisində yayımı qadağan edilməlidir. İndiki vəziyyətdə Rusiyanın dövlət telekanalları Ermənistanın efir vaxtından çıxarılmalı və yalnız peyk vasitəsilə buna xüsusi marağı olanlar üçün əlçatan olmalıdır. Bu, olduqca vacibdir. Çünki həmin kanallar müharibə vasitəsindən, kütləvi qırğın silahından, beyinləri ”yuyan" təbliğat maşın silahından savayı bir şey deyil".

“Yeni Müsavat” bu yerdə xatırladır ki, iki gün öncə Rusiyanın NTV telekanalı Ermənistanın eks-prezidenti, Paşinyan iqtidarının qatı rəqiblərindən olan Robert Köçəryanla müsahibəni efirə verib. Müsahibədə Köçəryan indiki hökuməti sərt tənqid edir, Paşinyanı populizmdə suçlayır, inqilabçılığı pisləyir, ölkəni yaxşı günlərin gözləmədiyini deyir.

Əlavə edək ki, bir qədər öncə Ermənistanda rus dilinin istifadə dairəsini məhdudlaşdırmaqla bağlı Ermənistanın qərbyönlü təhsil naziri Araik Arutunyan çağırış eləmişdi... Sözsüz ki, bütün bunlar Moskvada, yumşaq desək, məmnunluq yaratmır və Paşinyan iqtidarı üçün “x günü”nü yaxınlaşdırır...
“Yeni Müsavat”
Dünən, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Dünən, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Dünən, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO
Dünən, 15:34
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamda məktəbin təməlqoyma mərasimində
Dünən, 15:30
Zəngəzur dəhlizi açılsa... - GƏLİŞMƏ
Dünən, 14:22
Paşinyan üçün QURTULUŞ YOLU... - hələ ÇOX İŞ görməlidir...
Dünən, 14:00
Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq
Dünən, 12:28
Rusiya ABŞ-ın nəhəng bankının hesablarına həbs qoydu
Dünən, 12:24
İrəvan Təbrizdə baş konsulluğunu açır
Dünən, 12:20
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
Dünən, 12:13
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
Dünən, 12:09
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
Dünən, 12:04
ABŞ Ermənistan ordusundakı ölümlərdən narahatdır
Dünən, 11:58
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB
Dünən, 11:46
Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi
Dünən, 11:40
Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR
Dünən, 11:36
Bakıda Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclası başlayıb
Dünən, 11:14
Rus ordusunda fərarilik rekord həddə qalxdı
Dünən, 11:10
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
Dünən, 10:16
“Laçın yolundan da Rusiya bayrağı götürüldü... - Sülhməramlılar çıxmaqda davam edir...”
Dünən, 10:01
Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir - ABŞ institutu
Dünən, 09:37
Bakıda təmizlik işçisinin bu görüntüsü gündəm oldu - VİDEO
Dünən, 09:31
Vaşinqton Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
Dünən, 09:00
“Böyük tarixçi” Bayden ermənilərə niyə pislik edir: ABŞ Ermənistanı növbəti “qurban” seçib
24-04-2024, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
24-04-2024, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
24-04-2024, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...