AZƏRBAYCAN MİLLİ DEMOKRAT PARTİYASININ SƏDRİ TUFAN KƏRİMİN SOYDAŞLARIMIZA MÜRACİƏTİ
Siyaset
Oxunub: 524
13 sen 2018 | 16:50
AZƏRBAYCAN MİLLİ DEMOKRAT PARTİYASININ SƏDRİ TUFAN KƏRİMİN SOYDAŞLARIMIZA MÜRACİƏTİ



























Sayğılı vətəndaşlarımız, soydaşlarımız, dindaşlarımız! Bu qısa müraciətin ərsəyə gəlməsi, Azərbaycanın milli və dövlət mənafelərinə birbaşa aidiyyatı olan, dünyada və bölgədə baş verən son siyasi proseslərlə əlaqədardır.

Suriya ətrafında cərəyan edən proseslər göründüyü kimi regiondakı qüvvələrin toqquşması təhlükəsini ortaya çıxarıb. Bir neçə gün öncə Tehranda keçirilmiş zirvə görüşü İdlib şəhəri ətrafında Türkiyə, Rusiya və İran rəhbərlərinin yekdil mövqelərinin olmadığını nümayiş etdirdi. Qərbin siyasi şərhçiləri hadisələrin bu gedişatında “Astana prosesi” təşəbbüskarı və iştirakçısı olan dövlətlərin (əsasən, Türkiyə, Rusiya və İran) arasında ciddi mənafe toqquşmasını göstərir və razılığın tez bir zamanda əldə edilməyəcəyi təqdirində, bir tərəfdən İdlibdə humanitar fəlakətin, digər tərəfdən, Rusiya-İran-Əsəd rejimi bloku ilə Türkiyə arasında ciddi toqquşmanın olacağını proqnozlaşdırırlar. Qərb dövlətləri və NATO aşkar olaraq işarə verirlər ki, İdlib üzərinə Rusiya-İran-Əsəd rejimi blokunun hücumu əleyhinə olsalar da, mümkün hərbi qarşıdurmada Türkiyəni dəstəkləməyəcəklər.

Göründüyü kimi, mərkəzləri istər Moskva, istərsə də Vaşinqton olmaqla formalaşmış regionda iki əsas hərbi qüvvə Türkiyənin dünyada və bölgədə artan geopolitik imkanlarına ciddi zərbə vurmağı planlaşdırmaqdadır. Gerçəkləşən çirkin oyunda Türkiyənin bölgədə yeganə və əsas dayağı olan Azərbaycana qarşı xaricdən körüklənən təxribatların planlaşdırılması istisna deyil.

Çünki Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin gerçəkləşdirdiyi mahir və çevik siyasi xət Dövlətimiz və Türk Dünyasının düşməni olan qüvvələrin arzusunda olduqları şanslar üçün şərait yaratmır.

Belə bir durumda Dövlətimiz əleyhinə mümkün təxribatların qarşısını almaq üçün Dövlətçilik ideyası və prezident cənab İlham Əliyevin ətrafında birləşmə — Dövlətimizin və Millətimizin varlığı üçün yeganə rasional yoldur. Biz cənab prezidentimiz İlham Əliyevin qardaş Türkiyəyə göstərdiyi siyasi, diplomatik və mənəvi dəstəyi alqışlayır və bu dəstəyin gərəkli boyutlarda davam etməsini təmənna edirik.

Əminliklə bildiririk ki, möhtərəm Prezidentimiz bundan sonra da Azərbaycanda vətəndaş qarşıdurmasını yaratmaq istəyən “liberalcıqlara”, dinimizdən qərəzli istifadə edən ekstremistlərə və eləcə də hakimiyyətin nüfuzuna xələl gətirə biləcək bəzi məmurlara qarşı, həmişə olduğu kimi qətiyyətli mövqeyini sürdürəcəkdir.

Xüsusilə, bu Məhərrəmlik ayında dindar soydaşlarımızın çiyinləri üzərinə milli mənafelərimizin qorunması yönündə ciddi məsuliyyət yükü düşür. Vətənimizin ən çətin sınaqlarında xalqımızın hər bir nümayəndəsi xaricdən körüklənən və müxtəlif pərdələrə bürünmüş təxribatlara şərəfli müqavimət göstərdikləri kimi, Azərbaycanı və Türkiyəni gözü götürməyən dünya güclərinə qarşı, Allahın izni ilə, layiqli cavab veriləcəyinə tam əminliyimizi bildiririk. Çünki xalqımızın başına gətirilmiş faciələr bizi dostu, imanlı, vətənsevər və millətsevər dindarı, sıravi soyqardaşımızı torpaqlarımızı işğal etmiş düşmənimizin və onun havadarlarının maskalanmış təxribatçısından ayırmağa öyrətmişdir.

Tanrı Millətmizi, Dövlətimizi və Prezidentimizi qorusun!

Tanrı Türkü qorusun!

AzMDEP sədri, Tufan Kərim

Bakı ş. 13 sentyabr 2018-ci il
Dünən, 16:00
Sabah 32 dərəcə isti olacaq
Dünən, 15:30
Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu
Dünən, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər
Dünən, 14:43
Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB
Dünən, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
Dünən, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
Dünən, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
Dünən, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
Dünən, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
Dünən, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
Dünən, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
Dünən, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
Dünən, 11:22
COP29-un əhəmiyyəti
Dünən, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
Dünən, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
Dünən, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
Dünən, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
Dünən, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı
Dünən, 10:02
Conson Ağ Evin planını DE-ŞİFRƏ ETDİ: ABŞ bu ölkəyə də hücum edəcəkdi, amma...
Dünən, 09:59
Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO
Dünən, 09:41
Paşinyan sərhəddəki delimitasiya barədə hesabat verib
Dünən, 09:38
Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
Dünən, 09:33
Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 MESAJ
Dünən, 09:00
Rasizmin beşiyinə çevrilən ABŞ-ın Azərbaycana qarşı uydurma hesabatı - FAKTLAR
25-04-2024, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
25-04-2024, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
25-04-2024, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO