“Putin Əliyevə çox mühüm təklif edib” – Cənubi Qafqazada dəngələr dəyişir
Siyaset
Oxunub: 506
25 sen 2018 | 09:55
“Putin Əliyevə çox mühüm təklif edib” – Cənubi Qafqazada dəngələr dəyişir















Sentyabrın 25-də Rusiya prezidenti Vladimir Putin Azərbaycan prezidenti İlham Əliyevin dəvəti ilə Azərbaycana səfər edəcək. Bu cavab səfəri Bakıda Rusiya-Azərbaycan Regionlararası Forumunun keçirildiyi günlərdə baş tutacaq və iki dövlətin çoxşaxəli əməkdaşlığının təzahürü olacaq.

Sputnik Azərbaycan xəbər verir ki, rusiyalı jurnalist Andrey Şapoşnikov “Moskva-Baku.ru” portalı üçün hazırladığı süjetdə bu haqda fikir irəli sürür. O bildirir ki, hazırda Rusiya ilə Azərbaycanın münasibətləri ən yüksək nöqtəsinə çatıb: “Azərbaycan regionda Rusiyanın iqtisadi, siyasi və hərbi məsələlər üzrə əsas müttəfiqinə çevrilib. İki ölkənin biznesi müxtəlif sahələrdə sıx əməkdaşlıq edir, ölkələr logistika layihələrini fəal şəkildə inkişaf etdirir. Bunlar arasında Şimal-Cənub nəqliyyat dəhlizi də var”.

“İndi isə iqtisadi əlaqələrin fəallaşması üçün əsas istiqamətlərdən biri Xəzər dənizidir. Bakıya Rusiyanın iqtisadi inkişaf naziri Maksim Oreşkin də gəlir və özü ilə Rusiya biznesini də bu ölkəyə aparır. Azərbaycanda artıq Rusiyanın “KamAZ”, “QAZ”, “LUKoil” və başqa nəhəng şirkətlər fəaliyyət göstərir” — deyə jurnalist diqqətə çatdırır

Onun sözlərinə görə, son illər Azərbaycan Rusiya silahlarını almaqla ölkənin vacib hərbi tərəfdaşına çevrilib: “Bu günlərdə Bakıda keçirilən və paytaxt şəhərinin işğaldan azad edilməsinin 100 illiyinə həsr olunmuş hərbi paradda bütün dünya Rusiya hərbi texnikasını izləmək imkanı əldə etdi. Putinin Azərbaycana səfəri günlərində Bakıda müdafiə sənayesinə həsr olunmuş “ADEX-2018″ sərgisi keçiriləcək. Bu sərgidə də Rusiyada istehsal edilən ən müasir silahlar nümayiş etdiriləcək.”

A.Şapoşnikov qeyd edir ki, Əliyevlə Putinin danışıqlarında əsas mövzulardan biri Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ola bilər: “Bu yaxınlarda Putin Ermənistanın yeni baş naziri Nikol Paşinyanla görüşüb. Yəqin ki, həmin görüşdə bu mövzu da müzakirə edilib. Ermənistanın baş nazirinin hərəkətlərini proqnozlaşdırmaq çətindir. Sözdə o, Rusiya ilə müttəfiq olduğunu desə də, lakin digər gözü ilə Qərbə yönəlib”.

“Ermənistanla bu anlaşılmazlıq fonunda Rusiya Azərbaycanla yaxınlaşır. Soçidə Putin düz bir saat İlham Əliyevlə protokoldan kənar söhbət edib. Ekspertlərin əksəriyyətinin fikrincə, Putin həmin görüşdə Əliyevə önəmli təklif edib. Bundan sonra Azərbaycanın KTMT və Şanxay Əməkdaşlıq Təşkilatı kimi qurumlara mümkün üzvlüyü barədə şayiələr yayıldı” — jurnalist vurğulayır.
Bu gün, 09:33
Hikmət Hacıyev: Azərbaycanın COP29-a ev sahibliyi etməsi diplomatik və siyasi cəsarətimizin təcəssümüdür
Bu gün, 09:30
KİV: İran İsrailin nüvə mərkəzini vura bilər
Bu gün, 09:25
Napoleonun nəslinin nümayəndəsindən çağırış
Bu gün, 09:20
4 kəndin qaytarılması sazişində vacib detal: Bakı strateji gediş etdi
Bu gün, 09:18
Sərhədin delimitasiyası başladı: İrəvan dərhal Tehrana hesabat verdi
Bu gün, 09:00
Azərbaycan və Rusiya Qərbin planlarını alt-üst etdi - VİDEO
Dünən, 17:11
Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib
Dünən, 16:00
Fars-molla rejiminin antiAzərbaycan XƏTTİ... - NƏ ETMƏLİ?
Dünən, 15:30
Azərbaycan strateji uğura necə nail oldu? - İNCƏLƏMƏ
Dünən, 14:22
Zəngəzur dəhlizinə nəzarət funksiyası böyük ehtimalla Azərbaycan və Türkiyədə olacaq - GƏLİŞMƏ
Dünən, 14:00
Azərbaycanla bağlı ağlasığmaz açıqlama... - Niyyətlərini açıqca bəyan etdilər
Dünən, 13:19
Sülhməramlıların Qarabağı tərk etməsi bölgədə vəziyyət necə təsir edəcək? - Ekspert rəyi
Dünən, 11:45
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
Dünən, 11:08
İranın nüvə obyektlərinə zərər dəyməyib - AEBA
Dünən, 11:04
Kəlbəcərdə boş ərazini stadiona çevirib futbol oynadılar - VİDEO
Dünən, 10:58
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
Dünən, 10:41
Təhlükəli olduğu deyilən, Azərbaycanda da satılan qida məhsulu ilə bağlı Rəsmi AÇIQLAMA
Dünən, 10:31
“İrana raket hücumu olmayıb”
Dünən, 10:20
Ağ Ev Kremli Qarabağa görə niyə qınayır: Fransadan sonra ABŞ da “maska”sını tam çıxartdı
Dünən, 10:14
"Emilin vəfatından sonra yatmıram"
Dünən, 10:01
Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ
Dünən, 09:47
Avro və lirə ucuzlaşdı, rubl bahalaşdı
Dünən, 09:42
Övladını xilas etmək istəyərkən Kürdə batan atanın meyiti tapılıb
Dünən, 09:11
Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək - VİDEO
Dünən, 09:07
Ukrayna XİN: Gürcüstan üçün real təhdid "ruslaşma"dır, “ukraynalaşma” deyil
Dünən, 09:03
Rusiya sülhməramlılarına vida: Ermənistan yeni şəraiti necə dəyərləndirəcək?
Dünən, 09:00
İsrail zərbə endirdi: İranda partlayış, ABŞ isə...