Rusiya Suriyada İsraili necə “cilovladı” – Detallar açıqlandı
Siyaset
Oxunub: 470
29 sen 2018 | 13:10
Rusiya Suriyada İsraili necə “cilovladı” – Detallar açıqlandı















“Rusiya Suriyaya “S-300” zenit raket komplekslərini çatdırmaqla son illər “nəzarətdən çıxan” və digər ölkələri bombalayan İsraili “cilovla”ya bildi”. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə İsrailin “Haaretz” nəşrində dərc olunan məqalədə bildirilir.

Məqalənin müəllifi Gideon Levinin fikrincə, uzun müddət ərzində ilk dəfə böyük bir güc İsrailə aydın şəkildə göstərdi ki, onun təsiri sərhədsiz deyil və ABŞ həmişə onu qoruya bilməz.

Levinin fikrincə, İsrailə bu cür məhdudiyyətlər hava kimi lazımdır, çünki son zamanlar “lovğalıq” və “dünyada geosiyasi vəziyyət” yəhudi dövlətinə “nəzarətdən çıxmağa” və maneəsiz Suriyanı bombalamağa imkan verib.

Onun sözlərinə görə, Moskvanın “İl-20” ilə bağlı insident vəziyyətinə münasibəti İsraildə narahatlıqla qarşılanıb. Məqalənin müəllifi qeyd edib ki, Suriyada “S-300” zenit-raket komplekslərinin yerləşdirilməsinin “boş iş” adlandıran İsrail məmurlarının səsi indi kifayət qədər aşağı düşüb.

“Rusiya İsrailin anladığı dillə danışaraq, bunun necə olmasını bütün dünyaya göstərdi”, — deyə jurnalist yazıb.

Levi hesab edir ki, yalnız cəza və sərt reaksiya İsraili ədalətli davranmağa məcbur edir. Bundan sonra İsrail Hərbi Hava Qüvvələri növbəti bombardmanı həyatı keçirməzdən əvvəl yaxşı-yaxşı düşünməlidir.

Qeyd edək ki, sentyabrın 24-i Rusiya müdafiə naziri Sergey Şoyqu bildirib ki, onun ölkəsi iki həftə ərzində Suriyaya “S-300” raket əleyhinə kompleksləri təqdim edəcək. “Bu komplekslər 250 kilometrdən artıq məsafədə olan hava hücumu vasitəsini tutmaq və eyni zamanda bir neçə hava hədəfini vurmaq qabiliyyətinə malikdir” – deyə Şoyqu vurğulayıb.

Rusiya müdafiə nazirinin sözlərinə görə, “S-300” Suriya Hava Hücumundan Müdafiə qüvvələrinin imkanlarını artıracaq. Şoyqu xatırladıb ki, Rusiya 2013-cü ildə Dəməşqə “S-300” komplekslərinin çatdırılmasını dayandırmışdı, lakin vəziyyət artıq dəyişib və bu, Moskvanın günahı üzündən baş verməyib.

Xatırladaq ki, Suriyanın Xmeymim əyalətində yerləşən Rusiya hərbi bazasının komandanlığı sentyabrın 18-i 00:00 radələrində Hava-Kosmik Qüvvələrinin “İl-20” təyyarəsi ilə əlaqəni itirib. Ekipajla əlaqə Aralıq dənizində, Suriya sahillərindən 35 kilometr aralıda itib.

Rusiya Müdafiə Nazirliyi qeyd edib ki, “İl-20” təyyarəsi İsrailə məxsus 4 ədəd “F-16” qırıcısının Suriyanın Latakiya bölgəsində uçuşlar həyata keçirdiyi zaman yoxa çıxıb.

Rəsmi Moskva hadisənin İsrailin məsuliyyətsiz davranışı və təhlükəli vəziyyət yaratması ucbatından baş verdiyini bəyan edir. İsrail tərəfi isə təyyarənin Suriyaya məxsus raket tərəfindən vurulduğunu iddia edir. Hadisə Moskva ilə Təl-Əviv arasında diplomatik gərginlik yaradıb.

Rusiya həmçinin, İsrailə cavab vermə hüququnu özündə saxladığını bildirmişdi.
Bu gün, 13:31
Prezidentdən İsmayılovla bağlı SƏRƏNCAM
Bu gün, 13:05
Köçkünlərin evi satışa çıxarıldı - AŞAĞI QİYMƏTLƏR
Bu gün, 13:00
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub - YENİLƏNİB
Bu gün, 12:56
Qırğızıstan Prezidentinin rəsmi qarşılanma mərasimi olub
Bu gün, 12:09
Tarixi əməkdaşlıq
Bu gün, 11:02
Ərəb ölkələri Türkiyəni geri çevirdi: Qəzza planı baş tutmadı - İsrail mediası
Bu gün, 10:56
Japarov Azərbaycana səfərə yola düşdü
Bu gün, 10:51
Hadrut yenidən qurulur - Ən son görüntülər
Bu gün, 10:35
61 milyard yardımın pərdəarxası: qəfil məğlubiyyət... - AÇIQLAMA
Bu gün, 10:06
Vətən müharibəsi qazisi Türkiyədə həlak oldu
Bu gün, 10:02
İranlı nazir barədə həbs qərarı verildi
Bu gün, 09:54
Baş nazir iclas keçirdi: Sədr məruzə etdi - FOTO
Bu gün, 09:33
Podolyak: “Üçüncü dünya müharibəsi artıq gedir”
Bu gün, 09:28
Ukrayna ərazisi dörd ölkə arasında bölünə bilər - Makqreqordan ŞOK AÇIQLAMA
Bu gün, 09:24
Tiktok bu türk ölkəsində də əngəllənə bilər
Bu gün, 09:18
Paşinyan Ermənistanın əsl düşmənini elan etdi: Erməni kilsəsi və diaspor daxili savaşa başlayır
Bu gün, 09:16
Qərbi Azərbaycan Xronikası: Ermənilərdən Qara Qarayev və Müslüm Maqomayev haqqında İDDİA - VİDEO
Bu gün, 09:00
"Haber Global": İrəvanda həyasız təxribat - Şanlı Azərbaycan və Türkiyə bayraqları hədəfə alınıb
Dünən, 16:10
Azərbaycan Prezidenti: “İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var”
Dünən, 16:00
Başkənd oyunu: Düyməyə basan kimdir? - FAKTLAR
Dünən, 15:30
Son 5 ayda Azərbaycanla iki mühüm saziş… - Paşinyan
Dünən, 14:22
Böyük Britaniyanın Ermənistandakı hərbi nümayəndəsi Azərbaycanla sərhəddə... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 14:00
Cənubi Qafqazda yeni mərhələ başlayır - GƏLİŞMƏ
Dünən, 13:39
İrandan 4 kəndlə bağlı razılaşmaya - Reaksiya
Dünən, 12:24
“İranda yaşayan azərbaycanlılar təqib olunur” – ABŞ Dövlət Departamenti nəhayət DİLƏ GƏLDİ
Dünən, 11:41
Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - RƏSMİ
Dünən, 11:36
Əvəz Zeynallı ilə bağlı qərar verildi