İrəvandan Kremlə qarşı növbəti demarş... - Moskvanın “B planı”
Siyaset
Oxunub: 404
16 okt 2018 | 17:43
İrəvandan Kremlə qarşı növbəti demarş... - Moskvanın “B planı”














Ermənistanda 8 may inqilabından sonra siyasi proseslər aydınlaşmaq əvəzinə getdikcə mürəkkəbləşir. Əsas sual isə işğalçı ölkənin xarici siyasət kursu ilə birbaşa bağlıdır. Çünki daxildəki vəziyyət xeyli dərəcədə hansı xarici siyasət oriyentasiyanın seçilməsindən asılı olacaq.

Şübhə yox ki, baş nazir Nikol Paşinyan və onun “amerikalı uşaqlar”dan ibarət komandası dekabrdakı parlament seçkiləri nəticəsində hakimiyyətdə möhkəmlənəndən, parlamentdə çoxluq əldə edəndən sonra Ermənistanın xarici siyasət kursunda Qərb amili qabarıq şəkildə özünü büruzə verəcək və xüsusi ağırlıq təşkil edəcək. Ancaq daxildə fürsət gözləyən siyasi rəqiblərin və revanşistlərin, həmçinin Rusiyanın bu situasiya ilə asanca barışacağını söyləməyə dəyməz.

Əksinə, seçkilər nəticəsində situasiyanın durulmasını gözləyən Moskva daha konkret hərəkət planını, lap dəqiqi “A planı”nı işə salacaq. Söhbət dinc vasitələrlə - iqtisadi-siyasi amillər hesabına Paşinyan və komandasını gözdən salıb hakimiyyətdən uzaqlaşdırmaqdan gedir. Bu baş tutmazsa, yəqin ki, daha sərt “B variant”ı işə salınacaq - Qarabağ kartı da istifadə olunmaqla.

*****

Bu xüsusda politoloq Hikmət Hacızadənin qəzetimizə son açıqlamasında dediyi bir fikirlə razılaşmamaq çətindir. Onun sözlərinə görə, Ermənistanda seçkidən sonra vəziyyət qarışa, hətta Nikol Paşinyan öldürülə də bilər. Ermənistanın simvolik müstəqillik tarixində hakimiyyət uğrunda törədilən belə terror “örnəkləri” isə az deyil. Biri elə 1999-cu il oktyabrın 27-də parlamentin gülləbaran edilməsi. O zaman prezident Robert Köçəryan özünün ən güclü rəqibləri olan parlamentin spikeri Karen Dəmirçyan və o vaxtkı baş nazir Vazgen Sərksiyandan məhz bu yolla qurtulmuşdu. Özü də Rusiyanın köməyi ilə. Hərçənd Moskva bunu indiyədək danır.

Artıq müxalifətdə olan və prezident Putinin yaxın dostu olan Köçəryan indi də Paşinyan iqtidarına qarşı sərt mövqedədir. Vaxtaşırı mediaya, xüsusən də Rusiya KİV-lərinə verdiyi müsahibə və açıqlamalarında o, inqilabçı baş naziri israrla gözdən salmağa çalışır, onu qeyri-peşəkar, ölkəni uçuruma aparan diletant adlandırır. “Paşinyan seçkiləri udsa, Ermənistan uduzacaq”. Bu da onun sözüdür. Həm də Moskvanın sözüdür təbii ki. Bir sözlə, Ermənistanda “məxməri inqilab” hələ bitməyib. Necə deyərlər, “ağa durur, Ağacan durur...”

Erməni-rus münasibətlərinin qəliz durumda olduğuna dəlalət edən daha iki fakt kimi ötən həftə İrəvanda KTMT-yə üzv ölkələrin parlament qruplarının toplantısının ləğv edilməsini və prezident Armen Sərkisyanın Moskvaya uğursuz səfərini qeyd eləmək olar. Məlumatlara görə, səfər zamanı Sərkisyan KTMT baş katibi, haqqında cinayət işi açılmış Yuri Xaçaturovun yerinə başqa bir erməninin gətirilməsi ilə bağlı Rusiyanın razılığını almağa çalışıb. Lakin buna müyəssər olmayıb.

*****

Bu arada məlum olub ki, Ermənistanda hakimiyyət başında olan “Soros kabineti” Rusiyaya qarşı daha bir demarş həyata keçirməyə hazırlaşır. “Regnum” agentliyi xəbər verib ki, İrəvanda Stanislavski adına Rus Dram Teatrını bağlamağa hazırlıq gedir (virtualaz.org). Bu işin arxasında isə Mədəniyyət Nazirliyi və Qərb fondlarının maliyyələşdirdiyi QHT-lərdən birinin rəhbəri olmuş nazir Lilit Makunts dayanır.

Belə ki, nazirlik teatra Ermənistanda tanınmış rejissor Suren Şahverdiyanı bədii rəhbər təyin etməyə hazırlaşır. Bu həmin Şahverdiyandır ki, Ermənistanda, ümumiyyətlə, rus teatrının mövcud olmasını absurd sayır. O hesab edir ki, müstəqil Ermənistanda rus teatrı ola bilməz. Suren Şahverdiyanın fikrincə, İrəvanın mərkəzində yerləşən Rus Dram Teatrının binasında hansısa rus teatrı deyil, sadəcə olaraq, teatr yerləşməlidir.

Qeyd edək ki, on illiklər boyu rus teatrı əvəzolunmaz rəhbəri Aleksandr Qriqoryanın hesabına ayaqda qalıb. Hazırda isə situasiya dəyişib-rus teatrı erməniləşib və onun aktyorları rus dilindən çox erməni dilində danışırlar, populyar erməni seriallarına çəkilirlər. Teatrın bədii rəhbəri olmağa digər namizəd uzun müddətdir Moskvada işləyən Karen Neersisyandır. O, teatrın ənənələrini bərpa etməyə hazır olduğunu deyir, lakin nazirlik məhz Şahverdiyanın namizədliyini dəstəkləyir. Şahverdiyan isə bədii rəhbər olandan sonra teatrı ya bağlayacaq, ya da tamamilə erməniləşdirəcək.

Xatırlatmaq yerinə düşər ki, Bakının mərkəzində Akademik Rus Dram Teatrı fəaliyyət göstərir və bu teatrın fəaliyyətini dayandırmaq, yaxud onu “milliləşdirmək” indiyə qədər heç kimin ağlına gəlməyib. Azərbaycanda rus dilinə hörmət də kifayət qədər yüksək səviyyədədir. Eyni zamanda ölkədə dövlətdən maliyyələşdirilən kifayət qədər rus məktəbləri fəaliyyət göstərir və hətta onların sayında artım olduğu deyilir.

Digər millətlərin nümayəndələrinin - azərbaycanlıların, rusların, yəhudilərin qovulması nəticəsində monoetnik ölkəyə çevrilən Ermənistanda isə barmaqla sayılacaq rus məktəbləri qalıb və onlar da bağlanmaq üzrədir. Şübhə yox ki, Paşinyan iqtidarı dönəmində onlar tam qapadıla bilər. Unutmaq lazım deyil ki, Ermənistanın yeni təhsil və elm naziri Araik Arutunyan da qatı antirusiyaçı, rus dilinə antipatiyası olan və Qərbə bağlı birisidir. Çətin ki, seçkidən sonra Paşinyan onu vəzifəsindən götürsün. Axı Nikol özbaşına da deyil...
“Yeni Müsavat”
Dünən, 23:28
211 saylı məktəbin 2-ci sinif şagirdləri həvəsləndirici mükafat aldılar…
Dünən, 16:00
Rəsmi Tiflis Ermənistanın silahlanmasında İŞTİRAK EDƏCƏKMİ? - AKTUAL
Dünən, 15:30
Tiflisin Bakıya ehtiyacı var... - ÇÜNKİ...
Dünən, 14:29
NATO-nun baş katibinin Azərbaycana səfəri başa çatdı - FOTO
Dünən, 14:24
İlham Əliyev Putini təbrik edib
Dünən, 14:22
Paşinyanın daş-kəsəkli və əzablı yolu - GƏLİŞMƏ
Dünən, 14:20
Pakistan Əfqanıstanı bombaladı: çoxlu ölü
Dünən, 14:01
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb, Azərbaycan xalqını bayram münasibətilə təbrik edib - Yenilənib
Dünən, 14:00
Cənubi Qafqazda hind ehtirası - NƏ BAŞ VERİR?
Dünən, 12:37
Prezident Xankəndidə Novruz tonqalını alovlandırdı
Dünən, 12:27
Türkiyə nəhəngi Qurban Qurbanovla maraqlanır
Dünən, 12:21
Azərbaycana yaz gəlir
Dünən, 12:16
Avtomobil sahibləri üçün əla fürsət - Əldən verməyin!
Dünən, 12:11
Nüfuzlu ABŞ nəşri Ermənistanı qınadı: "Azərbaycana qarşı çıxır..."
Dünən, 10:10
Şad xəbər: Sosial müavinətlər qrafikdən əvvəl ödəniləcək
Dünən, 10:00
NATO indi də Cənubi Qafqaza can atır: Bu hərbi-siyasi alyansın hədəfləri Bakının mövqeyindən asılıdır
Dünən, 09:27
Füzuli şəhərinə daha 34 ailə yola salınıb - FOTOLAR
Dünən, 09:18
NATO Azərbaycanla tərəfdaşlığının daha da gücləndirilməsində səbirsizlənir
Dünən, 09:00
Prezident: Azərbaycan-NATO tərəfdaşlığının uzun tarixi var
16-03-2024, 10:49
Bakıda yeni hava limanı tikilir - VİDEO
16-03-2024, 10:41
Prezident yeni alınmış müasir təcili tibbi yardım avtomobilləri ilə tanış olub - FOTO
16-03-2024, 10:00
İcra başçıları əvəzinə xüsusi nümayəndələr - YENİ DETALLAR MƏLUM OLDU
16-03-2024, 09:19
Azərbaycanda “TikTok” bağlanacaq? - RƏSMİ AÇIQLAMA
16-03-2024, 09:00
“II Napoleon” Rusiyaya daha bir savaş açır: Kreml Avropanı dağıtmaq bəhanəsi qazanır
15-03-2024, 16:00
Arda Turandan "Qarabağ" paylaşımı - FOTO
15-03-2024, 15:30
Martın 16-na gözlənilən hava proqnozu
15-03-2024, 14:47
İlham Əliyev Axim Ştayneri qəbul edib - FOTO