Con Bolton qovluğunda Bakıya nələr gətirir - GƏLİŞMƏ
Siyaset
Oxunub: 446
17 okt 2018 | 16:18
Con Bolton qovluğunda Bakıya nələr gətirir - GƏLİŞMƏ















ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Con Boltonun Rusiya, Azərbaycan, Ermənistan və Gürcüstana gözlənilən səfərinə dünya mediasında da maraq böyükdür.

“Reuters”in iddiasına görə, Bolton bu ölkələrdə “təhlükəsizliklə bağlı Amerikanın bir sıra maraqlarını yeritmək üçün həmkarları və başqa yüksək məqamlı məmurlarla görüşməyi” planlaşdırır.

“Amerikanın səsi” ehtimal edir ki, ABŞ rəsmisi Donald Tramp və Rusiya prezidenti Vladimir Putinin növbəti görüşünün süjetini hazırlayacaq. “Bu səfərin səbəbi, - Bolton deyib, - Tramp və Putinin yayda Helsinkidə başladıqları dialoqu davam etdirmək, ABŞ və Rusiya arasındakı münasibətləri və harada irəliləyişə nail ola biləcəyimizi, daha harada problem və fikir ayrılıqlarımızın olduğunu müzakirə etməkdir”.

Güman olunur ki, diqqət mərkəzində İran və ola bilsin, Suriya olacaq. Amma ABŞ bu istiqamətlərdə müəyyən özəlliyi olan işlərlə uğraşır. Rusiya, İran və Türkiyə Suriya tənzimləməsində əsas zaminlər kimi çıxış edir. Bundan savayı, indi bu üç ölkə müxtəlif səbəblərdən Amerika sanksiyalarının fərqli basqısı altındadır ki, bu da bir çox yönlərdə onların mövqelərini yaxınlaşdırır. Lakin Boltonun bölgəyə səfəri zamanı müzakirələrin ən önəmli mövzularından biri İran məsələsi olacaqsa, Azərbaycan və Ermənistan - hətta Dağlıq Qarabağ münaqişəsinə baxmayaraq - yenə də neytral mövqe tutacaq və Tehranla yaxşı qonşuluq münasibətlərinin saxlanmasına üstünlük verəcək. Həm də Bakı Baltikyanı ölkələri və İran üzərindən Hindistan arasında əlaqə yaratmağa nəzərdə tutulmuş “Şimal-Cənub” layihəsini həyata keçirməyə çalışır.

Türkiyənin “Yeni Çağ” nəşrinin yazdığına görə, “ABŞ İranla müharibə şəraitində onu öz coğrafiyasının dərinliyi imkanından məhrum etmək üçün Gürcüstanın NATO ilə alyansından yararlanaraq öz döyüş gəmilərini Qara dənizə daxil etməyə əlləşir”. (strateq.az)

Virtualaz.org xəbər verir ki, Bolton Azərbaycan, Ermənistan və Gürcüstan liderlərini dilə tutaraq onları İranla əməkdaşlıq etməməyə, bu ölkədən neft və qaz almamağa inandırmağa cəhd edəcək. Bu haqda “Daily Shtorm” online nəşrinə Rusiyanın ABŞ-dakı diplomatik missiyasındakı mənbə deyib.

Nəşr qeyd edir ki, İrəvana gəldikdə, bu asan olmayan məsələdir. Çünki məhz İranın hesabına Ermənistan Rusiyadan energetika sahəsində tam asılılığı aradan qaldırmağa çalışacaq. Tehran Ermənistandakı azad iqtisadi zonada gündə 200 min barel neft emal edən neftayırma zavodu qurmağa hazırlaşır. Bu haqda oktyabrın 15-də İran parlamentinin büdcə planlaşdırması komissiyasının üzvü Hadi Qavami bildirib. Beləliklə, İran Amerika sanksiyalarından yan keçməyə çalışır.

Boltonun isə ermənilərlə xüsusən İran məsələsində xoşagəlməz əməkdaşlıq təcrübəsi var. 2005-ci ildə Bolton ABŞ-ın BMT-dəki daimi nümayəndəsi olanda İrəvan bu təşkilatın İrana qarşı tətbiq etdiyi sanksiyalara qarşı çıxmışdı. O vaxt Bolton Ermənistanın BMT-dəki daimi nümayəndəsi Armen Martirosyanla görüşmüşdü. Və Martirosyan siyasi xəritənin köməyi ilə İrəvanın mövqeyini Boltona uzun-uzadı izah etməyə çalışmışdı. Səfir bildirmişdi ki, Ermənistan hər tərəfdən qeyri-dost ölkələrlə əhatələnib, təkcə İran və Rusiya ona müsbət yanaşır.

2018-ci ildə Bolton milli təhlükəsizlik müşaviri təyin olunanda Martirosyan bu haqda “Financial Times” qəzetində bəhs edib. Bir sıra Amerika KİV-ləri isə Boltonu “regionun reallıqlarını bilmədiyinə” görə tənqid ediblər.
“Yeni Müsavat”
Dünən, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Dünən, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Dünən, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO
Dünən, 15:34
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamda məktəbin təməlqoyma mərasimində
Dünən, 15:30
Zəngəzur dəhlizi açılsa... - GƏLİŞMƏ
Dünən, 14:22
Paşinyan üçün QURTULUŞ YOLU... - hələ ÇOX İŞ görməlidir...
Dünən, 14:00
Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq
Dünən, 12:28
Rusiya ABŞ-ın nəhəng bankının hesablarına həbs qoydu
Dünən, 12:24
İrəvan Təbrizdə baş konsulluğunu açır
Dünən, 12:20
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
Dünən, 12:13
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
Dünən, 12:09
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
Dünən, 12:04
ABŞ Ermənistan ordusundakı ölümlərdən narahatdır
Dünən, 11:58
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB
Dünən, 11:46
Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi
Dünən, 11:40
Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR
Dünən, 11:36
Bakıda Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclası başlayıb
Dünən, 11:14
Rus ordusunda fərarilik rekord həddə qalxdı
Dünən, 11:10
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
Dünən, 10:16
“Laçın yolundan da Rusiya bayrağı götürüldü... - Sülhməramlılar çıxmaqda davam edir...”
Dünən, 10:01
Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir - ABŞ institutu
Dünən, 09:37
Bakıda təmizlik işçisinin bu görüntüsü gündəm oldu - VİDEO
Dünən, 09:31
Vaşinqton Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
Dünən, 09:00
“Böyük tarixçi” Bayden ermənilərə niyə pislik edir: ABŞ Ermənistanı növbəti “qurban” seçib
24-04-2024, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
24-04-2024, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
24-04-2024, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...