Ərdoğanın məqaləsi ABŞ mediasında: - "Bunun bədəlini bütün dünya ödəyəcək"
Siyaset
Oxunub: 477
11 sen 2018 | 20:18
Ərdoğanın məqaləsi ABŞ mediasında: - "Bunun bədəlini bütün dünya ödəyəcək"














Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Amerikanın "Wall Street Journal" qəzeti üçün məqalə qələmə alıb.

Open.az türk mətbuatına istinadən xəbər verir ki, məqalədə Suriya böhranı və İdlib probleminə toxunulub.

"Dünya Əsədi dayandırmalıdır" başlıqlı məqaləsində Ərdoğan bu ifadələrə yer verib: "Əsəd rejimi yeddi ildir ki, Türkiyənin cənub sərhədində Suriya vətəndaşlarını özbaşına həbs edir, sistematik işgəncə, edamlar, çən bombaları, kimyəvi və adi silahlarla hədəfə alır. Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları Şurasının "İkinci Dünya Müharibəsindən bəri baş verən ən böyük insan mənşəli fəlakət" kimi xarakterizə etdiyi Suriya vətəndaş müharibəsi nəticəsində milyonlarla günahsız insan qaçqın və ya öz ölkələri daxilində didərgin düşüb.

Suriya xalqının acısını yüngülləşdirmək üçün fövqəladə səy göstərən Türkiyə bu gün təxminən 3.5 milyon qaçqına ev sahibliyi edir. Eyni zamanda yanımızda fəaliyyət göstərən terror təşkilatları DEAŞ və PKK-nın hədəfi olduq. Ancaq nə humanitar yardım səylərimizin yüksək dəyəri nə də, təhlükəsizlik narahatlıqları qətiyyətimizi zəiflədib".

Ərdoğan Əsəd rejiminin yaxınlaşan hücumunu terrorla mübarizə zəminində qanuniləşdirməyə cəhd etdiyini bildirib: "Terrorizmlə mübarizənin əhəmiyyətini heç bir ölkə Türkiyədən daha yaxşı anlaya bilməz. Ancaq Bəşər Əsədin həlli saxta bir həldir. Terrorla mübarizə adına günahsız insanlar qurban edilə bilməz. Belə bir addım ancaq yeni terrorizm və ekstremizm yuvalarını yaratmağa səbəb olur. Belə ki, DEAŞ-ın ortaya çıxması Suriyada baş verənlərin səbəbi yox, nəticəsi deməkdir. Beynəlxalq cəmiyyət terrorun kök atmasının qarşısını almaq üçün bu şiddəti kontrol altında tutmaq məcburiyyətindədir.

İdlibdə də oxşar problemlərlə qarşı-qarşıya olmuşuq. Aralarında HTŞ-nin də olduğu terror təşkilatları bu regionda fəaliyyətlərini davam etdirir. Ancaq bu faktorlar İdlibin ümumi əhalisinin çox kiçik bir hissəsini təşkil edir. Terrorçuları və radikal ünsürləri zərərsizləşdirmək və xarici döyüşçüləri ədalətə təslim etmək üçün lazım olan geniş beynəlxalq terrorizmlə mübarizə əməliyyatıdır. Türkiyənin Suriyanın şimalında terrorçulara qarşı apardığı mübarizədə aparıcı rol oynayan mülayim müxaliflərin verəcəyi dəstək və istiqamətləndirmə İdlibdə də çox əhəmiyyətli olacaq".

Türkiyə prezidenti Avropa və ABŞ-ın lazımı addımları atmayacağı təqdirdə bunun bədəlini bütün dünyanın ödəcəyini qeyd edib: "Yaşanacaq qətliamı dayandırma məsuliyyəti yalnız Qərbə aid deyil. Astana prosesindəki tərəfdaşlarımız Rusiya və İran da insanı bir fəlakətin qarşısını almağa borcludur. Əgər Avropa və ABŞ, o cümlədən beynəlxalq cəmiyyət bu gün lazımı addımları atmasa, bunun bədəlini yalnız suriyalı günahsızlar deyil, bütün dünya ödəyəcək. Türkiyə qonşuda baş verən qətliamın qarşısını almaq üçün əlindən gələn hər şeyi edib".
Bu gün, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Bu gün, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Bu gün, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO
Bu gün, 15:34
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamda məktəbin təməlqoyma mərasimində
Bu gün, 15:30
Zəngəzur dəhlizi açılsa... - GƏLİŞMƏ
Bu gün, 14:22
Paşinyan üçün QURTULUŞ YOLU... - hələ ÇOX İŞ görməlidir...
Bu gün, 14:00
Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq
Bu gün, 12:28
Rusiya ABŞ-ın nəhəng bankının hesablarına həbs qoydu
Bu gün, 12:24
İrəvan Təbrizdə baş konsulluğunu açır
Bu gün, 12:20
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
Bu gün, 12:13
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
Bu gün, 12:09
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
Bu gün, 12:04
ABŞ Ermənistan ordusundakı ölümlərdən narahatdır
Bu gün, 11:58
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB
Bu gün, 11:46
Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi
Bu gün, 11:40
Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR
Bu gün, 11:36
Bakıda Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclası başlayıb
Bu gün, 11:14
Rus ordusunda fərarilik rekord həddə qalxdı
Bu gün, 11:10
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
Bu gün, 10:16
“Laçın yolundan da Rusiya bayrağı götürüldü... - Sülhməramlılar çıxmaqda davam edir...”
Bu gün, 10:01
Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir - ABŞ institutu
Bu gün, 09:37
Bakıda təmizlik işçisinin bu görüntüsü gündəm oldu - VİDEO
Bu gün, 09:31
Vaşinqton Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
Bu gün, 09:00
“Böyük tarixçi” Bayden ermənilərə niyə pislik edir: ABŞ Ermənistanı növbəti “qurban” seçib
Dünən, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
Dünən, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
Dünən, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...