"Azərbaycan Prezidenti türkdilli dövlətlərin gələcək münasibətlərinə yeni təkan verdi" — Qazaxıstanlı eksper
Siyaset
Oxunub: 473
9 sen 2018 | 09:30
"Azərbaycan Prezidenti türkdilli dövlətlərin gələcək münasibətlərinə yeni təkan verdi" — Qazaxıstanlı eksper















Azərbaycan Prezidenti İlham Əliyev Qırğızıstan və Azərbaycanın siyasi və iqtisadi sahələrdə əməkdaşlığına böyük əhəmiyyət verərək türkdilli dövlətlərin gələcək münasibətlərinə yeni təkan verdi.
Bunu Trend-ə Qazaxıstan Müdafiə və Aerokosmik Sənaye Nazirliyinin Hərbi-Strateji Araşdırmalar Mərkəzinin layihələrinin rəhbəri, professor, siyasət elmləri namizədi, "Sərdar" elmi jurnalının baş redaktoru xanım Karlıqaş Nuqmanova Azərbaycan Prezidenti İlham Əliyev və Qırğızıstan Prezidenti Sooronbay Jeenbekovun Çolpon-Ata şəhərindəki görüşünü şərh edərkən deyib.

Onun sözlərinə görə, Qırğızıstan Prezidenti açıq və məzmunlu söhbətə hazır olduğunu ifadə edib və bildirib ki, Azərbaycan dövlət başçısının Qırğızıstana növbəti rəsmi səfəri iki ölkə arasında əməkdaşlığın möhkəmlənməsi üçün vacib addım olacaq.

Ekspert bildirib ki, Qırğızıstan üçün Çolpon-Atada keçirilmiş Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VI Zirvə görüşü tarixi hadisə idi, çünki sammitdə Qazaxıstan Prezidenti Nursultan Nazarbayev, Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov, Özbəkistan Prezidendi Şavkat Mirziyoyev iştirak ediblər, Macarıstanın baş naziri Viktor Orban isə sammitə fəxri qonaq kimi qatılıb:

"Bu gün dünya dəyişib. 21-ci əsrdə inkişaf mərkəzi dünya əhalisinin 2/3 hissəsinin yaşadığı və nəhəng ehtiyatların yerləşdiyi Asiyaya yönəlib. Asiyanın inkişaf etməkdə olan iqtisadiyyatlarının güclü sıçrayışı qlobal proseslərdə yeni reallığı əks etdiib. Ona görə də bu tarixi hadisədən türkdilli dövlətlərin münasibətlərinə, xüsusilə də Qırğızıstan, Qazaxıstan, Azərbaycan və Türkiyə arasında münasibətlərə yeni təkan verməsi üçün istifadə etmək lazımdır".
K.Nuqmanovanın fikrincə, aktual məsələ odur ki, Çolpon-Atadakı sammit "Bir zolaq - bir yol" irimiqyaslı strateji layihəsinin beşillik yubileyi ərəfəsində keçirildi:

"Qloballaşmanın şərq modelinə çevrilmiş bu təşəbbüs artıq 200-dən çox ölkəni, 4.4 milyard sakini və ya dünya əhalisinin 53 faizini birləşdirir. Mən bu faktı ona görə vurğulayıram ki, Qazaxıstan Çinin yaxın qonşusudur və "Bir zolaq - bir yol" marşrutunda yerləşən ilk ölkədir. Fikrimcə, Mərkəzi Asiyanın iqtisadi və siyasi inkişafında vacib rolu şərq, cənub və cənub-qərb qonşuları oynayacaq. Yaxın 10 il ərzində Mərkəzi Asiyanın gələcəyini artıq indidən görünməyə başlayan tendesniyalar müəyyən edəcək".

Ekspert vahid türk dünyasının üzv ölkələri arasında əlaqələrin dərinləşməsinin vacibliyini qeyd edib:

"Bugünkü geosiyasi vəziyyət fonunda Şura təkcə ölkələr arasındakı mədəni, elmi və humanitar əməkdaşlıq məsələlərini müzakirə etməməli, həm də diqqəti beynəlxalq kibertəhlükəsizlik, terror təhlükəsi ilə mübarizə, yüksək texnologiyalar sahəsində əməkdaşlıq məsələlərinə yönəltməlidir".
Bu gün, 13:44
Nazirdən rus sülhməramlıları ilə bağlı göstəriş
Bu gün, 09:33
Hikmət Hacıyev: Azərbaycanın COP29-a ev sahibliyi etməsi diplomatik və siyasi cəsarətimizin təcəssümüdür
Bu gün, 09:30
KİV: İran İsrailin nüvə mərkəzini vura bilər
Bu gün, 09:25
Napoleonun nəslinin nümayəndəsindən çağırış
Bu gün, 09:20
4 kəndin qaytarılması sazişində vacib detal: Bakı strateji gediş etdi
Bu gün, 09:18
Sərhədin delimitasiyası başladı: İrəvan dərhal Tehrana hesabat verdi
Bu gün, 09:00
Azərbaycan və Rusiya Qərbin planlarını alt-üst etdi - VİDEO
Dünən, 17:11
Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib
Dünən, 16:00
Fars-molla rejiminin antiAzərbaycan XƏTTİ... - NƏ ETMƏLİ?
Dünən, 15:30
Azərbaycan strateji uğura necə nail oldu? - İNCƏLƏMƏ
Dünən, 14:22
Zəngəzur dəhlizinə nəzarət funksiyası böyük ehtimalla Azərbaycan və Türkiyədə olacaq - GƏLİŞMƏ
Dünən, 14:00
Azərbaycanla bağlı ağlasığmaz açıqlama... - Niyyətlərini açıqca bəyan etdilər
Dünən, 13:19
Sülhməramlıların Qarabağı tərk etməsi bölgədə vəziyyət necə təsir edəcək? - Ekspert rəyi
Dünən, 11:45
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
Dünən, 11:08
İranın nüvə obyektlərinə zərər dəyməyib - AEBA
Dünən, 11:04
Kəlbəcərdə boş ərazini stadiona çevirib futbol oynadılar - VİDEO
Dünən, 10:58
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
Dünən, 10:41
Təhlükəli olduğu deyilən, Azərbaycanda da satılan qida məhsulu ilə bağlı Rəsmi AÇIQLAMA
Dünən, 10:31
“İrana raket hücumu olmayıb”
Dünən, 10:20
Ağ Ev Kremli Qarabağa görə niyə qınayır: Fransadan sonra ABŞ da “maska”sını tam çıxartdı
Dünən, 10:14
"Emilin vəfatından sonra yatmıram"
Dünən, 10:01
Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ
Dünən, 09:47
Avro və lirə ucuzlaşdı, rubl bahalaşdı
Dünən, 09:42
Övladını xilas etmək istəyərkən Kürdə batan atanın meyiti tapılıb
Dünən, 09:11
Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək - VİDEO
Dünən, 09:07
Ukrayna XİN: Gürcüstan üçün real təhdid "ruslaşma"dır, “ukraynalaşma” deyil
Dünən, 09:03
Rusiya sülhməramlılarına vida: Ermənistan yeni şəraiti necə dəyərləndirəcək?