Bir milyon manatlıq dələduzluqda təqsirləndirilən şəxs deputat Elmira Axundovadan üzr istəyib
Siyaset
Oxunub: 501
15 okt 2018 | 17:19
Bir milyon manatlıq dələduzluqda təqsirləndirilən şəxs deputat Elmira Axundovadan üzr istəyib














Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Elnur İbrahimovun cinayət işi üzrə məhkəmənin iclası davam etdirilib.

"Report"un məlumatına görə, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs ifadəsini yazılı şəkildə məhkəməyə təqdim edib.

Daha sonra E.İbrahimov ifadəsini elan edib. O, zərərçəkmiş Fərman Məmmədov epizodu üzrə danışıb: "Fərman müəllim ifadəsində deyir ki, biznes işi ilə bağlı mənimə əlaqə saxlayıb. Sonra məhkəmədə bildirir ki, pulu Həbib Axundova verib. Axı bu necə olur? O, heç verdiyi pulun məbləğini bilmir. Çünkü Fərman müəllimin verdiyi pul Nazimə məxsusdur. Fərmanın dediyinə görə, guya onun pulunu Nazim saxlayırdı. Məgər Fərman bankdır? Fərmanın necə insan olduğu hər kəsə məlumdur. Mənim ona bir qəpik də borcum yoxdur. Əksinə, o, şər-böhtanla Həbib Axundovdan aldığı 250 min manat pulu geri qaytarmalıdır".

E.İbrahimov qeyd edib ki, həbs edilən zaman F.Məmmədovun adamları onun Həbib Axundovun üzünə durmasını istəyib: "Fərman müəllim məndən şikayətçi olmadığını söylədi. Onlar bir neçə dəfə mənə dedilər ki, mən Həbibin üzünə durum".

İfadəsinin davamında təqsirləndirilən şəxs deputat Elmira Axundova və onun oğlu H.Axundovdan üzr istəyib: "Çox utanıram. Çünkü mətbuatda onlar haqqında çox şey yayıldı".

O, F.Məmmədovdan faizə aldığı pulun əvəzinə qazancdan artıqlaması ilə pul verdiyini söyləyib: "Ondan 430-450 min manat civarında faizə pulı almışam. Qazancdan isə 650 min manat pul vermişəm. Bir sözlə, Fərmanın mənə borcu qalıb".

Prosesdə zərərçəkmiş F.Məmmədov vəsatət qaldırıb. O, ibtidai istintaqı araşdıran müstəntiqin məhkəmədə dindirilməsini istəyib.

Vəsatət baxılmamış saxlanılıb.

Məhkəmənin növbəti iclası oktyabrın 18-nə təyin edilib.

Qeyd edək ki, cinayət işində deputat Elmira Axundovanın oğlu Həbib Axundov da zərərçəkmiş qismində tanınır.
Bu gün, 16:00
Fars-molla rejiminin antiAzərbaycan XƏTTİ... - NƏ ETMƏLİ?
Bu gün, 15:30
Azərbaycan strateji uğura necə nail oldu? - İNCƏLƏMƏ
Bu gün, 14:22
Zəngəzur dəhlizinə nəzarət funksiyası böyük ehtimalla Azərbaycan və Türkiyədə olacaq - GƏLİŞMƏ
Bu gün, 14:00
Azərbaycanla bağlı ağlasığmaz açıqlama... - Niyyətlərini açıqca bəyan etdilər
Bu gün, 13:19
Sülhməramlıların Qarabağı tərk etməsi bölgədə vəziyyət necə təsir edəcək? - Ekspert rəyi
Bu gün, 11:45
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
Bu gün, 11:08
İranın nüvə obyektlərinə zərər dəyməyib - AEBA
Bu gün, 11:04
Kəlbəcərdə boş ərazini stadiona çevirib futbol oynadılar - VİDEO
Bu gün, 10:58
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
Bu gün, 10:41
Təhlükəli olduğu deyilən, Azərbaycanda da satılan qida məhsulu ilə bağlı Rəsmi AÇIQLAMA
Bu gün, 10:31
“İrana raket hücumu olmayıb”
Bu gün, 10:20
Ağ Ev Kremli Qarabağa görə niyə qınayır: Fransadan sonra ABŞ da “maska”sını tam çıxartdı
Bu gün, 10:14
"Emilin vəfatından sonra yatmıram"
Bu gün, 10:01
Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ
Bu gün, 09:47
Avro və lirə ucuzlaşdı, rubl bahalaşdı
Bu gün, 09:42
Övladını xilas etmək istəyərkən Kürdə batan atanın meyiti tapılıb
Bu gün, 09:11
Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək - VİDEO
Bu gün, 09:07
Ukrayna XİN: Gürcüstan üçün real təhdid "ruslaşma"dır, “ukraynalaşma” deyil
Bu gün, 09:03
Rusiya sülhməramlılarına vida: Ermənistan yeni şəraiti necə dəyərləndirəcək?
Bu gün, 09:00
İsrail zərbə endirdi: İranda partlayış, ABŞ isə...
Dünən, 16:00
Siyasət meydanının 10 nömrəsi... - Hər vurduğu qol olur...
Dünən, 15:30
“Rusiya hərbçilərini Qarabağdan çıxmaq istəmirdi, amma...” - Diplomatik uğur və məntiqi nəticə
Dünən, 14:22
Rus əsgərinin Qarabağdan... çıxışlıq halı - O MÜBARƏK AN...
Dünən, 14:00
Qarabağ... bax indi AZƏRBAYCANDIR! - HƏQİQƏTƏN DƏ...
Dünən, 13:39
İnsan qanı ilə qidalanan “vampir bakteriyalar” - Kimlər risk altındadır?
Dünən, 13:01
Nazir müavini təyin olunan Axundov kimdir? – DOSYE
Dünən, 13:00
Qərbin vasitəçiliyi: Boş-boş danışıqlar və... - FAKT BUDUR!