İrana qarşı Əhvaz terrorunun sifarişçiləri və icraçıları kimlərdir – qanlı olayın gizlinləri
Siyaset
Oxunub: 459
24 sen 2018 | 10:07
İrana qarşı Əhvaz terrorunun sifarişçiləri və icraçıları kimlərdir – qanlı olayın gizlinləri














İran ali dini lideri Əhvaz terroru ilə bağlı müraciət yayıb. Ayətullah Əli Xameneyi Əhvaz terrorçularının ABŞ və onun region müttəfiqləri tərəfindən dəstəkləndiyini qeyd edib. Eyni zamanda o, kəşfiyyat xidmətlərinin tez bir zamanda bu terror aktını törədənlərin və onların bağlı olduğu şəbəkələrin ifşa olunub mühakimə edilməsinə göstəriş verib.

Bu arada məlum olub ki, sentyabrın 22-də İranın cənubunda yerləşən Əhvaz şəhərində “müqəddəs müdafiə həftəliyi” çərçivəsində keçirilən hərbi parada hücum edilib. Bir neçə silahlı terrorçu paradın gedişində kütləni atəşə tutub. Nəticədə 29 nəfər ölüb, 60 nəfərə yaxın adam isə yaralanıb. Ölənlər arasında bir jurnalist və uşaq da var.

Terror aktını ilk olaraq Xuzistan ərazisinin müstəqilliyini tələb edən ərəb separatçı təşkilatı olan Əhvaz Xalqının Demokratik Cəbhəsi, ya da başqa adı ilə “Əl-Əhvaziyyə” qruplaşması üzərinə götürüb. Bu qruplaşma son illərdə fəallaşıb və müstəqillik şüarı ilə İran hökumət qüvvələrinə hücumlar təşkil edir. Əsas mərkəzi ölkə xaricində, daha dəqiqi, Danimarkada yerləşir.

İrana qarşı Əhvaz terrorunun sifarişçiləri və icraçıları kimlərdir – qanlı olayın gizlinləri



Ancaq axşama doğru Əhvaz terrorunun daha bir “müştərisi” ortaya çıxıb. İŞİD bəyanat yayaraq terror aktının məsuliyyətini öz üzərinə götürüb. Rəsmi Tehran isə hadisəyə görə artıq ABŞ hakimiyyətini, eləcə də, onun regiondakı müttəfiqlərini, dolayısı ilə Səudiyyə Ərəbistanını ittiham edib. Prezident Həsən Ruhani bildirib ki, ABŞ-ın dəstəklədiyi Körfəz ölkələri Əhvaz Ərəb Demokratik Cəbhəsi Hərəkatına maliyyə və hərbi yardımlar göstərir. Eyni zamanda bildirib ki, Vaşinqton buna görə peşman olacaq. İranın ali dini liderinin hərbi müşaviri, SEPAH-ın keçmiş komandiri Yahya Rəhim Səfəvi, eləcə də xarici siyasət üzrə müşaviri Əli Əkbər Vilayəti İranın ağır cavabının olacağını bildirib. Artıq terroru törətməkdə şübhəli bilənən təşkilatın yerləşdiyi Danimarka, Britaniya və Hollandiyanın İrandakı səfiri XİN-ə çağırılaraq xəbərdarlıq edilib. Ancaq aydın məsələdir ki, bu hadisənin cavabı diplomatik üsulla olmayacaq olmayacaq.

Əhvaz şəhəri İranın İraqla sərhədində yerləşən əsasən ərəblərdən ibarət olan Xuzistan vilayətinin mərkəzidir. İranda ərəblərin yaşadığı iki əsas bölgədən biri, birincisidir. 5 milyonluq vilayət əhalisinin yarıdan çoxunu ərəblər təşkil edir. Bu bölgə İraqla sərhəd, neftli bölgələrdən hesab olunur. Ancaq İranda son illərdə ciddi quraqlıq var və ciddi içməli su qıtlığı yaşanır. Bu səbəbdən qonşu İraqda olduğu kimi. Əhvazda da ümumi olaraq İrandakı sosil-iqtisadi problemlərlə yanaşı su qıtlığına etirazlar da var. Hətta hökumət bu il Əhvazda baş verən etirazlardan sonra bu şəhərə yeni içməli su xətti çəkilməsi layihəsini hazırlayıb. Ancaq görünən budur ki, bu cür tədbirlər yetərli deyil. Təkcə ona görə yox ki, Əhvaz da digər İran əraziləri kimi ağır sosial-iqtisadi sıxıntılar yaşayır, milli valyuta sürətlə dəyərdən düşür, Amerika embarqoları günü-gündən daha çox təsir etməyə başlayır.

Hər kəsə aydındır ki, bu cür silahlı hücumları sosial-iqtisadi vəziyyətə etiraz edənlər törətmir. Əhvazda ərəblər arasında İrandan ayrılmaq tələbləri hələ Şah dövründə olub. İndi isə Əhvaz ərəbləri İranı daxildən zəiflətməyə çalışan Qərbdəki və körfəzdəki rəqibləri üçün əsas hədəf kütlədir. Etnik baxımdan ərəb olduqları üçün ərəb dövlətlərinin iranlı ərəblərə təsir imkanları daha çoxdur. Digər tərəfdən, daha çox müstəqillik və yerli özünüidarə haqları tələb edən Əhvaz ərəbləri Qərbdən də dəstək görür. İndi isə İrana təsir etmək istəyən, onu daxildən zəiflətmək, başını necə deyərlər, özünə qarışdırmaq arzusunda olanlar üçün Əhvaz ərəbləri ən uyğun qüvvələrdir. Üstəlik, Əhvaz ərəblərinin təşkilatı Qərb ölkələri tərəfindən rəsmi olaraq terror təşkilatı kimi tanınmadığı üçün Avropa və Amerikada rahat şəkildə fəaliyyət göstərir, hətta özlərinə telekanallar aça bilirlər.

İrana qarşı Əhvaz terrorunun sifarişçiləri və icraçıları kimlərdir – qanlı olayın gizlinləri


Ancaq maraqlıdır ki, hadisə baş verən gün terror hücumunu Əhvaz separatçıları üzərlərinə götürsələr də, daha sonra bu qanlı cinayəti İŞİD terror təşkilatı üzərinə alıb. Hətta bazar günü İŞİD video yayaraq hücumun onların üzvlərinin törətdiyini israrla iddia edib. Bu isə bir mənada Əhvaz separatçılarını məsuliyyətdən azad edir. Çünki aydın məsələdir ki, İran hakimiyyəti Əhvazdakı separatçıların bütün təşkilatlarını, tərəfdarlarını və simpatizanlarını şübhə altına alacaq, digər tərəfdən isə Avropa ölkələrinə Əhvaz separatçılarını qoruduqları üçün təzyiq edəcək.



Lakin görünən odur ki, Əhvaz terrorunu İŞİD-in törətməsi ilə bağlı sonradan ortaya atılmış iddia tutmayıb. Çünki İŞİD-in yaydığı videoda görüntülənən şəxslər Əhvazdakı terror zamanı öldürülən 4 nəfərlə uyğun gəlmir, yəni tamamın fərqli insanlardır. Bu isə İŞİD-in bu aktı törətməsi iddiasını çürüdür. Ancaq eyni zamanda bu hadisə İŞİD və əl-Əhvaziyyə arasında hansısa koordinasiyanın olması ilə bağlı şübhələrə səbəb olur. Belə görünür ki, Tehranın hadisənin ilk saatlarından Vaşinqton və ər-Riyadı hədəf göstərməsi də buna işarədir.

Əhvaz terroru həm də bir mənada İranın son aylardakı həmlə siyasətinə bir cavabdır. Ötən ay Tehran İranda fəaliyyət göstərən PEJAK kürd silahlı terror təşkilatının Şimali İraqdakı qərargah mərkəzini raketlə hədəfə almış və təşkilatın liderlərinin də daxil olduğu toplantını vurmuşdu. Bu, bir mənada Tehranın daxili işlərinə qarışmaq istəyən region ölkələrinə mesajı kimi qiymətləndirilirdi. İndi isə buna bir növ cavab verildi, obrazlı ifadə ilə Tehranın qarşısına “əlcək atıldı”.

İndi Tehran iki əsas qüvvə ilə təhdid olunur. Bunlar Əhvaz ərəbləri və İranda yaşayan kürdlərdir. Ötən il Səudiyyə Ərəbistanı şahzadəsi “savaşı İranın sərhədləri içərisinə” daşıyacaqları ilə bağlı bəyanatını verəndə bölgə ilə əlaqəli çalışan mərkəzlər kəşfiyyat və sabotaj müharibəsinin yeni dalğasının başlayacağını qeyd edirdi. Çox tezliklə Tehranda İŞİD hücumu və dekabrda isə kütləvi etiraz dalğası baş qaldırdı.

Əhvazdakı separatizmin vətəndaş müharibəsinə dönüşəcəyini indidən demək çətindir. Ancaq görünən odur ki, hazırkı hakimiyyətə qarşı etnik kartdan ciddi istifadə olunacaq. İranın isə buna qarşı ən güclü silahı hər zaman olduğu kimi, bu hadisələri xarici müdaxilə kimi təqdim edib daxili ictimai rəyi birləşdirməkdir. Kimin daha bacarqılı olacağını isə yaxın zaman göstərəcək.(musavat.com)
Bu gün, 16:00
R.Vardanyan - “Çirkli pulları yuma” hesabatlarında, yoxsa Nobel namizədliyində - ARAŞDIRMA
Bu gün, 15:30
8 kəndlə bağlı qəti addım: Ordu hazır duruma gətirildi - GƏLİŞMƏ
Bu gün, 14:57
İlham Əliyev “Bələdiyyələrin statusu haqqında” qanuna dəyişiklikləri təsdiqləyib
Bu gün, 14:34
Akademik Zərifə Əliyeva
Bu gün, 14:22
Ermənistanı sərhəddə Qərb qızışdırır? - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 14:22
İlham Əliyev: “Şirvan suvarma kanalı istifadəyə veriləndən sonra Hacıqabul gölü də dolacaq”
Bu gün, 14:00
ABŞ-ın Ermənistana hərbi yardımı nəyi dəyişəcək? - AKTUAL
Bu gün, 13:13
"Bu Kreml sahibi Vladimir Putinin və onu əsabələrinin icad etdiyi termindir" - BİZƏ NƏ DƏXLİ?..
Bu gün, 12:23
Netanyahu İsrailin İrana necə cavab vercəyini açıqladı
Bu gün, 12:09
Yeni dələduzluq növü: “Kəsirləri düzəldirəm, imtahan ballarını artırıram” - VİDEO
Bu gün, 11:49
Laçında tikintisi gedən hava limanının son görüntüləri - VİDEO
Bu gün, 11:44
Qərbi Azərbaycan İcması bəyanat yayıb
Bu gün, 11:40
Pakistanda fəlakət: hökumət dəhşətli statistika açıqladı
Bu gün, 11:32
Zelenski İsrailə görə Qərbə qəzəbləndi: Ukrayna olmasaydı…
Bu gün, 11:27
Prezident Şirvan suvarma kanalının təməlini qoyub
Bu gün, 11:21
Tehran 4 ölkəni rəsmi şəkildə hədələdi
Bu gün, 10:25
Gənc həkim “Bitcoin”ə görə özünü öldürdü - FOTO
Bu gün, 10:17
Vəfat edən şəxsin pensiya kapitalının aqibəti necə olur? - AÇIQLAMA
Bu gün, 10:07
Ərdoğan təcili kabinetini toplayır
Bu gün, 09:33
Erməni deputat vətəndaşla dalaşdı - VİDEO
Bu gün, 09:29
Azərbaycanda bu şəxslər 500 manat CƏRİMƏ EDİLƏCƏK
Bu gün, 09:25
Qurban Qurbanovun görüntüsü GÜNDƏM OLDU - VİDEO
Bu gün, 09:00
Zəngəzur dəhlizinin inşasının yeni görüntüləri - VİDEO
Dünən, 16:00
Yeni müharibələr və Azərbaycan - NƏ ETMƏLİ?
Dünən, 15:30
Üçüncü dünya müharibəsi ehtimalı-Azərbaycan nə etməlidir? - İNCƏLƏMƏ
Dünən, 14:22
3-cü Dünya müharibəsi Cənubi Qafqaza yaxınlaşır: Azərbaycan belə qoruna bilər - AKTUAL
Dünən, 13:44
Tehranın "qisas"ı: ABŞ-İsrail-İran səhnəsi - GÖRÜNMƏYƏN MƏQAMLAR