Azərbaycandan oğurlanan pullar belə xırıd edilir... - İDDİA
Siyaset / Dunya
Oxunub: 1 914
4 okt 2018 | 16:44
Azərbaycandan oğurlanan pullar belə xırıd edilir... - İDDİA














Uzun müddət Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nəzdində olan Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun direktoru vəzifəsində çalışmış, həmçinin 81 saylı Beyləqan seçki dairəsindən Milli Məclisin deputatı olan Ayaz Orucovla bağlı redaksiyamıza ilginc məlumatlar daxil olub.

Daxil olan məlumatda vurğulanır ki, sabiq deputat 1 ilə yaxındır Türkiyə dövlətində ciddi şəkildə biznesə girişib.

Türkiyədə fəaliyyət göstərən əmlak saytının verdiyi məlumata görə 2017-ci ilin aprel ayında Ayaz Orucovla Cem Aktaş adlı şəxs nizamnamə kapitalı 50 TL olan Algima İnşaat Şirkəti yaradıblar. İstanbul şəhərində fəaliyyətə başlayan Algima İnşaat Şirkətinin saytında əsasən böyük mənzillərin, ofislərin, villaların, torpaq sahələrinin alışı-satışı ilə məşğul olmaları barədə məlumat verilir.

Ancaq son 6 ayda adı çəkilən şirkətin İstanbul şəhərində hündürmərtəbəli yaşayış binalarının tikintisinə başladığı bildirilir.
Məlumata görə Algima İnşaat Şirkətinin qurulmasında Ayaz Orucovun rəsmi şəriki kimi adı keçən Cem Aktaş əslində formal şəxsdir.

Sadəcə Türkiyə qanunlarına görə qurulan şirkətlərin qurucu rəhbərliyi ölkə vətəndaşı olması vacibdir. Məhz buna görə Ayaz Orucov Cem Aktaş adlı şəxsi Algima İnşaat Şirkətinin qurucusu kimi özünə şərik seçib.

Sabiq deputatın qardaş Türkiyədə alqı satqı və tikinti biznesini genişləndirməsi ilə bağlı AzFakt.com-a daxil olan ilginc məlumatda isə bildirilir ki, "Ayaz Orucov Algima İnşaat Şirkətini keçmiş "Azərenerji" ASC rəhbəri Etibar Pirverdiyevlə birlikdə qurub".

Azərbaycandan oğurlanan pullar belə xırıd edilir... - İDDİA











Cem Aktaş

Bildirək ki, "Azərenerji" ASC- nin keçmiş rəhbəri Etibar Pirverdiyevlə Ayaz Orucov yaxın qohumdurlar.Belə ki, Ayaz Orucovun qardaşı Etibar Pirverdiyevin baldızının həyat yoldaşıdır. Məhz bu qohumluq əlaqəsinə görə Ayaz Orucovun rəhbərlik etdiyi şirkətlər uzun müddət xarici ölkələrdən elektrik avadanlıqları gətirərək Etibar Pirverdiyevin rəhbərlik etdiyi "Azərenerji" ASC- yə satıb.

AzFakt.com-a verilən məlumatda vurğulanır ki, elektrik avadanlıqlarının "Azərenerji" ASC-yə satılması hesabına milyonlar qazanan qohumlar son 2 ildə yatırımlarını sakitcə xarici ölkələrə daşımağa qərara veriblər. Əvvəlcə Ukraynaya lövbər salan qohumlar burada nədənsə möhkəmlənə bilməyiblər və Qara dənizi keçərək qardaş Türkiyəyə yerləşmək qərarı veriblər.

Saytımıza daxil olan məlumata görə hazırda Ayaz Orucovla Etibar Pirverdiyevin Algima İnşaat Şirkəti İstanbulda hündürmərtəbəli bina tikintisinə başlayıblar. Bundan başqa Algima İnşaat Şirkəti İstanbul, İzmir, Antalya, Bodrum və digər böyük şəhərlərdə xeyli sayda villa, mənzil və torpaq sahələrinə sahib olub.

Qeyd edək ki, uzun müddət Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nəzdində olan Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun direktoru vəzifəsində işləyən Ayaz Orucovun və oğlunun adı bir çox korrupsiya və qalmaqallarda hallanıb. Sabiq deputatın oğlu İsmayıl Orucovun ən böyük qalmaqalı isə yolun ortasında qadınlara atəş açması olmuşdu.

Qarşı tərəfin mövqeyini verməyə hazırıq.

Azərbaycandan oğurlanan pullar belə xırıd edilir... - İDDİA
Dünən, 16:00
Sabah 32 dərəcə isti olacaq
Dünən, 15:30
Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu
Dünən, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər
Dünən, 14:43
Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB
Dünən, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
Dünən, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
Dünən, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
Dünən, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
Dünən, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
Dünən, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
Dünən, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
Dünən, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
Dünən, 11:22
COP29-un əhəmiyyəti
Dünən, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
Dünən, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
Dünən, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
Dünən, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
Dünən, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı
Dünən, 10:02
Conson Ağ Evin planını DE-ŞİFRƏ ETDİ: ABŞ bu ölkəyə də hücum edəcəkdi, amma...
Dünən, 09:59
Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO
Dünən, 09:41
Paşinyan sərhəddəki delimitasiya barədə hesabat verib
Dünən, 09:38
Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
Dünən, 09:33
Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 MESAJ
Dünən, 09:00
Rasizmin beşiyinə çevrilən ABŞ-ın Azərbaycana qarşı uydurma hesabatı - FAKTLAR
25-04-2024, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
25-04-2024, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
25-04-2024, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO