Vasif Talıbovun oğlu sədr seçildi – FOTO
Siyaset
Oxunub: 524
9 sen 2018 | 14:44
Vasif Talıbovun oğlu sədr seçildi – FOTO














Seymur Talıbov Şahmat Federasiyasının sədri seçildi

Nuhçıxan.az xəbər verir ki, sentyabrın 8-də Naxçıvan Şahmat Mərkəzində Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının yığıncağı keçirilib.

Yığıncağın gündəliyinə Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının fəaliyyəti və görülən işlərin hesabatı, eləcə də federasiyanın yeni sədrinin seçilməsi verilib.

Gündəlik qəbul olunub.

Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Azad Cabbarov çıxış edərək deyib ki, ölkəmizdə idman sahəsində həyata keçirilən tədbirlər muxtar respublikamızı da əhatə edib, Naxçıvan Muxtar Respublikası Ali Məclis Sədrinin diqqət və qayğısı nəticəsində bu sahənin maddi-texniki bazası möhkəmləndirilib. Muxtar respublikada müasir idman məktəbləri və idman qurğuları tikilib, ayrı-ayrı idman növləri üzrə 12 federasiya yaradılıb, idmanla məşğul olanların sayı artıb. İntellektual idman növlərindən olan şahmatın inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində də bir sıra tədbirlər həyata keçirilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin şahmata olan diqqəti nəticəsində 2002-ci ildə Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyası yaradılıb. Naxçıvanda şahmat idman növünün inkişafı üçün yaradılan şəraitin nəticəsidir ki, artıq bu gün federasiyasının tərkibində 8 şahmat məktəbində 177 müəllim və 291 qrupda 3000-dək şahmatçı idmanın bu növü ilə məşğul olur. 2018-ci ilin ötən dövründə Şahmat Federasiyasının idmançıları ölkə çempionatlarında 8, beynəlxalq yarışlarda isə 12 medal qazanıblar.

Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının sədr müavini Emin Hacıyev hesabat məruzəsi ilə çıxış edərək qeyd edib ki, Ali Məclis Sədrinin qayğısı ilə şahmatın inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi daim diqqətdə saxlanılır. Lakin yaradılan şəraitdən səmərəli istifadə olunmur. Bir sıra nöqsanlara yol verilir. Beynəlxalq və ölkədaxili yarışlarda muxtar respublikanın bütün rayonlarının iştirakı arzu olunan səviyyədə deyil. Artıq xeyli vaxtdır ki, açıq birinciliklər keçirilmir. Belə yarışlar keçirilməyəndə istedadlı gənc şahmatçıları üzə çıxarmaq mümkün olmur. Mərkəzin qabaqcıl şahmatçıları ilə məşğul olmaq üçün güclü müəllimə ehtiyac var.

Sonra gənclər və idman naziri Azad Cabbarov Seymur Talıbovun Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasına sədrliyinə namizədliyini irəli sürüb.

Təklif yekdilliklə qəbul olunub və Seymur Talıbov Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının sədri seçilib.

Muxtar respublikanın gənclər və idman naziri yığıncaq iştirakçıları adından Seymur Talıbovu Şahmat Federasiyasının sədri seçilməsi münasibətilə təbrik edib.

Məşqçi-müəllimlər Hüseyn Əliyev və Əli Hüseynzadə də yeni seçilən federasiya sədrini təbrik ediblər. Vurğulayıblar ki, idmançılara daha da yaxın olan, onlara qayğı ilə yanaşan Seymur Talıbovun federasiyaya sədr seçilməsi muxtar respublikada şahmatın inkişafına töhfə verəcəkdir.

Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının sədri Seymur Talıbov göstərilən etimada görə federasiya üzvlərinə təşəkkürünü bildirib, Ali Məclis Sədrinin idmanın, o cümlədən şahmatın inkişafına göstərdiyi diqqət və qayğıya öz əməli işi ilə cavab verəcəyini vurğulayıb.
Dünən, 17:11
Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib
Dünən, 16:00
Fars-molla rejiminin antiAzərbaycan XƏTTİ... - NƏ ETMƏLİ?
Dünən, 15:30
Azərbaycan strateji uğura necə nail oldu? - İNCƏLƏMƏ
Dünən, 14:22
Zəngəzur dəhlizinə nəzarət funksiyası böyük ehtimalla Azərbaycan və Türkiyədə olacaq - GƏLİŞMƏ
Dünən, 14:00
Azərbaycanla bağlı ağlasığmaz açıqlama... - Niyyətlərini açıqca bəyan etdilər
Dünən, 13:19
Sülhməramlıların Qarabağı tərk etməsi bölgədə vəziyyət necə təsir edəcək? - Ekspert rəyi
Dünən, 11:45
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
Dünən, 11:08
İranın nüvə obyektlərinə zərər dəyməyib - AEBA
Dünən, 11:04
Kəlbəcərdə boş ərazini stadiona çevirib futbol oynadılar - VİDEO
Dünən, 10:58
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
Dünən, 10:41
Təhlükəli olduğu deyilən, Azərbaycanda da satılan qida məhsulu ilə bağlı Rəsmi AÇIQLAMA
Dünən, 10:31
“İrana raket hücumu olmayıb”
Dünən, 10:20
Ağ Ev Kremli Qarabağa görə niyə qınayır: Fransadan sonra ABŞ da “maska”sını tam çıxartdı
Dünən, 10:14
"Emilin vəfatından sonra yatmıram"
Dünən, 10:01
Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ
Dünən, 09:47
Avro və lirə ucuzlaşdı, rubl bahalaşdı
Dünən, 09:42
Övladını xilas etmək istəyərkən Kürdə batan atanın meyiti tapılıb
Dünən, 09:11
Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək - VİDEO
Dünən, 09:07
Ukrayna XİN: Gürcüstan üçün real təhdid "ruslaşma"dır, “ukraynalaşma” deyil
Dünən, 09:03
Rusiya sülhməramlılarına vida: Ermənistan yeni şəraiti necə dəyərləndirəcək?
Dünən, 09:00
İsrail zərbə endirdi: İranda partlayış, ABŞ isə...
18-04-2024, 16:00
Siyasət meydanının 10 nömrəsi... - Hər vurduğu qol olur...
18-04-2024, 15:30
“Rusiya hərbçilərini Qarabağdan çıxmaq istəmirdi, amma...” - Diplomatik uğur və məntiqi nəticə
18-04-2024, 14:22
Rus əsgərinin Qarabağdan... çıxışlıq halı - O MÜBARƏK AN...
18-04-2024, 14:00
Qarabağ... bax indi AZƏRBAYCANDIR! - HƏQİQƏTƏN DƏ...
18-04-2024, 13:39
İnsan qanı ilə qidalanan “vampir bakteriyalar” - Kimlər risk altındadır?
18-04-2024, 13:01
Nazir müavini təyin olunan Axundov kimdir? – DOSYE