Sabiq nazirlər nə işlə məşğuldur: Kimi biznesmen, kimi alim, kimi də…
Siyaset
Oxunub: 553
14 sen 2018 | 10:02
Sabiq nazirlər nə işlə məşğuldur: Kimi biznesmen, kimi alim, kimi də…















Azərbaycanda nazirlər vəzifədən getdikdən sonra müxtəlif fəaliyyətlə məşğul olurlar. Kimisi pedaqoji, kimisi biznes sahəsində çalışır. Bəziləri isə təqaüdə çıxır.

Azxeber.com vəzifədən azad edilmiş keçmiş nazirlərin hazırda, nə işlə məşğul olması ilə bağlı araşdırma aparıb.

Sabiq Vergilər naziri Fazil Məmmədov hazırda sağlamlıq problemlərinin həlli ilə məşğuldur. Türkiyədə müalicə olunan keçmiş nazirin ürək və şəkər xəstəliyindən əziyyət çəkdiyi deyilir.

Sabiq Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümovun hazırda elmi fəaliyyətlə məşğul olduğu deyilir. İqtisad elmləri doktoru S.Müslümovun hansı ali təhsil və elmi tədqiqat müəssisəsində çalışdığı dəqiq məlum olmasa da, onun iqtisadiyyat sahəsində elmi araşdırmalar apardığı bildirilir.

Sabiq Kənd Təsərrüfatı naziri Heydər Əsədovun hazırda işsiz olduğu deyilir. Nazir təyinatına qədər müxtəlif vəzifələrdə, o cümlədən Hesablama Palatasının sədri postunda çalışan H.Əsədov sabiq nəqliyyat naziri Ziya Məmmədovla qudadır. Onun qızı Fəridə Məmmədova Ziya Məmmədovun oğlu Anar Məmmədovla rəsmi nikahdadır.

Sabiq Ekologiya və Təbii Sərvətlər naziri Hüseynqulu Bağırovrəsmi olaraq işsiz olsa da, faktiki olaraq vaxtilə özünün yaratdığı “Qərbi Kaspi” Universitetinə rəhbərlik edir. Onun eyni zamanda müalicə olunduğu, bu məqsədlə vaxtaşırı olaraq xarici dövlətlərdən birinin məşhur klinikasına üz tutduğu da söylənilənlər arasındadır.

Sabiq Nəqliyyat naziri Ziya Məmmədov mətbuata açıqlamasında işsiz olduğunu desə də, iddialara görə bizneslə məşğuldur. Mətbuatda onun 270 min dollara yeni avtomobil almasına dair iddialar dolaşır. Qardaşı, keçmiş deputat Elton Məmmədov bu xəbərləri təkzib etsə də, keçmiş nazirin nə özü bu məsələyə hər hansı münasibət bildirmir.

Sabiq Rabitə və Yüksək Texnologiyalar naziri Əli Abbasov hazırda Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) prezidentinin müşaviridir. Nazir təyin olunmazdan öncə akademik Əli Abbasovun AMEA rəhbəri seçiləcəyi gözlənilsə də, bu baş vermədi. Nazir təyin olunan Ə.Abbasovun yenidən AMEA sisteminə qayıdışı əslində gözlənilən idi.

Sabiq Təhsil naziri Misir Mərdanov hazırda Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Riyaziyyat və Mexanika İnstitutunun direkoturudur. Eyni zamanda AMEA-nın müxbir üzvü olan Misir Mərdanov “Türk Dünyası Riyaziyyatçılar” Cəmiyyətinin sədridir. Cəmiyyətin icraçı direktoru isə akademik Fikrət Əliyevdir.
Dünən, 16:00
Sabah 32 dərəcə isti olacaq
Dünən, 15:30
Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu
Dünən, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər
Dünən, 14:43
Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB
Dünən, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
Dünən, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
Dünən, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
Dünən, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
Dünən, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
Dünən, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
Dünən, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
Dünən, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
Dünən, 11:22
COP29-un əhəmiyyəti
Dünən, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
Dünən, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
Dünən, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
Dünən, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
Dünən, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı
Dünən, 10:02
Conson Ağ Evin planını DE-ŞİFRƏ ETDİ: ABŞ bu ölkəyə də hücum edəcəkdi, amma...
Dünən, 09:59
Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO
Dünən, 09:41
Paşinyan sərhəddəki delimitasiya barədə hesabat verib
Dünən, 09:38
Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
Dünən, 09:33
Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 MESAJ
Dünən, 09:00
Rasizmin beşiyinə çevrilən ABŞ-ın Azərbaycana qarşı uydurma hesabatı - FAKTLAR
25-04-2024, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
25-04-2024, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
25-04-2024, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO