Keçmiş nazirlər nə işlə məşğuldur? – Özləri danışdı…
Siyaset
Oxunub: 424
18 okt 2018 | 15:16
Keçmiş nazirlər nə işlə məşğuldur? – Özləri danışdı…














Son dövrlərə qədər Nazirlər Kabinetinin tərkibində yer alan nazirlərin hazırda nə işlə məşğul olmaları maraqlıdır.

Azxeber.com-a danışan sabiq nazirlər hazırda nə işlə məşğul olmaları, gələcək planları ilə bağlı fikirlərini bölüşüblər.

Sabiq İqtisadi İnkişaf naziri Heydər Babayev əməkdaşımızın “Hazırda nə işlə məşğul olursunuz” sualına “Siz mənim nömrəni haradan əldə etmisiniz?” şəklində cavab verib.

Əməkdaşımızın “Siz ölkənin məşhur insanlarındansınız” arqumentindən sonra Heydər Babayev bu barədə danışmaq istəmədiyini deyib.

“Vaxtilə sizin müavininiz olmuş şəxslərdən bəziləri hazırda yüksək vəzifə tuturlar. Sizində hər hansı vəzifəyə keçmək şansınız varmı” sualına cavabında sabiq nazir bildirdi ki, bu məlumatlar əsassızdır: “Belə bir şey yoxdur”.

O istirahət etdiyini də vurğulayıb.

Sabiq Nəqliyyat naziri Ziya Məmmədov də hazırda istirahət etdiyini bildirdi: “Hazırda istirahət edirəm. Hər şey qaydasındadır. Səhhətim də qaydasındadır”.

“Mətbuatda sizin haqqınızda müxtəlif informasiyalar dolaşır. Bu informasiyalar arasında həbs olunmaqla bağlı məqamlar da var” sualımıza cavabında Ziya Məmmədov söylədi ki, bu informasiyalar əsassızdır: “Kim nə gəldi yazır. Hamısı da yalandır, böhtandır. Bir halda ki, yalan yazırlar, özlərindən soruşun ki, niyə belə sözlər yayırlar”.

Dövlət Miqrasiya Xidmətinin sabiq rəisi Firudin Nəbiyev hazırda evində olduğunu, zamanının çoxunu istirahətə ayırdığını dedi: “Hər şey qaydasındadır. Heç bir problem yoxdur”.

“Yenidən vəzifəyə təyin olunmaq ehtimalı varmı” sualına cavabında Firudin Nəbiyev söylədi ki, onun üçün əsas vəzifə yox, dövlətçiliyə xidmətdir: “Mən hər zaman Cənab Prezident İlham Əliyevin əsgəri olmuşam. Bu gün də belədir. Vəzifədə olsam da, olmasam da. Əsas dövlətimizin inkişafıdır. Bizim üçün vəzifədə olub-olmamağın heç bir fərqi yoxdur”.

Özünü Xəzər Dəniz Gəmişiliyi İdarəsinin sabiq rəisi Aydın Bəşirovun köməkçisi kimi təqdim edən Qərib adlı şəxs bildirdi ki, Aydın Bəşirov hazırda təqaüddədir: “Şükürlər olsun, sağ-salamatdır. Özünü də çox gümrah hisss edir. Hər şey qaydasındadır”.

Aydın Bəşirovun Fövqəladə Hallar Nazirliyində vəzifəyə təyin olunması ilə bağlı informasiyalardan xəbərsiz olduğunu deyən köməkçisinin sözlərinə görə, bununla bağlı dəqiq məlumatı onun özü ilə əlaqə saxladıqdan sonra bizə bildirəcək.
Bu gün, 16:00
Fürsətdir... ələ düşüb... - Ekspert danışır...
Bu gün, 15:30
Noyabr ayına qədər sülh sazişi... MÜMKÜNDÜRMÜ?
Bu gün, 14:37
Azərbaycan və İran prezidenti Xudafərində görüşəcək
Bu gün, 14:22
Ermənistanın Azərbaycan və Türkiyə ilə zorən tərəfdaşlığı... - ŞƏRH
Bu gün, 13:15
Paşinyandan kilsənin şok ifşası: onlara meydan oxudu
Bu gün, 13:00
Bakı metrosunun iş rejimi dəyişdirilir - RƏSMİ
Bu gün, 12:44
Azərbaycan və Bolqarıstan prezidentləri arasında geniş tərkibdə görüş olub - YENİLƏNİB
Bu gün, 12:28
Gərgin Putin-Paşinyan görüşü - "İ" nöqtəsi qoya biləcəklərmi?
Bu gün, 12:25
Azərbaycan və Bolqarıstan prezidentləri arasında geniş tərkibdə görüş başlayıb
Bu gün, 11:22
İlham Əliyevlə Rumen Radev arasında təkbətək görüş başlayıb
Bu gün, 11:18
Bakıda hoteldə zəhərlənən şəxslərin vəziyyəti açıqlanıb
Bu gün, 11:14
Simonyan şousu: "Kadırovu yoxladım, daş kimidir" - FOTO
Bu gün, 11:10
Kütləvi zəhərlənmədən sonra Zaqatalada dönərxanaların fəaliyyəti dayandırıldı
Bu gün, 11:02
Ərdoğan bu gün Əli Əsədovu qəbul edəcək
Bu gün, 10:00
İsrailli nazirdən HƏMAS-la bağlı sərt mesaj - Tam məhv edilənədək
Bu gün, 09:56
Bu gün şəhid Milli Qəhrəmanımız polkovnik İlqar Mirzəyevin doğum günüdür - FOTO
Bu gün, 09:34
ABŞ noyabrda erməni faktorunu "dəfn" edəcək: İrəvanın sülh sazişi üçün vaxtı bitir, yalvarış dövrü uzaqda deyil
Bu gün, 09:29
Lukaşenko: Dünya heç vaxt nüvə müharibəsinə indiki qədər yaxınlaşmayıb
Bu gün, 09:26
UEFA Çempionlar Liqası: İlk finalçı bəlli olub - FOTO/VİDEO
Bu gün, 09:22
Çin lideri Makronu belə alçaldıb
Bu gün, 09:18
Bakı-Tbilisi-Qars dəmir yolunda hərəkət nə vaxt bərpa olunacaq?
Bu gün, 09:14
Çindən Britaniyaya kəskin etiraz: Bu oyunu dayandırın!
Bu gün, 09:11
Bu tarix Ümumdünya Futbol Günü elan edildi
Bu gün, 09:05
Ukrayna Rusiyanın “TikTok”dakı üstünlüyündən narahatdır
Bu gün, 09:01
"Atəşkəs əldə olunmasa, faciə baş verəcək"
Dünən, 16:00
10 mayla bağlı Bakının tələbləri: Masaya yeni şərt qoyuldu - NƏ BAŞ VERİR?
Dünən, 15:30
Kilsə Paşinyanı devirə biləcəkmi? – Şərh