Rafiq Əliyevdən qalmaqallı iddia: “Quran”ı Vasim Məmmədəliyev tərcümə etməyib”
Siyaset
Oxunub: 795
3 okt 2018 | 22:56
Rafiq Əliyevdən qalmaqallı iddia: “Quran”ı Vasim Məmmədəliyev tərcümə etməyib”

















“Şeyxülislamın ərəb dili və ərəb tarixində o qədər də səriştəsi yoxdur”.

Yenicag.az xəbər verir ki, bu fikirləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sabiq sədri Rafiq Əliyev din.az saytına videomüsahibəsində deyib.
Rafiq Əliyevin iddiasına görə, “Quran”ın Azərbaycan dilinə tərcüməsinin müəllifi Vasim Məmmədəliyev yox, Tariyel Həsənovdur:
“Bu, çox maraqlı bir məsələdir. Vasim müəllimə çox hörmətim var və Tariyel müəllimlə bir yerdə işləmişəm, dostluq eləmişik. Mən “Quran”ın tərcüməsini əlyazması şəklində Tariyeldən almışdım. Yəni Tariyel “Elmlər Akademiyası” metrosunun yanında birinci mərtəbədə yerləşən evində “Quran”ın üzərində altı ay işləmişdi.

Mən də onlara gəlib-gedirdim. Hətta onun yoldaşı deyirdi ki, bu, dəli olacaq. Çünki bu, gecə-gündüz işləyir. Onlar İraqa gedəsi oldular və Tariyel onun əlyazmasını gətirib mənə verdi. Dedi, sənə inanıram və istəyirəm ki, sən bu əlyazmasını götürüb düzəldəsən, qaydaya salasan, ikimizin adından çap etdirəsən.

Ancaq o “Quran”ın tərcüməsinin əsasını Tariyel Həsənov edib. Mənə gətirib verdi ki, bu işi elə. Ancaq mənim imkanım yox idi, çünki mən “Quran”şünas deyiləm və elə bir işi də üzərimə götürə bilməzdim. İkincisi də, mən Tariyelin yazdığı “Quran”ın altından öz adımı yaza bilmərəm. Bu, ən böyük əskiklikdir.

Dedim, Tariyel, mən sənə kömək edə bilərəm, bunu Azərbaycan dilində kompyuterdən çıxardaram, yazdıraram, hazırladaram, sən gələn il gələndə, bunu hazır vəziyyətdə görəcəksən. Özün kimlərlə, necə danışarsan, mən də sənə kömək edərəm, bu “Quran”ı çap edərik.

Mənim imtina etməyimdən sonra o, həmin əlyazmanı aparıb verdi Vasim müəllimə. Vasim müəllim də Ziya müəllimi, Şeyxülislamı özünə şərik götürdü. Mən yüz faiz bilirəm ki, Şeyxülislam o tərcümə ilə məşğul ola bilməz. Şeyxülislamın ərəb dilində o qədər biliyi yoxdur və ərəb tarixində o qədər də səriştəsi yoxdur. Şeyxülislam öz işlərini daha yaxşı bilir”.
Bu gün, 13:44
Nazirdən rus sülhməramlıları ilə bağlı göstəriş
Bu gün, 09:33
Hikmət Hacıyev: Azərbaycanın COP29-a ev sahibliyi etməsi diplomatik və siyasi cəsarətimizin təcəssümüdür
Bu gün, 09:30
KİV: İran İsrailin nüvə mərkəzini vura bilər
Bu gün, 09:25
Napoleonun nəslinin nümayəndəsindən çağırış
Bu gün, 09:20
4 kəndin qaytarılması sazişində vacib detal: Bakı strateji gediş etdi
Bu gün, 09:18
Sərhədin delimitasiyası başladı: İrəvan dərhal Tehrana hesabat verdi
Bu gün, 09:00
Azərbaycan və Rusiya Qərbin planlarını alt-üst etdi - VİDEO
Dünən, 17:11
Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib
Dünən, 16:00
Fars-molla rejiminin antiAzərbaycan XƏTTİ... - NƏ ETMƏLİ?
Dünən, 15:30
Azərbaycan strateji uğura necə nail oldu? - İNCƏLƏMƏ
Dünən, 14:22
Zəngəzur dəhlizinə nəzarət funksiyası böyük ehtimalla Azərbaycan və Türkiyədə olacaq - GƏLİŞMƏ
Dünən, 14:00
Azərbaycanla bağlı ağlasığmaz açıqlama... - Niyyətlərini açıqca bəyan etdilər
Dünən, 13:19
Sülhməramlıların Qarabağı tərk etməsi bölgədə vəziyyət necə təsir edəcək? - Ekspert rəyi
Dünən, 11:45
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
Dünən, 11:08
İranın nüvə obyektlərinə zərər dəyməyib - AEBA
Dünən, 11:04
Kəlbəcərdə boş ərazini stadiona çevirib futbol oynadılar - VİDEO
Dünən, 10:58
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
Dünən, 10:41
Təhlükəli olduğu deyilən, Azərbaycanda da satılan qida məhsulu ilə bağlı Rəsmi AÇIQLAMA
Dünən, 10:31
“İrana raket hücumu olmayıb”
Dünən, 10:20
Ağ Ev Kremli Qarabağa görə niyə qınayır: Fransadan sonra ABŞ da “maska”sını tam çıxartdı
Dünən, 10:14
"Emilin vəfatından sonra yatmıram"
Dünən, 10:01
Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ
Dünən, 09:47
Avro və lirə ucuzlaşdı, rubl bahalaşdı
Dünən, 09:42
Övladını xilas etmək istəyərkən Kürdə batan atanın meyiti tapılıb
Dünən, 09:11
Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək - VİDEO
Dünən, 09:07
Ukrayna XİN: Gürcüstan üçün real təhdid "ruslaşma"dır, “ukraynalaşma” deyil
Dünən, 09:03
Rusiya sülhməramlılarına vida: Ermənistan yeni şəraiti necə dəyərləndirəcək?