"Heydər Əliyev ciddi hərbi təlimlər keçir, hamı kimi ona da güzəşt olunmur" — Ayaz Mütəllibovdan AÇIQLAMA
Siyaset
Oxunub: 502
19 sen 2018 | 13:44
"Heydər Əliyev ciddi hərbi təlimlər keçir, hamı kimi ona da güzəşt olunmur" — Ayaz Mütəllibovdan AÇIQLAMA















Azərbaycanın sabiq prezidenti Ayaz Mütəllibov Prezident İlham Əliyevi və Birinci vitse-prezident Mehriban Əliyevanı övladları Heydər Əliyevin and içmə mərasimi münasibətilə təbrik edib.
A.Mütəllibovun göndərdiyi təbrik müraciətində deyilir:

"Prezident İlham Əliyevi və Birinci vitse-przezident Mehriban xanım Əliyevanı övladları Heydər Əliyevin and içmə mərasimi münasibətilə təbrik edirəm. Gələcək xidmətində uğurlar arzulayıram, sağ-salamat hərbi qulluğunu başa vursun, Vətənə, valideynlərinə layiqli övlad kimi yetişsin!".
Sabiq prezident qeyd edib ki, hərbi xidmət sağlamlığı, fiziki göstəriciləri uyğun gələn hər bir Azərbaycan övladının müqəddəs və şərəfli borcudur:

"Bu mövzuda heç bir vətəndaş fərqləndirilə bilməz. And içmə mərasimini mən də izlədim və qeyd etmək istəyirəm ki, bu addım ölkəmiz üçün həssas bir durumda, 20 faiz torpaqlarımızın işğal altında, ölkəmizin daim müharibə vəziyyətində olduğu bir anda, mürəkkəb beynəlxalq vəziyyətdə, ölkənin Prezidenti tərəfindən atılan tərifə layiq, ibrətamiz və olduqca məsuliyyəttli bir addımdır. Bunu hamıya, o cümlədən yüksək vəzifə daşıyan dövlət işçilərinə bir nümunə olacaq hadisə kimi dəyərləndirmək lazımdır. Əsgərlik həyatı gündəlik mülki həyatdan öz sərtliyi, ciddi rejimi ilə əsaslı şəkildə fərqləndiyinə görə bu hadisəni vurğulamaq zəruridir. Həmin hərbi hissə, nizam-intizam, fiziki hazırlıq, dözüm tələb edən bir hərbi hissə olduğundan, orada xidmət etmək hər bir əsgərdən daha yüksək keyfiyyətlər tələb edir. Bu baxımdan Heydər Əliyevin gərgin təlim keçdiyini, hərbi təlimlərə ciddi yanaşdığını müşahidə etdik. Onun hərbi duruşu, silahdan istıfadə qaydası, hərbi keçiddə səliqə ilə irəlliləməsi gərgin təlimlərin, ciddi nizam-intizamın bəhrəsidir. Hərbçilər bunu daha tez hiss edərlər. Yəni, təlimlərdə, belə desək güzəşt olunmayıb. Keçmiş Sovet İttifaqı dönəmindədə bu növ xüsusi hissələrdə xidmət, digər hərbi hissələrdə xidmətlə müqayisədə çox ağır zəhmət, dözüm, fiziki hazırlıq tələb edirdi. Hər əsgər bu cür hissələrdə xidmətə dözə bilmirdi, bacardığı qədər müxtəlif vasitələrlə digər hərbi hissələrə düşməyə çalışırdılar. Bu baxımdan da Heydər Əliyevin və valideynlərinin məhz ən çətin hərbi hissələrdən birini seçməsi alqışlanlamalıdır. Bilirsiniz, hərbi həyat gündəlik həyat deyil, yeni şərait, çətinliklər, yeni əhatə, bunlar hamısı nəzərə alınmalıdır. Övladının çətinliklərə sinə gərib üzü ağ çıxması hər bir valideyn üçün xoşbəxlikdir. Bu baxımdan prezidentlər də, birinci xanımlarda istisna deyil. Onlar da Vətənin övladıdır. İlk olaraq ata, ana, valideyndirlər. Sevinc və digər hisslər bütün insanlara aid olduğu kimi onlara da aiddir. Hesab edirəm ki, əsgər Heydər Əliyev birinci imtahandan müsbət qiymət alaraq öz valideynlərini, o cümlədən Ali Baş Komandan olan atasını və ona belə yüksək tərbiyə verməkdə xüsusi zəhməti olan anası Mehriban xanımı sevindirdi. Bu hissləri dil ilə təsvir etmək mümkün deyil. Prezident İlham Əliyev isə bu mərasimi ikiqat həyacanla həm ata kimi, həm də Ali Baş Komandan kimi izləyirdi. Mən bir daha Heydər Əliyevə gələcək hərbi xidmətdə uğurlar və ümumiyyətlə bu gəncə gələcək həyatında böyük nailiyyətlər arzulayıram".
Bu gün, 09:33
Hikmət Hacıyev: Azərbaycanın COP29-a ev sahibliyi etməsi diplomatik və siyasi cəsarətimizin təcəssümüdür
Bu gün, 09:30
KİV: İran İsrailin nüvə mərkəzini vura bilər
Bu gün, 09:25
Napoleonun nəslinin nümayəndəsindən çağırış
Bu gün, 09:20
4 kəndin qaytarılması sazişində vacib detal: Bakı strateji gediş etdi
Bu gün, 09:18
Sərhədin delimitasiyası başladı: İrəvan dərhal Tehrana hesabat verdi
Bu gün, 09:00
Azərbaycan və Rusiya Qərbin planlarını alt-üst etdi - VİDEO
Dünən, 17:11
Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib
Dünən, 16:00
Fars-molla rejiminin antiAzərbaycan XƏTTİ... - NƏ ETMƏLİ?
Dünən, 15:30
Azərbaycan strateji uğura necə nail oldu? - İNCƏLƏMƏ
Dünən, 14:22
Zəngəzur dəhlizinə nəzarət funksiyası böyük ehtimalla Azərbaycan və Türkiyədə olacaq - GƏLİŞMƏ
Dünən, 14:00
Azərbaycanla bağlı ağlasığmaz açıqlama... - Niyyətlərini açıqca bəyan etdilər
Dünən, 13:19
Sülhməramlıların Qarabağı tərk etməsi bölgədə vəziyyət necə təsir edəcək? - Ekspert rəyi
Dünən, 11:45
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
Dünən, 11:08
İranın nüvə obyektlərinə zərər dəyməyib - AEBA
Dünən, 11:04
Kəlbəcərdə boş ərazini stadiona çevirib futbol oynadılar - VİDEO
Dünən, 10:58
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
Dünən, 10:41
Təhlükəli olduğu deyilən, Azərbaycanda da satılan qida məhsulu ilə bağlı Rəsmi AÇIQLAMA
Dünən, 10:31
“İrana raket hücumu olmayıb”
Dünən, 10:20
Ağ Ev Kremli Qarabağa görə niyə qınayır: Fransadan sonra ABŞ da “maska”sını tam çıxartdı
Dünən, 10:14
"Emilin vəfatından sonra yatmıram"
Dünən, 10:01
Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ
Dünən, 09:47
Avro və lirə ucuzlaşdı, rubl bahalaşdı
Dünən, 09:42
Övladını xilas etmək istəyərkən Kürdə batan atanın meyiti tapılıb
Dünən, 09:11
Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək - VİDEO
Dünən, 09:07
Ukrayna XİN: Gürcüstan üçün real təhdid "ruslaşma"dır, “ukraynalaşma” deyil
Dünən, 09:03
Rusiya sülhməramlılarına vida: Ermənistan yeni şəraiti necə dəyərləndirəcək?
Dünən, 09:00
İsrail zərbə endirdi: İranda partlayış, ABŞ isə...