Paşinyanın siyasi təxribat planı - TƏHLİL
Siyaset
Oxunub: 493
6 okt 2018 | 14:51
Paşinyanın siyasi təxribat planı - TƏHLİL















Ermənistanda Qagik Tsarukyanın liderlik etdiyi Çiçəklənən Ermənistan Partiyasının siyasi fəaliyyətinə son qoyula bilər. Son günlər Çiçəklənən Ermənistan Partiyasının buraxılacağına dair məlumatların sayı artır. Qeyd edilir ki, baş nazir Nikol Paşinyan növbədənkənar seçkilərdən sonra parlamentin bölgüsünü müəyyən edib və həmin siyahıda “Tsarukyan” blokunun adı yer almır.

Aprel ayında baş vermiş “məxməri inqilab” zamanı Qagik Tsarukyan və onun tərəfdarları N.Paşinyanı dəstəkləşmişdi. Lakin sentyabrın 23-də İrəvan Ağsaqqallar Şurasına keçirilən seçkilərdə baş nazir Paşinyanın “Mənim addımım” bloku rəqib kimi yarışdığı “Tsarukyan” blokunun üzərində qələbə çaldı. İndi isə növbəti mərhələdə N.Paşinyan parlamenti buraxmaqla “Tsarukyan” blokundan xilas olmağa çalışır. Oktyabrın 3-də prezident Armen Sarkisyan hökumətdə təmsil olunan 6 naziri vəzifədən kənarlaşdırıb ki, onların da 4 nəfəri “Tsarukyan” blokunun üzvüdür.

“Jamanak” qəzeti Çiçəklənən Ermənistan Partiyasının dağılmaq ərəfəsində olduğunu yazır. “Bu partiyanın bir sıra üzvləri “Tsarukyan” blokunun utanc gətirən davranışlarına görə məsuliyyəti bölüşməmək üçün partiyanı tərk etmək niyyətlərini açıqlayacaqlar”,- qəzet belə yazır.

“21 oktyabrda yerli hakimiyyət orqanlarına keçiriləcək seçkilərdə Çiçəklənən Ermənistan Partiyası tərəfindən irəli sürülən namizədlər qələbə qazanma şansı olmadığını bildikləri üçün yaxın günlərdə geri çəkiləcəklər”,-“Jamanak” belə qeyd edir.

Adıçəkilən qəzet həmçinin, ÇEP-in deputatı Leva Xaçatryanın istefaya hazırlaşdığı barədə məlumat yayıb. Leva Xaçatryanın yeni partiya yaradaraq, növbədənkənar seçkilərdə iştirak etmək istədiyi bildirilir.

Çiçəklənən Ermənistan Partiyası son günlər siyasi böhran yaşayır. Bunun da başlıca səbəbi təşkilat üzvləri arasında Q.Tsarukyana inamın itməsidir. İrəvan Ağsaqqallar Şurasına keçirilən seçkilərdə ÇEP-in 7 faiz səs toplaya bilməməsi üzvlər arasında Q.Tsarukyana etimadın itməsinin başlıca səbəbini təşkil edir.

İstefa verməyə hazırlaşan partiya üzvləri Qagik Tsarukyanın xaricdə olduğunu, partiya daxilində və ölkənin siyasi həyatında baş verən hadisələrə münasibət bildirməkdən çəkindiyini bəyan edir. Lakin ÇEP-in mətbuat katibi İvet Tonoyan öz açıqlamasında Tsarukyanın ölkə xaricində olması barədə deyilənləri “dezinformasiya” adlandırıb.

Qagik Tsarukyanın partiya üzvlərilə müzakirələrdən sonra növbədənkənar parlament seçkilərində iştirak edib-etməyəcəyi məlum olacaq. “Kentron” telekanalına açıqlama verən Q. Tsarukyan mərkəzdənqaçma proseslərinin qarşısını almaq və öz mövqeyini qorumaq üçün növbədənkənar seçkilərə getməyə razı olduğunu bəyan edib. “Biz geri çəkilə bilmərik, parlament seçkilərində hazırlıq işlərinə başlamaq lazımdır. Mən güclü adamam. Biz seçkilərin istəmədiymizi demirik, məsələ acınacaqlıdır.Dekabrda deyirlər? Qoy dekabrda olsun”,-Tsarukyan belə deyib.

Xatırladaq ki, Ermənistanın siyasi həyatında “kartof oliqarxı” kimi daxil olan Tsarukyan ilk vaxtlar Köçəryan-Sarkisyan klanına loyal mövqeyilə seçilib. Ona görə də ÇEP-in dağılacağı təqdirdə istefa verəcək deputatların ERP-ya qoşulması parlamentdə qüvvələr nisbətini Serj Sarkisyanın xeyrinə dəyişə bilər. Bu isə N.Paşinyanın hakimiyyətini itirməsi deməkdir.

Yaranmış vəziyyəti Cebhe.info-ya şərh edən politoloq Qabil Hüseynlinin sözlərinə görə, ÇEP-in dağılması N.Paşinyan tərəfindən hazırlanmış siyasi təxribat planının tərkib hissəsidir:

“Bu pozuculuq işini Paşinyanın tərəfdarları aparır. Çiçəklənən Ermənistan Partiyasına müəyyən şirnikləndirici vədlər verməklə insanları partiya sıralarından çıxmağa təhrik edirlər. Həm də onlara müəyyən vəzifələr və imtiyazlar təklif olunur. Paşinyan başda Ermənistan Respublikaçılar Partiyası olmaqla ciddi bir müxalifətin formalaşdığını gördüyü üçün həmin alternativ qüvvələrin sosial bazasını sökməyə başlayıb. Bu məqsədə çatmaq üçün bütün metodlardan, şirnikləndirici vasitələrdən istifadə olunur. Bu nöqteyi-nəzərdən, Çiçəklənən Ermənistan Partiyasında yaranmış “xəstəliyin” başqa partiyalara keçəcəyi də gözlənilir. Çünki hazırda Paşinyanın reytinqi ən yüksək səviyyədədir və o, bundan istifadə edərək rəqiblərini çökdürməyə çalışır. Proseslərin gedişi göstərir ki, siyasi müxalifət Robert Köçəryanın başçılığı altında təmərküzləşməkdə idi və onlar məlum bir qüvvəyə çevrilirdi. İndi həmin qüvvəni darmadağın etmək üçün xüsusi plan hazırlanıb. Bu plan da addım-addım həyata keçirilir. Sonda ola bilər ki, bu dağıdıcı proses ERP-in daxilinə sirayət etsin”.
Dünən, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Dünən, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Dünən, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO
Dünən, 15:34
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamda məktəbin təməlqoyma mərasimində
Dünən, 15:30
Zəngəzur dəhlizi açılsa... - GƏLİŞMƏ
Dünən, 14:22
Paşinyan üçün QURTULUŞ YOLU... - hələ ÇOX İŞ görməlidir...
Dünən, 14:00
Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq
Dünən, 12:28
Rusiya ABŞ-ın nəhəng bankının hesablarına həbs qoydu
Dünən, 12:24
İrəvan Təbrizdə baş konsulluğunu açır
Dünən, 12:20
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
Dünən, 12:13
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
Dünən, 12:09
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
Dünən, 12:04
ABŞ Ermənistan ordusundakı ölümlərdən narahatdır
Dünən, 11:58
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB
Dünən, 11:46
Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi
Dünən, 11:40
Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR
Dünən, 11:36
Bakıda Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclası başlayıb
Dünən, 11:14
Rus ordusunda fərarilik rekord həddə qalxdı
Dünən, 11:10
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
Dünən, 10:16
“Laçın yolundan da Rusiya bayrağı götürüldü... - Sülhməramlılar çıxmaqda davam edir...”
Dünən, 10:01
Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir - ABŞ institutu
Dünən, 09:37
Bakıda təmizlik işçisinin bu görüntüsü gündəm oldu - VİDEO
Dünən, 09:31
Vaşinqton Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
Dünən, 09:00
“Böyük tarixçi” Bayden ermənilərə niyə pislik edir: ABŞ Ermənistanı növbəti “qurban” seçib
24-04-2024, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
24-04-2024, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
24-04-2024, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...