Deputat İqbal Məmmədovun "mənzil qalmaqalı" böyüyür - GİLEY
Siyaset
Oxunub: 551
7 sen 2018 | 21:18
Deputat İqbal Məmmədovun "mənzil qalmaqalı" böyüyür - GİLEY














Tezadlar.az-a Bakı şəhəri, Xətai rayonu, F.Bayramov küçəsi, 1156-cı məhəllədəki 4 saylı yaşayış binasının sakinləri - Məmmədov Şakir Fərman oğlu və Məmmədov Əli-Ağa Məmməd Həsən oğlunun Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevaya, Azərbaycan Respulikasının Baş Naziri cənab Novruz Məmmədova, Azərbaycan Respublikası Milli Məclisinin sədri cənab Oqtay Əsədova, Azərbaycan Respulikasının ədliyyə naziri, Məhkəmə Hüquq Şurasının sədri cənab Fikrət Məmmədova, Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri, Məhkəmə Hüquq Şurasının üzvü cənab Ramiz Rzayevə və Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi cənab Əhməd Əhmədova ünvanlı müraciəti daxil olub.

Müraciətdə deyilir:

"Hörmətli möhtərəm Prezident!

Hörmətli cənablar!

Biz - “Sahil-D Kompani” MMC-nin Bakı şəhəri, Xətai rayonu, F.Bayramov küçəsi, 1156-cı məhəllə ünvanında inşa etdiyi 24 mərtəbəli, 4 saylı yaşayış binasının sakinləri - Məmmədov Şakir Fərman oğlu (mənzil 80) və Məmmədov Əli-Ağa Məmməd Həsən oğlu (mənzil 74) dəyərli vaxtınızı aldığımız üçün əvvəlcədən üzr istəyirik. Bu gün Milli Məclisdə oturan, xalqın ona göstərdiyi etimadı doğrultmaq üçün gecə-gündüz çalışaraq insanların problemlərini həll etmək əvəzinə, öz mənafeyini xalqın, dövlətin mənafeyindən üstün tutaraq, millət vəkili vəsiqəsindən sui-istifadə edərək bizləri, halal zəhmətimizlə aldığımız mənzillərimizi əlimizdən almağa çalışan Məmmədov İqbal Nəriman oğlu haqqında sizə müraciət etmək məcburiyyətində qoyub. Belə ki, biz yuxarıda qeyd olunan mənzillərin sahibləri Məmmədov İqbal Nəriman oğlu tərəfindən təhdid və təhqirlərə məruz qalmışıq. O, əvvəlcə Xətai rayon Məhkəməsinə müraciət edərək bizi öz mənzillərimizdən çıxarmaq istəmişdir. Xətai rayon Məhkəməsinin hakimi Səadət Səlimovanın qanuni çıxardığı Qətnaməni heçə sayaraq, heç bir aidiyyəti olmayan Nərimanov rayon Məhkəməsinə müraciət etmişdir. Bu dəfə Nərimanov rayon Məhkəməsinin köməkliyi ilə bizim mənzillərdən çıxarılmağımız barədə Qətnamə əldə etmişdir. Qeyd etmək istəyirik ki, biz mənzilləri “Sahil-D Kompani” MMC-nin inşa etdiyi binadan almışıq, o isə mənzilləri “STS” MMC-dən aldığı halda, necə olur ki, bizim mənzillərə iddia edir? O, getsin öz məsələsini “STS” MMC ilə həll et, bizimlə nə işi var. Necə ki, bu barədə Xətai rayon Məhkəməsinin Qətnaməsi vardır.

Biz Nərimanov rayon Məhkəməsinin çıxardığı 2(005)-5266/2017 saylı, 5 sentyabr 2017-ci il tarixli Qətnaməsindən apellyasiya şikayəti verdik və Bakı Apellyasiya Məhkəməsinin hakimi Elnur Həsənovun sədrlik etdiyi məhkəmə heyəti iddiamızı təmin edərək, 2(103)-566/2018 saylı, 1 mart 2018-ci il tarixli Qətnamə çıxardı. Millət vəkili İqbal Məmmədov iddiasından əl çəkməyərək bizi Ali Məhkəməyə verib. Hal-hazırda iş Ali Məhkəmənin hakimi Əhməd Əhmədovun icraatındadır. Onu da qeyd edək ki, İqbal Məmmədov əvvəlcə 3 mənzilə iddia edirdisə, indi bizə məlum olmayan hansısa sehirli əlin köməkliyi ilə Əliyev Sərdar Məmməd oğluna məxsus 88 saylı mənzildən imtina edir. Soruşulur, necə olur o, əvvəlcə 3 mənzilə iddia etdiyi halda, indi 2 mənzilə iddia edir? Deməli, burada mənzili yoxdur ki, rahatca bir mənzildən imtina edir. Onun gücü yalnız sadə vətəndaşlara çatır?!

Odur ki, yuxarıda qeyd olunanları nəzərə alaraq, xalqın ona göstərdiyi etimaddan sui-istifadə edən, insanları incitməklə qanunlarımızın və dövlətimizin yeritdiyi siyasətin əksinə gedən millət vəkili Məmmədov İqbal Nəriman oğlu barədə ciddi tədbir görmənizi sizdən xahiş edirik".

Məsələ ilə bağlı qarşı tərəfi də dinləməyə hazırıq.
Dünən, 16:00
Sabah 32 dərəcə isti olacaq
Dünən, 15:30
Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu
Dünən, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər
Dünən, 14:43
Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB
Dünən, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
Dünən, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
Dünən, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
Dünən, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
Dünən, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
Dünən, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
Dünən, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
Dünən, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
Dünən, 11:22
COP29-un əhəmiyyəti
Dünən, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
Dünən, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
Dünən, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
Dünən, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
Dünən, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı
Dünən, 10:02
Conson Ağ Evin planını DE-ŞİFRƏ ETDİ: ABŞ bu ölkəyə də hücum edəcəkdi, amma...
Dünən, 09:59
Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO
Dünən, 09:41
Paşinyan sərhəddəki delimitasiya barədə hesabat verib
Dünən, 09:38
Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
Dünən, 09:33
Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 MESAJ
Dünən, 09:00
Rasizmin beşiyinə çevrilən ABŞ-ın Azərbaycana qarşı uydurma hesabatı - FAKTLAR
25-04-2024, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
25-04-2024, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
25-04-2024, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO