ABŞ Paşinyana “xilas kəməri” atır - Ermənistan uğrunda rəqabət qızışır
Siyaset
Oxunub: 468
20 sen 2018 | 14:00
ABŞ Paşinyana “xilas kəməri” atır - Ermənistan uğrunda rəqabət qızışır















Ermənistanda 8 may kütlə inqilabı dalğasında hakimiyyətə gələn yeni qüvvələrin xarici siyasət oriyentasiyası ilə bağlı mövqeyi qeyri-müəyyən olaraq qalır. “Qərbin adamı” hesab olunan baş nazir Nikol Paşinyan öz komandasını bütünlüklə Rusiyaya rəğbəti olmayan şəxslərdən qursa da, 4 aydır Ermənistanı ABŞ və Avropanın istəyinə uyğun olaraq, Kremlin təsir arealından zərrəcə uzaqlaşdıra bilməyib.

Əksinə, prezident Vladimir Putinlə hər iki görüşdə Nikol Paşinyan Moskvaya ard-arda sədaqət andları içib, işğalçı ölkənin Avrasiya İqtisadi Birliyi və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) adlı Rusiya hərbi blokunda qalacağını bəyan edib. Eyni zamanda daxildə köklü siyasi-demokratik və iqtisadi islahatlarla bağlı ciddi irəliləyiş baş verməyib. Yalnız korrupsiya ilə mübarizə sahəsində müəyyən uğurlar əldə olunub.

Belə zəif “nəticə” isə Qərbdə Paşinyanın qərbpərəst xarici siyasət kursuna ciddi şübhələr yaradıb. Nəticə etibarilə yeni erməni hökumətinə Qərbin böyük maliyyə dəstəyi hələ də verilməyib. Hərçənd belə görünür ki, Qərb, ABŞ Paşinyan hökumətindən əlini də tam üzməyib. Hər necə olmasa, söhbət Rusiyanın ən güclü hərbi-siyasi dayağının olduğu Ermənistandan və onun uğrunda geosiyasi rəqabətdən, Rusiyanı regiondan sıxışdırıb çıxarmaqdan gedir.

*****

Maraqlıdır ki, bu arada ABŞ-ın Ermənistandakı səfirliyi Ermənistanın hüquq-mühafizə orqanlarının diqqətində olan şəxslər üçün ölkəyə giriş vizalarını ləğv edib. “Yeni Müsavat”ın məlumatına görə, bu barədə “Joxovurd” qəzeti yazıb. Nəşrin bildirdiyinə görə, söhbət xüsusən də 10 nümayişçinin qətlə yetirildiyi 2008-ci ilin 1 mart hadisələri ilə bağlı aparılan cinayət işi və korrupsiya faktlarının araşdırılmasndan gedir.

1 mart işində isə bilavasitə Rusiyaya bağlı erməni siyasilərinin və generalların adları keçir - bunlar sabiq prezident, az öncə dostu Putindən ad günü təbriki alan Robert Köçəryan, “Rus NATO-su” kimi tanınan KTMT-nin baş katibi, general Yuri Xaçaturov, eks-prezident Serj Sərkisyan, o vaxtkı müdafiə naziri, axtarışa verilmiş Mikayel Arutyunyan və başqalarıdır.

Ayrı sözlə, Putinin müdafiəsinə qalxdığı adamların Paşinyan iqtidarı tərəfindən daha uğurlu təqibi üçün ABŞ faktiki surətdə indiki erməni hökumətinə yardım edir. Bunu erməni xalqına vəd etdiyi köklü islahatların ləngiməsi üzündən ictimai reytinqi yavaş-yavaş enən qərbyönlü Paşinyan üçün Amerikanın “xilas kəməri” də adlandırmaq olar.

Əlavə edək ki, bir sıra şəxslərin giriş vizalarının ləğvi ilə bağlı “Joxovurd” ABŞ-ın İrəvandakı səfirliyinə müraciət edərək, onların siyahısını xahiş edib. Səfirlikdən informasiyanı təkzib etməyiblər. Lakin siyahını da verməkdən imtina ediblər. “ABŞ qanunvericiliyinə görə, viza işləri konfidensial xarakter daşıyır, o səbəbdən biz ayrı-ayrı işlərlə bağlı şərhlər verə bilmərik”, - deyə qəzetə diplomatik nümayəndəlikdən bildirilib.

*****

“Yeni Müsavat” xatırladır ki, Ermənistandakı “məxməri inqilab”dan sonra bır sıra keçmiş məmurlar, o sırada sabiq rəhbərliyə yaxın şəxslər və kriminal elementlər nəinki Ermənistanda, xaricdə də ciddi problemlərlə üzləşiblər. Ancaq hüquq-mühafizə orqanları inqilabdan sonra onlarla məşğul olmağa başlayanda, onların bir çoxu Ermənistanı tərk etməyə çalışıb. Əksəriyyət isə ABŞ-da özünə etibarlı sığınacaq ala bilib.

Onu da xatırladaq ki, 3 min əməkdaşa və böyük əraziyə malik, məxməri inqilabda əsas rol oynamış İrəvandakı ABŞ səfirliyi regionda ən böyük diplomatik nümayəndəlik sayılır. Bundan əlavə, işğalçı ölkədə Amerikaya, Qərbə bağlı çoxsaylı QHT-lər, media fəaliyyət göstərir.

Erməni nəşrinin məlumatı Rusiya prezidenti Vladimir Putinin Ermənistana səfər edəcəyi və orada Robert Köçəryan və Serj Sərkisyanla da görüşəcəyi barədə xəbərlər fonunda xüsusi diqqət çəkir. Yeri gəlmişkən, Rusiya liderinin Ermənistana qarşıdakı səfəri zamanı Moskva-İrəvan münasibətlərinin perspektivinə xeyli dərəcədə aydınlıq gələcəyi gözlənilir...

Belə qənaət hasil olur ki, Rusiya və ABŞ arasında işğalçı ölkə uğrunda rəqabət daha sərt fazaya daxil olub. Gələn həftə isə Nikol Paşinyan BMT Baş Məclisinin 73-cü sessiyasında iştirak eləmək üçün ABŞ-a yola düşəcək. Səfər çərçivəsində o, Ağ Ev başçısı Donald Trampla görüşə cidd-cəhdlə nail olmağa çalışacaq.

Lakin erməni qaynaqlarının yazdığına görə, Amerikadakı nüfuzlu erməni lobbisi belə bir görüşün baş tutmasına hələ ki Ağ Evdən zəmanət ala bilməyib. Bu da rəsmi Vaşinqtonun Paşinyan hökumətinin siyasi islahatlarla bağlı vədləri sarıdan narazı olması anlamına gəlir.

Bəs Paşinyan islahatları sürətləndirə biləcəkmi? Sualın cavabını yəqin ki, Putinin İrəvan səfərindən sonra biləcəyik.
Bu gün, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Bu gün, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Bu gün, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO
Bu gün, 15:34
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamda məktəbin təməlqoyma mərasimində
Bu gün, 15:30
Zəngəzur dəhlizi açılsa... - GƏLİŞMƏ
Bu gün, 14:22
Paşinyan üçün QURTULUŞ YOLU... - hələ ÇOX İŞ görməlidir...
Bu gün, 14:00
Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq
Bu gün, 12:28
Rusiya ABŞ-ın nəhəng bankının hesablarına həbs qoydu
Bu gün, 12:24
İrəvan Təbrizdə baş konsulluğunu açır
Bu gün, 12:20
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
Bu gün, 12:13
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
Bu gün, 12:09
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
Bu gün, 12:04
ABŞ Ermənistan ordusundakı ölümlərdən narahatdır
Bu gün, 11:58
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB
Bu gün, 11:46
Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi
Bu gün, 11:40
Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR
Bu gün, 11:36
Bakıda Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclası başlayıb
Bu gün, 11:14
Rus ordusunda fərarilik rekord həddə qalxdı
Bu gün, 11:10
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
Bu gün, 10:16
“Laçın yolundan da Rusiya bayrağı götürüldü... - Sülhməramlılar çıxmaqda davam edir...”
Bu gün, 10:01
Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir - ABŞ institutu
Bu gün, 09:37
Bakıda təmizlik işçisinin bu görüntüsü gündəm oldu - VİDEO
Bu gün, 09:31
Vaşinqton Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
Bu gün, 09:00
“Böyük tarixçi” Bayden ermənilərə niyə pislik edir: ABŞ Ermənistanı növbəti “qurban” seçib
Dünən, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
Dünən, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
Dünən, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...