2-10-2018, 09:29 Oxunub: 179

İslam Kərimovun nəvəsi Londona qaçdı

İslam Kərimovun nəvəsi Londona qaçdı














Özbəkistanın birinci prezidenti İslam Kərimovun nəvəsi İman Daşkənddən təyyarə ilə Londona uçub.

Oxu.Az xəbər verir ki, bu barədə “Fərqana” agentliyi İ. Kərimovun nəvəsinin Instagram Stories-dəki yazısına istinadən məlumat yayıb.

İman izləyicilərindən Daşkənddən uçarkən kompüter və smartfonlarından müğayət olmalarını istəyib.

Ehtimal olunur ki, aeroport əməkdaşları İmanın şəxsi kompüterində olan məlumatları diqqətlə araşdırıblar. Ona görə də aviareys 1,5 saat gecikməli olub.

Qeyd edək ki, İman və İslam Kərimovlar İ. Kərimovun böyük qızı Gülnarə Kərimovanın övladlarıdır. Nəvə İslam Kərimov artıq bir neçə ildir Londonda yaşayır, onu Özbəkistana buraxmırlar. Yanvarda o, Britaniyada siyasi sığınacaq istəyib.
Gülnarə Kərimova həbs olundu Gülnarə Kərimova həbs olundu Dunya Kərimovun dəfn mərasimində 17 dövlətin nümayəndəsi iştirak edir Kərimovun dəfn mərasimində 17 dövlətin nümayəndəsi iştirak edir Dunya İlham Əliyev Özbəkistan xalqına başsağlığı verib İlham Əliyev Özbəkistan xalqına başsağlığı verib Siyaset İslam Kərimovun həyatı və fəaliyyəti barədə - 5 fakt İslam Kərimovun həyatı və fəaliyyəti barədə - 5 fakt Dunya KİV Özbəkistan prezidentinin vəfatı barədə xəbər yayıb – YENİLƏNİB KİV Özbəkistan prezidentinin vəfatı barədə xəbər yayıb – YENİLƏNİB Dunya