“Ermənistan cəbhədə ciddi gərginlik yaradıb, arxasında dura bilməz” - General Aydəmirov
Siyaset
Oxunub: 405
18 okt 2018 | 13:16
“Ermənistan cəbhədə ciddi gərginlik yaradıb, arxasında dura bilməz” - General Aydəmirov














Qarabağ savaşının əfsanəvi simalarından biri, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin sabiq korpus komandiri, hazırda istefada olan general-leytenant Yaşar Aydəmirov AzNews.az-a müsahibə verib.

- Cənab General, Azərbaycan Ordusunun bugünkü drumunu necə dəyərləndirirsiniz?

- Sözsüz ki, Azərbaycan Ordusu dünyanın ən elit orduları sırasındadır. Müxtəlif hərbi analitik informasiya mərkəzləri ordumuzu ən öndə olan ordular siyahısında qeyd edirlər. Təbii ki, bunların ciddi əsasları var. Birinci növbədə, bu gün Azərbaycanın güclü iqtisadiyyatı var. Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi yaradılıb. Nazirlik yarandığı gündən etibarən həm mülki, həm də hərbi tipli məhsullar istehsal edir. Məsələn, bir döyüşün aparılması üçün orduya külli miqdarda mərmi lazımdır. Bu mərmiləri artıq Azərbaycan özü istehsal edir. Ölkəmizdə çox dövlətin qadir olmadığı və ən uzaq məsafələrə dəqiq atış həyata keçirən snayper tüfəngləri hazırlanır. Hər dövlət bu tüfənglərin lüləsi üçün istifadə olunan poladın tərkibini bilmir. Sonra reaktiv sistemlərin müəyyən hissələri, eləcə də artilleriya sistemləri hazırlanır. Müdafiə Sənayesi Nazirliyi bütün növ silahların modernləşdirilməsi prosesini həyata keçirir. Bundan başqa, nazirliyin ayrı-ayrı müəssisələri bir neçə beynəlxalq sərgilərdə uğurla çıxış edir. Bu sərgilər vasitəsilə artıq xarici dövlətlərin də Azərbaycan silahlarına marağı yaranır və sifarişlər edilir. Bu, o deməkdir ki, Azərbaycan öz müdafiə sənayesinin inkişafını daim nəzarətdə saxlayır və buna xüsusi önəm verir. Bu gün əgər Azərbaycan müdafiə sənayesi məhsulları istehsal edirsə, sözsüz ki, birinci növbədə öz silahlı qüvvələrini silahla, müxtəlif hərbi avadanlıqlarla, texnika ilə təmin edir. Həqiqətən də bu gün Azərbaycan Ordusunun silah-sursatla, müasir hərbi texnika ilə təchizatı çox yüksək səviyyədədir.

- Ordumuzda hər il müxtəlif təyinatlı hərbi təlimlər keçirilir...

- Bəli, Azərbaycan ordusunda hər il irimiqyaslı təlimlər keçirilir. Bu təlimlərin hər birində döyüş atışları, döyüş tapşırıqları yerinə yetirilir. Bu zaman təbii ki, atılan hər bir mərmi, hər raket külli miqdarda vəsait tələb edir. Deməli, Azərbaycan iqtisadiyyatı inkişaf edib ki, bütün bu işləri də problemsiz həyata keçirə bilir.

- Yaşar müəllim, Azərbaycan və Türkiyə Ordularının əməkdaşlığı barədə nə deyə bilərsiniz? Bilirsiniz ki, artıq birgə hərbi təlimlər və paradlar keçirilir.

- Hazırda Azərbaycan və Türkiyə Ordularının əməkdaşlığı ən yüksək zirvədədir. Bu gün Türkiyə ordusu dünyanın ən yüksək zirvədə olan ordularından biridir. Sözsüz ki, biz də bu güclü ordudan nəsə öyrənməliyik. Təbii ki, Azərbaycan Ordusundan da öyrənilməli olan məsələlər var. Türkiyə və Azərbaycan şahinlərinin həm Türkyədə, həm də Azərbaycanda birgə təlimləri keçirilir. Bunlar elə-belə başa gəlmir. Sözsüz ki, qarşılıqlı mübadilə şəraitində bir-birimizin təcrübəsini öyrənirik. Onların idarə etdiyi bəzi hərbi təyyarələrlə bizim ordunun idarə etdiyi təyyarələrin funksiyaları, idarəetmə mexanizmi fərqlidir. Ona görə də onlar bizdən öyrənir, biz də onlardan. Digər tərəfdən, Türkiyə Ordusu ilə birgə təlimlərin aparılması düşmənlərə bir mesajdır. Bildirilir ki, Türkiyə hər zaman Azərbaycanın yanındadır, eləcə də Azərbaycan Türkiyənin... Bundan 100 il əvvəl olduğu kimi, bu gün də Türkiyə Ordusu ilə Azərbaycan Ordusu birgə fəaliyyət göstərir. 1918-ci ilin sentyabrında Bakının azad olunmasını yada salın. O döyüşlər Gəncədən, Müsüslüdən, Kürdəmirdən başlamışdı. Həmin döyüşlərdə Azərbaycan alayları ilə birgə Türk alayları da olub. Hətta Türk alayları itki verəndə məhz yerli əhali onlarla birgə çiyin-çiyinə vuruşub. Məsələn, Həbib bəy Səlimova albay rütbəsini o zaman məhz Nuru paşa vermişdi.

- Ermənistan silahlı qüvvələri hər gecə cəbhə xəttində atəşkəs rejimini pozur. Bunu etməkdə Ermənistanın əslində nə kimi maraqları var?

- Burada Ermənistanın bir əsas məqsədi var, bu da öz insanlarını sakitləşdirməkdən, ovundurmaqdan ibarətdir ki, daxildə hər hansı bir qarşıdurma yaranmasın. Bu cür təxribatların hamısı öz daxili siyasətlərinə yönəlib. Əhaliyə çatdırmaq istəyirlər ki, hər hansı bir qarşıdurmalar yaratmayın, Azərbaycan hər an hücum edə bilər. Atəşkəsi özləri pozduğu halda, elə qələmə verirlər ki, guya Azərbaycan tərəfi pozub və nəticədə məcburiyyət qarşısında gecə-gündüz müdafiə olunurlar. Amma Azərbaycanın Ali Baş Komandanı, cənab İlham Əliyev bu yaxınlarda Düşənbədə Paşinyanla görüşəndə bir daha onlara başa saldı ki, bu cür təxribatların heç bir xeyri yoxdur. Fikir verirsinizsə, son günlər cəbhə xəttində atəşkəsin pozulması halları azalıb. Ümumiyyətlə, Ermənistan cəbhə xəttində ciddi gərginlik yarada bilməz. Ona görə ki, sonra bunun arxasında durmaq lazımdır. Bir dəfə buna cəhd etdilər, 2016-cı ilin aprelində. Amma Ali Baş Komandanın əmri ilə cəmi iki tabor onları nə günə saldı, hamımız gördük. Bütün məsul şəxsləri işdən azad olundu, rabitə sistemləri çökdü, orduda kəşfiyyat və təminat məsələləri pozuldu. Ona görə də Ermənistanın bu cür oyunları, təxribatları artıq beynəlxalq müstəvidə də pislənilir. İnşallah, çox çəkməz, bütün torpaqlarımızı da azad edərik.
Bu gün, 16:00
Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik... - NƏ OLDU?
Bu gün, 15:30
Ermənistanın demarşı: Rusiyanın ikinci cəbhə açmaq imkanı yoxdur - NƏ BAŞ VERİR?
Bu gün, 14:22
Yüz minlərlə azərbaycanlı Rusiyadan geri qayıdır? - NƏ ETMƏLİ?
Bu gün, 13:16
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
Bu gün, 13:00
Şahmar Hüseynov vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
Bu gün, 11:56
Sabah yerimizdə oturacaqlar, qan töküləcək, Azərbaycana qaytarılmalıdır – Andranik Köçəryan
Bu gün, 10:53
"Xəzər Lənkəran"la bağlı şad xəbər - Seçimlərə başlandı
Bu gün, 10:12
“Yaxın günlərdə daha 73 nəfərin adları ictimaiyyətə açıqlanacaq”
Bu gün, 10:08
Azərbaycanda dövlət xadimlərinin həyatına 7 sui-qəsd cəhdi olub - DTX rəhbəri
Bu gün, 10:02
Dünya "Qarabağ"ın ulduzundan danışır: Nələr dedilər? - VİDEO
Bu gün, 10:00
Bahalaşmanın növbəti dalğası gəlir: Evlərin qiyməti yenə artacaq
Bu gün, 09:56
Lənkəranda faciə: Ata və oğul öldü (FOTOLAR)
Bu gün, 09:49
"Crocus"da qəhrəmanlıq göstərən sumqayıtlı: "Onlar məndən üzr istədi"
Bu gün, 09:44
ABŞ və Avropa Birliyi Qafqazda sülhü bloklayır: Qərb Ermənistanın hərbi təxribatlarına dəstək qərarı verib
Bu gün, 09:41
Finlandiya rus oliqarxların Helsinkidəki idman-konsert kompleksini əllərindən alır
Bu gün, 09:39
Xristianlıqla İslamı üz-üzə qoymaq istəyirlər - Kirill
Bu gün, 09:37
Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
Bu gün, 09:31
Putin: “Rusiya üçün dost olmayan elitalar...”
Bu gün, 09:18
Fransa ordusu Ukraynaya girir - 5 ssenari
Bu gün, 09:00
Solovyov Bakıya şər atmağına “peşman” oldu
Dünən, 16:42
Dördüncü dəfədir ki, bayram tonqalı azad edilmiş Qarabağ torpağında qalanır
Dünən, 16:00
Ermənistan Türkiyənin vilayətinə çevriləcək - Petrosyan
Dünən, 15:30
Ermənistan sərhəddəki kəndi Gürcüstana verir? - “Joğovurd”
Dünən, 14:27
Xocalı şəhərində Şəhidlər xiyabanı salınır
Dünən, 14:22
Zaxarova və Peskov Ermənistana hansı mesajı göndəriblər -ŞƏRH
Dünən, 14:00
"Peysər", "qaşqaldaq" sözlərinə o mənfi mənaları kim yükləyib? - Alimdən etiraz
Dünən, 13:18
Xocalıya ilk köçün tarixi açıqlanıb