Soyuqlar düşən kimi Əkbər Hacıyev Şaxta Babadan da tez yada düşür... - PROBLEM
Siyaset
Oxunub: 435
1 okt 2018 | 15:54
Soyuqlar düşən kimi Əkbər Hacıyev Şaxta Babadan da tez yada düşür... - PROBLEM















Soyuqlar düşən kimi “Azəriqaz” İstehsalat Birliyinin fəaliyyətində qüsurlar üzə çıxır.

Artıq neçə illərdir ki, bu qurum yay fəslində görülməli və başa çatdırmalı olduqları işləri qışa saxlayır. Adını isə “qışa hazırlıqla bağlı köhnə xətlərin istismar olunması və ya yenilənməsi” qoyur. Əhali vaxtaşırı qazın verilişində məhdudiyyətlərin yaranmasından artıq yorulub. Hər gün bir ərazidə qurum tərəfindən qazın verilişində məhdudiyyət olmasıyla bağlı xəbər yayılır. “Azəriqaz”ın isə qazın kəsilməsi ilə bağlı əsaslandırmaları həmişəki kimi bəsit və məntiqsiz olur. Bir sözlə, qurumun yarıtmaz fəaliyyəti özünü havalaırn soyumaq ilə daha qabarıq göstərir.

Maraqlıdır ki, qurum hansısa ərazidə qazın verilişinin məhdudlaşdırılması ilə bağlı xəbərdarlığı ya televiziya, ya da mətbuat vasitəsilə cəmiyyətə çatdırır. Bu barədə abonentlərə yazılı bildiriş verilmir. Nəzərə alaq ki, hər kəsin sosial şəbəkə və ya xəbər saytlarına çıxış imkanı yoxdur, yaxud yaşı, səhhəti onları izləmək üçün imkan vermir, ümumiyyətlə, internet məkanından kənardır.

Belə olan halda “Abonentin təhlükəsizliyinin qorunması üçün ərazi üzrə qaz idarəsi hansı işlər görməlidir?” sulaı ortaya çıxır.

Çünki yaranan fasilələrədn sonra qazdan isitfadə hətta faciəyə gətirə bilər və burada əsas qorunmalı olan insan faktoru arxa plana atıla bilməz.

Məlumat üçün qeyd edək ki, 2011-ci il mayın 15-də təsdiq edilmiş "Qazdan istifadə Qaydaları"na və 2005-ci il fevralın 2-də təsdiq edilmiş "Elektrik enerjisindən istifadə Qaydaları"na dəyişikliklərin edilməsini nəzərdə tutan qərar qəbul olunub. Nazirlər Kabineti tərəfindən qəbul edilən qərara görə, yazılı bildiriş olmadan fiziki şəxslərə qaz, istilik və elektrik enerjisi verilişinin dayandırılması qadağan edilir.

Həmçinin sənaye qaz qurğusundan istifadə edən istehlakçıya yazılı bildiriş verilmədən qazın verilişi, istehsalat müəssisələri, dəmiryolu nəqliyyatı, şəhər nəqliyyatına elektrik enerjisinin verilişinin dayandırılması qadağandır.

“Azəriqaz” Səhmdar Cəmiyyətinin sabiq idarə rəisi Nüsrət Qasımov “Cümhuriyət” qəzetinə açıqlamasında deyib ki, Azərbaycanda 2 milyona yaxın qaz abonenti var:

“4 milyon da qeyri-rəsmi rəqəmdir. Onların hər birinin qapısına bildiriş göndərmək mümkün deyil. “Azəriqaz” da qışa hazırlıqla əlaqədar prosesin getdiyi ilə bağlı xəbərdarlıq verir. Bütün kommunal xidmət qurumları qışa hazırlaşmalıdırlar. Müəyyən təmir işləri aparılır, qaz xətləri, tənzimləyiciləri dəyişdirilir. Bu işlərin görülməsi üçün də qazın verilişini dayandırmaq lazım gəlir. Bununla bağlı xəbərdarlığın verilməsi qanunvericiliyə uyğundur. Yəni, bu məsələdə heç bir qanun pozuntusu yoxdur. Başqa cür xəbərdarlıq etmək mümkün deyil. Bunun yeganə, real yolu televiziya, radio və ya mətbuat vasitələridir. İnsanları da xəbərdar edirlər ki, qazı açıq qoymasınlar. Qaz bağlanır, veriləndən sonra evə dolsa, yanğın və partlayış baş verə bilər”.

Nüsrət Qasımov əlavə edib ki, 20-30 il əvvəl cəmiyyət indiki kimi müasir deyildi:

“O vaxt yalnız 1 və ya 2 televiziya kanalı fəaliyyət göstərirdi. Mətbuatda müəyyən qədər senzura vardı. Həmin televiziya kanalları bu cür elanları vermirdi. "Azəriqaz" elanların verilməsi üçün onlara külli miqdarda pul verməli idi. Çünki belə elanlar ajiotaj xarakteri daşıyırdı. İndi çoxsaylı televiziya və mətbuat orqanlarımız var. İndi sivil formada yaşayırıq və Avropaya inteqrasiya edirik. Əlbəttə ki, mədəni və sivil qaydalardan, vasitələrdən istifadə edilir ”.

Bir daha qeyd edək ki, “Qaz Təchizatı haqqında” Qanunun tələblərinə əsasən, su , qaz və elektrik enerjisinin xətlərinin qanunsuz olaraq kəsilməsi və ya istehlakçıya yazılı bildirişin göndərilməsi tələb olunan hallarda yazılı bildiriş göndərilmədən su , qaz və elektrik enerjisinin verilməsinin dayandırılması qadağandır. Belə ki, normativ aktlarda göstərilən hallarda müvafiq olaraq suyun , qazın və elektrik enerjisinin verilməsinin dayandırılacağı barədə istehlakçıya yazılı bildiriş göndərməlidir.
Bu gün, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Bu gün, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Bu gün, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO
Bu gün, 15:34
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamda məktəbin təməlqoyma mərasimində
Bu gün, 15:30
Zəngəzur dəhlizi açılsa... - GƏLİŞMƏ
Bu gün, 14:22
Paşinyan üçün QURTULUŞ YOLU... - hələ ÇOX İŞ görməlidir...
Bu gün, 14:00
Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq
Bu gün, 12:28
Rusiya ABŞ-ın nəhəng bankının hesablarına həbs qoydu
Bu gün, 12:24
İrəvan Təbrizdə baş konsulluğunu açır
Bu gün, 12:20
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
Bu gün, 12:13
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
Bu gün, 12:09
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
Bu gün, 12:04
ABŞ Ermənistan ordusundakı ölümlərdən narahatdır
Bu gün, 11:58
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB
Bu gün, 11:46
Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi
Bu gün, 11:40
Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR
Bu gün, 11:36
Bakıda Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclası başlayıb
Bu gün, 11:14
Rus ordusunda fərarilik rekord həddə qalxdı
Bu gün, 11:10
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
Bu gün, 10:16
“Laçın yolundan da Rusiya bayrağı götürüldü... - Sülhməramlılar çıxmaqda davam edir...”
Bu gün, 10:01
Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir - ABŞ institutu
Bu gün, 09:37
Bakıda təmizlik işçisinin bu görüntüsü gündəm oldu - VİDEO
Bu gün, 09:31
Vaşinqton Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
Bu gün, 09:00
“Böyük tarixçi” Bayden ermənilərə niyə pislik edir: ABŞ Ermənistanı növbəti “qurban” seçib
Dünən, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
Dünən, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
Dünən, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...