Vəli Hüseynovla bağlı daha bir TƏLƏB - İTTİHAM
Siyaset
Oxunub: 588
1 sen 2018 | 18:51
Vəli Hüseynovla bağlı daha bir TƏLƏB - İTTİHAM
















Prezident yanında Ali Attestasiya Komissiyasının sədri vəzifəsini müvəqqəti icra edən Vəli Hüseynovdan şikayətlər səngimir. Bu dəfə AAK-da çalışdığını bildirən, hələlik adının gizli saxlanılmasını rica edən professorlardan biri "Təzadlar"da dərc olunan tənqidi yazıya maraqlı şərh və təklif göndərib. Aşağıda olduğu kimi təqdim edirik və alimlərimizin müzakirəsinə veririk:
-Hörmətli "Təzadlar"!
Sizin qəzetdə Elm ictimaiyyəti arasında böyük nüfuz sahibi olan və AAK-da çalışan 4 professorun Prezident İlham Əliyevə, Azərbaycanın 1-ci vitse-prezidenti Mehriban xanım Əliyevaya və Prezident Adminstrasiyasının rəhbəri Ramiz Mehdiyevə, surəti "Təzadlar" qəzeti redaksiyasına ünvanlı müraciətini diqqətlə oxudum və çox bəyəndim. V.Hüseynov AAK-da nələrlə məşğuldur, bunu hamı bilir. Hazırda isə onun bir şöbə müdiri ilə olduqca sensasion qalmaqalı var və artıq PA-da bunu bilirlər. Güman ki, sizin xəbəriniz yoxdur. Bu məsələnin üstü açılsa və ictimailəşsə, nələr olacaq, bir Allah bilir!
Bəli, professorların da yazdığı və artıq AAK-da hamının bildiyi kimi, Prezident yanında AAK-ın Rəyasət Heyətinin “Azərbaycan Respublikasının vətəndaşı olan iddiaçıların xarici ölkələrdə dissertasiya müdafiəsi qaydaları haqqında” 25.05.1996-cı il (protokol№15-r) qərarına əsasən 01.02.1994-cü ildən sonra Azərbaycandan kənarda müdafiə olunmuş fəlsəfə doktoru və elmlər doktoru dissertasiyaları AAK-da təkrar attestasiyadan keçməlidir. Yəni, həmin diplomların respublikamızın ərazisində tanınması üçün müvafiq prosedurlar həyata keçirilməli, müsbət qərar verildiyi halda, iddiaçılar Azərbaycan AAK-nın diplomunu ala bilər. AAK-ın sədri vəzifəsini müvəqqəti icra edən Vəli Hüseynov isə özünün fəlsəfə doktoru dissertasiyasını “Neytrin-leptonnıe proüessı vo vneşnom maqnitnom pole” mövzusunda 21 aprel 1994 -cü ildə Rusiya Federasiyasında müdafiə edib. Və həmin ilin dekabrında təsdiqini almışdır.
AAK-ın Rəyasət Heyətinin yuxarıda qeyd olunan məlum qərarına əsasən Vəli Hüseynovun da Rusiya Federasiyasında aldığı həmin o elmlər namizədi diplomu təkrar attestasiyadan keçməli idi. Ancaq bu prosedur olmamışdır və Vəli Hüseynovun özünün elmlər namizədi diplomunu AAK-da təkrar attestasiyadan keçirməməsi bir yana, hətta o, birbaşa doktorluq dissertasiyasını müdafiə edərək təsdiqini almışdır(?).
Vəli Hüseynovun doktorluq dissertasiyasının müdafiəsində və təsdiqində də görünməmiş ciddi qanun pozuntularına yol verilmişdir. Belə ki, Vəli Hüseynovun doktorluq dissertasiyası legitim deyildir. AAK-ın rəsmi saytının “Bülletenlər” bölümündəki səhifə 125 və 126-da yazılır: “AAK Rəyasət Heyətinin “Azərbaycan Respublikasının vətəndaşı olan iddiaçıların xarici ölkələrdə dissertasiya müdafiəsi qaydaları haqqında” 07.01.2003-cü il tarixli (protokol No 15-R) və 25.05.1996-cı il (protokol No 15-R) qərarları: Azərbaycan Respublikasının vətəndaşı olan iddiaçılar 02.01.2004-cü il tarixdən etibarən yalnız Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası rəyasət heyətinin və ya kollegiyasının icazəsi ilə xarici ölkələrdə dissertasiya müdafiə edə bilərlər. 01.02.1994-cü ildən sonra Azərbaycan Respublikasından kənarda müdafiə olunmuş fəlsəfə doktoru və elmlər doktoru dissertasiyaları AAK- da təkrar attestasiyadan keçirilməlidir”.
Bir məsələ: Vəli Hüseynov 2003- cü ilin sentyabrında fizika-riyaziyyat elmləri üzrə doktorluq dissertasiyasını müdafiə etmişdir. Elmi dərəcələrin və elmi adların verilməsi qaydaları haqqında Əsasnamənin 3-cü bəndinin 14-cü maddəsinə görə, iddiaçıların elmlər doktoru dissertasiyalarının nəticələrinə dair ən azı 20 elmi məqaləsi dərc edilməlidir. Bunlar AAK-ın rəsmi saytında da bəyan edilmişdir, öz əksini tapmışdır. Biz Vəli Hüseynovun avtoreferatına mütəxəssislərlə birgə nəzər yetirdikdə məlum oldu ki, onun cəmi-cümlətanı 10 məqaləsi olmuşdur. Bura eləcə də 3 tezis, 1 konfrans materialı da əlavə edilmişdir. Lakin Vəli Hüseynovun istifadə etdiyi və AMEA-nın Fizika İnstitunun 3 preprint materialını (tezis) heç cürə AAK-ın tələb etdiyi məqalə saymaq olmaz. Ən pisi budur ki, Vəli Hüseynov namizədlik dissertasiyasının avtoreferatında da göstərdiyi 1 məqalə və 1 preprint materialını həm də doktorluq dissertasiyasının avtoreferatında da göstərmişdir. Bu, AAK tarixində ən rüsvayçı faktdır! Özü də AAK rəhbərinin belə qanunsuzluğa yol verib, hələ bir elmimizdə at oynatması bağışlanılmazdır.
Onu da deyim ki, Vəli Hüseynov AMEA-nın müxbir üzvüdür və bu akademik elmi titulu almaq üçün yuxarıda qeyd edilən qanunsuz elmlər doktoru, professor elmi dərəcə və diplomlar sayəsində əldə etmişdir. Odur ki, o, AMEA-nın müxbir üzvlüyündən çıxarılmalıdır. Xahiş edirəm, biz alimlərin adından bu barədə Prezident İlham Əliyevə və AMEA-nın prezidenti Akif Əlizadəyə müraciət göndərin.
Redaksiyadan: məsələyə dair mövqeyini öyrənmək üçün AAK-ın elektron poçtuna dünən və bu gün təkrarən sorğu göndərilmişdir. Lakin "İnformasiya əldə etmək haqqında" Azərbaycan Respublikası Qanunun tələblərinə uyğun olaraq yazı dərc edilənədək cavab gəlməmişdir...
Bu gün, 09:33
Hikmət Hacıyev: Azərbaycanın COP29-a ev sahibliyi etməsi diplomatik və siyasi cəsarətimizin təcəssümüdür
Bu gün, 09:30
KİV: İran İsrailin nüvə mərkəzini vura bilər
Bu gün, 09:25
Napoleonun nəslinin nümayəndəsindən çağırış
Bu gün, 09:20
4 kəndin qaytarılması sazişində vacib detal: Bakı strateji gediş etdi
Bu gün, 09:18
Sərhədin delimitasiyası başladı: İrəvan dərhal Tehrana hesabat verdi
Bu gün, 09:00
Azərbaycan və Rusiya Qərbin planlarını alt-üst etdi - VİDEO
Dünən, 17:11
Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib
Dünən, 16:00
Fars-molla rejiminin antiAzərbaycan XƏTTİ... - NƏ ETMƏLİ?
Dünən, 15:30
Azərbaycan strateji uğura necə nail oldu? - İNCƏLƏMƏ
Dünən, 14:22
Zəngəzur dəhlizinə nəzarət funksiyası böyük ehtimalla Azərbaycan və Türkiyədə olacaq - GƏLİŞMƏ
Dünən, 14:00
Azərbaycanla bağlı ağlasığmaz açıqlama... - Niyyətlərini açıqca bəyan etdilər
Dünən, 13:19
Sülhməramlıların Qarabağı tərk etməsi bölgədə vəziyyət necə təsir edəcək? - Ekspert rəyi
Dünən, 11:45
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
Dünən, 11:08
İranın nüvə obyektlərinə zərər dəyməyib - AEBA
Dünən, 11:04
Kəlbəcərdə boş ərazini stadiona çevirib futbol oynadılar - VİDEO
Dünən, 10:58
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
Dünən, 10:41
Təhlükəli olduğu deyilən, Azərbaycanda da satılan qida məhsulu ilə bağlı Rəsmi AÇIQLAMA
Dünən, 10:31
“İrana raket hücumu olmayıb”
Dünən, 10:20
Ağ Ev Kremli Qarabağa görə niyə qınayır: Fransadan sonra ABŞ da “maska”sını tam çıxartdı
Dünən, 10:14
"Emilin vəfatından sonra yatmıram"
Dünən, 10:01
Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ
Dünən, 09:47
Avro və lirə ucuzlaşdı, rubl bahalaşdı
Dünən, 09:42
Övladını xilas etmək istəyərkən Kürdə batan atanın meyiti tapılıb
Dünən, 09:11
Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək - VİDEO
Dünən, 09:07
Ukrayna XİN: Gürcüstan üçün real təhdid "ruslaşma"dır, “ukraynalaşma” deyil
Dünən, 09:03
Rusiya sülhməramlılarına vida: Ermənistan yeni şəraiti necə dəyərləndirəcək?
Dünən, 09:00
İsrail zərbə endirdi: İranda partlayış, ABŞ isə...