24-09-2018, 19:48 Oxunub: 213

Mingəçevirin İcra başçısı kim olacaq? - İDDİA

Mingəçevirin İcra başçısı kim olacaq? - İDDİA















Xəbər verildiyi kimi, bir müddət əvvəl Niyazi Bayramov Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilərək Gəncə şəhər rəhbərliyinə gətirildi.
Mingəçevir Şəhər İcra Hakimiyyətinə isə hələlik yeni təyinat yoxdur.Lakin sözügedən vəzifəyə iddiası olanlar artıq hərəkətə keçiblər,Şəhərdə gəzən şayiələrə görə,vəzifə iddiası ilə xüsusi canfəşanlıq edənlərdən biri də Mingəçevir Turizm Kollecinin direktoru Əyyub Əyyubovdur. Deyilənə görə,onun Mingəçevirin İcra başçısı vəzifəsində çoxdan gözü var. İndi belə bir şansın yaranması onu bir xeyli ruhlandırıb və bununla bağlı səlahiyyətli havadarlarından dəstək almağa çalışır.Nə isə...

Faktinfo.az-a daxil olan məlumatda bildirilir ki,Ə.Əyyubovun bu iddiası yerli sakinlər arasında bir mənalı qarşılanmır.Hətta deyirlər ki,Ə.Əyyubov İcra başçısı vəzifəsini ,deyəsən, San Marino Universiteti ilə qarışıq salıb. Sakinlərin sözlərinə görə,vaxtilə sabiq İqtisadi İnkişaf naziri Fərhad Əliyevin yaxın dostu kimi, tanınan belə bir şəxsin bu cür iddiaya düşməsi təəccüblüdür. Çünki, Əyyub müəllim bütün respublikada vətəndaşlarımızın diploma sahib olma faizinin yüksəlməsinə öz töhfələrini verən bir şəxs kimi tanınır və həmin ənənənin bünövrəsi hələ “məşhur" San Marino Universitetinin vaxtından qoyulub.

Bütün bunları nəzərə aldıqda isə Əyyub Əyyubovu şanslı biri kimi dəyərləndirmək mümkün deyil.

Məsələ ilə bağlı Əyyub Əyyubovla dəfələrlə telefon əlaqəsi saxlamağa cəhd göstərsək də,mövqeyini öyrənmək mümkün olmadı.
Mingəçevirə kim başçı təyin olunacaq? - 3 namizəd çəkişmədə... Mingəçevirə kim başçı təyin olunacaq? - 3 namizəd çəkişmədə... Siyaset Əhəd Abıyev Mingəçevirə başçı gedir - İDDİA Əhəd Abıyev Mingəçevirə başçı gedir - İDDİA Sosial Prezident Gəncəyə yeni icra başçısı təyin etdi — Elmar Vəliyev işdən çıxarıldı Prezident Gəncəyə yeni icra başçısı təyin etdi — Elmar Vəliyev işdən çıxarıldı Siyaset Mingəçevir Şəhər İcra Hakimiyyətində qəfil ölüm Mingəçevir Şəhər İcra Hakimiyyətində qəfil ölüm Hadise Mingəçevirin İcra Başçısı Bakıya doğru xidməti avtomobilində saatda 180 km-lə (VİDEO) Mingəçevirin İcra Başçısı Bakıya doğru xidməti avtomobilində saatda 180 km-lə (VİDEO) Bolge