Məmurlar üçün Etibar Pirverdiyev nümunəsi
Siyaset
Oxunub: 608
6 sen 2018 | 11:30
Məmurlar üçün Etibar Pirverdiyev nümunəsi














İyulun 3-də Mingəçevirdəki “Azərbaycan İstilik Elektrik Stansiyası”nda baş verən qəza ölkənin bütövlükdə qaranlığa qərq etdi. Baş verən hadisənin miqyası ölkə rəhbərliyini narahat etməyə bilməzdi. O vaxt qəzanın baş vermə səbəbləri və nəticələrin aradan qaldırılması ilə bağlı ölkə başçısı İlham Əliyevin rəhbərliyi ilə hökumətin geniştərkibli iclası keçirildi.

İclasda bir çox diqqəti çəkən məqamlar olsa da, əsas müzakirə predmeti baş verən hadisədə birbaşa məsuliyyət daşıyan “Azərenerji” ASC-nin prezidenti Etibar Pirverdiyevin çıxışı və ölkə başçısının həmin çıxışa reaksiyası oldu

. Xatırladaq ki, Etibar Pirverdiyev sözügedən iclasda çıxış edərkən baş verən qəzanın havaların isti keçməsi ilə əlaqələndirmişdi. Prezident dərhal onun sözünü kəsərək bildirdi ki, bizdən də isti ölkələr var və baş verən hadisə bununla əlaqələndirilə bilməz. Hadisə yerində araşdırma aparan Fövqəladə Hallar Nazirliyinin (FHN) rəyi isə E.Pirverdiyevin dediklərini təkzib edirdi. FHN-nin rəyinə görə isə qəzanın baş verməsinə səbəb bütün xəbərdarlıqlara baxmayaraq, köhnə avadanlıqların yenilənməməsi olub. Hətta prezidentin Pirverdiyevə xitabən dediyi sözlər “Azərenerji” rəhbərinin çıxışının ancaq özünüqoruma cəhdinə hesablandığını göstərirdi.

Bütün bu baş verənlər Etibar Pirverdiyevin sonunun yaxınlaşdırırdı. Gözlənilən oldu. Sentyabrın 4-də prezident İlham Əliyev Etibar Pirverdiyevin "Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti vəzifəsindən azad edilməsi haqqında sərəncam imzaladı. Prezidentin başqa bir sərəncamı ilə “Azərenerji” ASC-nin prezidenti postuna Balababa Rzayev təyin olundu. Qeyd edək ki, B.Rzayev buna qədər “Azərişıq” ASC-yə rəhbərlik edirdi.

Sərəncamdan sonra Etibar Pirverdiyevin vəzifədən azad olunması ilə bağlı Prezident Administrasiyası açıqlama yaydı. Açıqlamada bildirilirdi ki, E.Pirverdiyevin vəzifədən azad olunmasının səbəbi Mingəçevirdə baş vermiş qəzadır. “Azərbaycan Respublikasının Prezidenti Dövlət Komissiyasının yekun rəyi ilə tanış olub və işdə yol verdiyi nöqsanlara görə “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti Etibar Pirverdiyevi tutduğu vəzifədən azad edib”,-deyə Prezidentinin Administrasiyasının bəyanatında vurğulanıb.

Digər tərəfdən, Mingəçevirdəki stansiyada baş vermiş qəzanın nəticələri ilə bağlı aparılan yoxlamaların nəticələri də Etibar Pirverdiyevin əleyhinə işləyən faktor olub. Belə ki, bu il iyulun 3-də Mingəçevir şəhərində yerləşən “Azərbaycan İstilik Elektrik Stansiyası” MMC-nin yarımstansiyalarından birində cərəyan transformatorunda baş verən qəza nəticəsində əhaliyə və ölkə iqtisadiyyatına 500 milyon manata yaxın ziyan dəyib. Məlumata görə, bu rəqəm qəza ilə bağlı yaradılmış komissiyanın beynəlxalq metodologiya əsasında apardığı hesablama zamanı üzə çıxıb.

Etibar Pirverdiyev haqqında bu günə qədər də kifayət qədər neqativ məlumatlar yayılmış, E.Pirverdiyev oliqarxlaşmış məmur kateqoriyasına aid edilmişdi. Məlumatlardan aydın olurdu ki, o, böyük bir “biznes imperiyası”na nəzarət edirdi. Görünür, hətta başı o işlərə o qədər aludə olub ki, hökumətdə tutduğu vəzifəni, ölkənin ən strateji sahələrindən birinin məhz ona etibar edilməsini də “unudubmuş”. Və bu “unutqanlıq” ölkəyə bir neçə gündə 500 milyon manat ziyan vurdu.

Məlumatlaa görə, “Expressbank” məhz bu şəxsin kurasiyasında fəaliyyət göstərir. Azərbaycanda bank sahibi olmaq isə o qədər də asan məsələ deyil. Yayılan məlumatlara inansaq, hazırda “Expressbank” bağlanmağa ən real namizədlərdən biridir. Nəzərə alsaq ki, bu gün bu sektorda yaşanan ciddi problemlər bütün fəaliyyətdə olan bankları əhatə edir. Yəni, vəziyyəti ağır olan tək “Expressbank” deyil. Hətta elə banklar var ki, maliyyə vəziyyəti “Expressbank”dan daha da ağırdır. Bəs bağlanan banklar siyahısında ilk yeri niyə məhz “Expressbank” tutur? Bunun səbəbi isə “Expressbank”a E.Priverdiyevin “krışalıq” etməsidir. Digər bir məsələ “Azərenerji” ASC-nin bütün bank əməliyyatlarını “Ekspressbank” vasitəsilə aparmasıdır. Azərbaycan Elmi-Tədqiqat və Layihə- Axtarış Energetika İnstitutunun yerləşdiyi binanın da mülkiyyət hüququ məhz Etibar Pirverdiyevə məxsusdur.

Məlumata görə, E.Pirverdiyevin bütün gizli bank hesabları da məhz “Ekspressbank” vasitəsilə qorunur. Ancaq proseslərin gedişatı onu göstərir ki, yaxın zamanlarda bu məsələyə də qanun çərçivəsində aydınlıq gətiriləcək.
Ümumiyyətlə, Etibar Pirverdiyevin adı ilə bağlı qalmaqallı məsələlər təkcə bununla bitmir. Belə ki, bir müddət öncə “VİKTORİYA-313” MTK-nın rəhbərinin həbs olunmasında və ümumilikdə bu şirkət ətrafında gedən söz-söhbətdə də Etibar Pirverdiyevin adı hallanır. Bununla yanaşı, “Azenco” ASC də məhz E.Pirverdiyevin adı ilə bağlıdır. Belə ki, “Azerenerji” ASC-nin bütün tikinti layihələri məhz bu şirkət vasitəsilə həyata keçirilib. Layihələrin icrası zamanı isə milyonlarla vəsaitin xərcləndiyi bildirilir. “İnter Enerji” MMC-də Etibar Pirverdiyevin tabeliyində olan şirkətdir. Məlumatlara görə, Etibar Pirverdiyevin sahib olduğunu bu və digər şirkətlərə onun qardaşı rəhbərlik edir.

Baş verən hadisəyə görə Etibar Pirverdiyevin vəzifədən çıxarılması bir daha göstərir ki, ölkə rəhbəri tərəfindən işinin öhdəsindən gələ bilməyən məmurlara qarşı sərt tədbirlər görülür və bu davam edəcək. Ona görə də digər oliqarxlaşmış məmurlara da baş verənlər nümunə olmalıdır. Görünən odur ki, cavabdeh olduqları sahələrdə nöqsanlara yol verən məmurlar təkcə bu şəkildə cəzadan yaxalarını qurtara bilməyəcəklər və onlarla bağlı daha sərt qərarlar qəbul ediləcək. Bir sıra məmurlar özlərini “sığortalanmış” hiss etsələr də, ortada Pirverdiyev nümunəsi var. E.Pirverdiyev də özünü hökumətin son iclasına qədər məhz belə arxayın aparırdı. Ancaq yol verdiyi səhvlərə güzəşt edilmədi və ölkə başçısı onun haqqında yekun qərarı verdi. Öz işində səhvlərə yol verən digər məmurları da eyni taleyin gözlədiyini demək o qədər də çətin deyil.
Cebhe.info
Dünən, 16:00
Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik... - NƏ OLDU?
Dünən, 15:30
Ermənistanın demarşı: Rusiyanın ikinci cəbhə açmaq imkanı yoxdur - NƏ BAŞ VERİR?
Dünən, 14:22
Yüz minlərlə azərbaycanlı Rusiyadan geri qayıdır? - NƏ ETMƏLİ?
Dünən, 13:16
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
Dünən, 13:00
Şahmar Hüseynov vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
Dünən, 11:56
Sabah yerimizdə oturacaqlar, qan töküləcək, Azərbaycana qaytarılmalıdır – Andranik Köçəryan
Dünən, 10:53
"Xəzər Lənkəran"la bağlı şad xəbər - Seçimlərə başlandı
Dünən, 10:12
“Yaxın günlərdə daha 73 nəfərin adları ictimaiyyətə açıqlanacaq”
Dünən, 10:08
Azərbaycanda dövlət xadimlərinin həyatına 7 sui-qəsd cəhdi olub - DTX rəhbəri
Dünən, 10:02
Dünya "Qarabağ"ın ulduzundan danışır: Nələr dedilər? - VİDEO
Dünən, 10:00
Bahalaşmanın növbəti dalğası gəlir: Evlərin qiyməti yenə artacaq
Dünən, 09:56
Lənkəranda faciə: Ata və oğul öldü (FOTOLAR)
Dünən, 09:49
"Crocus"da qəhrəmanlıq göstərən sumqayıtlı: "Onlar məndən üzr istədi"
Dünən, 09:44
ABŞ və Avropa Birliyi Qafqazda sülhü bloklayır: Qərb Ermənistanın hərbi təxribatlarına dəstək qərarı verib
Dünən, 09:41
Finlandiya rus oliqarxların Helsinkidəki idman-konsert kompleksini əllərindən alır
Dünən, 09:39
Xristianlıqla İslamı üz-üzə qoymaq istəyirlər - Kirill
Dünən, 09:37
Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
Dünən, 09:31
Putin: “Rusiya üçün dost olmayan elitalar...”
Dünən, 09:18
Fransa ordusu Ukraynaya girir - 5 ssenari
Dünən, 09:00
Solovyov Bakıya şər atmağına “peşman” oldu
27-03-2024, 16:42
Dördüncü dəfədir ki, bayram tonqalı azad edilmiş Qarabağ torpağında qalanır
27-03-2024, 16:00
Ermənistan Türkiyənin vilayətinə çevriləcək - Petrosyan
27-03-2024, 15:30
Ermənistan sərhəddəki kəndi Gürcüstana verir? - “Joğovurd”
27-03-2024, 14:27
Xocalı şəhərində Şəhidlər xiyabanı salınır
27-03-2024, 14:22
Zaxarova və Peskov Ermənistana hansı mesajı göndəriblər -ŞƏRH
27-03-2024, 14:00
"Peysər", "qaşqaldaq" sözlərinə o mənfi mənaları kim yükləyib? - Alimdən etiraz
27-03-2024, 13:18
Xocalıya ilk köçün tarixi açıqlanıb