"Ermənilər Qarabağda çəkdikləri yolları özləri ilə aparmayacaqlar" — Deputatdan AÇIQLAMA
Siyaset
Oxunub: 441
19 okt 2018 | 12:30
"Ermənilər Qarabağda çəkdikləri yolları özləri ilə aparmayacaqlar" — Deputatdan AÇIQLAMA














Milli Məclisin deputatı, Xocalının sabiq icra başçısı Elman Məmmədov işğal altında olan Azərbaycan ərazilərində Ermənistan tərəfindən aparılan müxtəlif quruculuq və infrastruktur işlərindən danışıb.
E.Məmmədov "Ölkə.Az"a açıqlamasında deyib ki, Ermənistan bu cür addımları atmaqla beynəlxalq hüququn tələb və prinsiplərini kobud şəkildə pozur:

"Ermənilər uzun illərdir ki, bu prosesləri davam etdirirlər. Yəni, işğal altında olan ərazilərimizə yollar çəkirlər. İndi də Avstraliyadan olan ermənilərin pulu hesabına Araz çayı boyunca yol layihələrini işləyirlər. Yəni, Zəngilan, Cəbrayıl və Füzuli rayonlarına yollar çəkəcəklər. Bundan əlavə, ermənilər işğal altında olan Azərbaycan ərazilərində müxtəlif cür obyektlər tikirlər, burada işlər görmək üçün xarici dövlətlərin şirkətləri ilə əməkdaşlıq əlaqələri qururlar, qeyri-qanunu məskunlaşmalar aparırlar. Bu günlərdə işğalçı Ermənistanın prezidenti və baş naziri Dağlıq Qarabağa səfər etmişdi. Bu gün Ermənistan rəhbərliyi heç bir beynəlxalq qanunla və tələblərlə hesablaşmır, heç kimi saya saymır, öz bildiklərini edir. Ermənistan tərəfinin gün-gündən səsləndirdiyi aqressiv bəyanatlardan da belə çıxır ki, onlar sülh və danışıqlar yolu ilə işğala son vermək, torpaqları geri qayatrmaq fikirləri yoxdur. Ermənilərin bütün bu cür hərəkətləri və onlara qarşı laqeyd olan beynəlxalq qurumların mövqeləri, ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərinin Ermənistana qarşı heç bir sanksiya və cəza tədbirləri görməməsi, BMT Təhlükəsizlik Şurasının öz qəbul etdiyi 4 qətnaməsini ötən 25 ildə icra etdirməməsi, işğalçı dövlətin quldur başçılarına BMT tribunasından çıxış etmək üçün imkanlar yaradılması və digər bu kimi hərəkətlər son nəticədə ona gətirib çıxaracaq ki, Azərbaycan vəziyyəti anlayıb hərbi addımlar atmağa məcbur olacaq. Bu gün beynəlxalq təşkilatların sözləri ilə əməlləri düz gəlmir, saxtakarlıq, riyakarlıq edirlər. Əgər belə olmasaydı, ötən 25 ildə işğalçı Ermənistana qarşı sanksiya tətbiq olunardı. Bəlkə beynəlxalq təşkilatlar özü də Ermənistanla eyni mövqedədir, əlbirdir. Necə olur ki, Ukraynada Krım məsələsi ortaya çıxanda beynəlxalq təşkilatlar Rusiyaya sanksiyalar tətbiq edirdi. Axı Rusiya Ukrayna ilə heç birbaşa müharibə də etməyib, sadəcə müəyyən yollarla Krımı əlindən alıb. Ancaq Ermənistan bütün dünyanın gözü qarşısında Azərbaycana müharibə elan edib, 30 ilə yaxındır ki, torpaqlarını işğalda saxlayır. Beynəlxalq təşkilatlar da yalnız deyir ki, biz sizin ərazi bütövlüyünüzü tanıyırıq, ona hörmətlə yanaşırıq. Axı mənim ərazimə hörmətlə yanaşırsansa, məni sülhə səsləyirsənsə, işğalçı Ermənistanı da sülhə səslə! Ermənistanı işğalçılığa son qoymağa məcbur et! Axı beynəlxalq təşkilatlar bunların heç birini Ermənistana qarşı etmir".
Deputat qeyd edib ki, əgər Ermənistana qarşı cəza tətbiq edilməsə və ikili satandartlar çox davam etsə, son nəticədə Azərbaycan hərbi gücündən istifadə etməyə məcbur olacaq:

"Ermənistanın bu cür hərəkətləri, işğalçılıq və düşmənçilikdən əl çəkməməsi, bütün beynəlxalq qanunları ayaq altına atması, həyasızlığı, tərbiyyəsizliyi, əxlaqsızlığı, Minsl qrupu dövlətlərinin və beynəlxalq təşkilatların ermənilərə qarşı isti mövqe tutması, Ermənistanın işğalçılıq siyasətinə bəraət qazandırması son nəticədə Azərbaycanı məcbur və təhrik edəcək ki, Azərbaycan hərbi gücündən istifadə edərək, torpaqları işğaldan azad etsin. Biz onsuz da torpaqlarımızı işğaldan azad edəcəyik və yurd-yuvamıza qayıdacağıq. Bu zaman ermənilər Qarabağda çəkdikləri yolları özləri ilə aparmayacaqlar. İndi Qarabağda qeyri-qanuni məskunlaşmalar gedir, Livan və Suriyadan gətirilən erməniləri Azərbaycanın işğal altında olan ərazilərində qanunsuz şəkildə məskunlaşdırırlar. Qoy ermənilər fikirləşsin ki, biz torpaqlarımıza qayıdan zaman onlar hara gedəcəklər! Axı biz nə üçün bu qədər gözləməliyik ki, ermənilər də özləri üçün "yol çəkəcəyik, daim burada yaşayacağıq və sairə" kimi xəyyalar qursunlar? Ermənilərin bu cür xəyallarını puç etmək üçün Azərbaycan kifayət qədər böyük gücə malik olan hərbi imkanlarından istifadə etməlidir".
Bu gün, 13:44
Nazirdən rus sülhməramlıları ilə bağlı göstəriş
Bu gün, 09:33
Hikmət Hacıyev: Azərbaycanın COP29-a ev sahibliyi etməsi diplomatik və siyasi cəsarətimizin təcəssümüdür
Bu gün, 09:30
KİV: İran İsrailin nüvə mərkəzini vura bilər
Bu gün, 09:25
Napoleonun nəslinin nümayəndəsindən çağırış
Bu gün, 09:20
4 kəndin qaytarılması sazişində vacib detal: Bakı strateji gediş etdi
Bu gün, 09:18
Sərhədin delimitasiyası başladı: İrəvan dərhal Tehrana hesabat verdi
Bu gün, 09:00
Azərbaycan və Rusiya Qərbin planlarını alt-üst etdi - VİDEO
Dünən, 17:11
Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib
Dünən, 16:00
Fars-molla rejiminin antiAzərbaycan XƏTTİ... - NƏ ETMƏLİ?
Dünən, 15:30
Azərbaycan strateji uğura necə nail oldu? - İNCƏLƏMƏ
Dünən, 14:22
Zəngəzur dəhlizinə nəzarət funksiyası böyük ehtimalla Azərbaycan və Türkiyədə olacaq - GƏLİŞMƏ
Dünən, 14:00
Azərbaycanla bağlı ağlasığmaz açıqlama... - Niyyətlərini açıqca bəyan etdilər
Dünən, 13:19
Sülhməramlıların Qarabağı tərk etməsi bölgədə vəziyyət necə təsir edəcək? - Ekspert rəyi
Dünən, 11:45
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
Dünən, 11:08
İranın nüvə obyektlərinə zərər dəyməyib - AEBA
Dünən, 11:04
Kəlbəcərdə boş ərazini stadiona çevirib futbol oynadılar - VİDEO
Dünən, 10:58
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
Dünən, 10:41
Təhlükəli olduğu deyilən, Azərbaycanda da satılan qida məhsulu ilə bağlı Rəsmi AÇIQLAMA
Dünən, 10:31
“İrana raket hücumu olmayıb”
Dünən, 10:20
Ağ Ev Kremli Qarabağa görə niyə qınayır: Fransadan sonra ABŞ da “maska”sını tam çıxartdı
Dünən, 10:14
"Emilin vəfatından sonra yatmıram"
Dünən, 10:01
Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ
Dünən, 09:47
Avro və lirə ucuzlaşdı, rubl bahalaşdı
Dünən, 09:42
Övladını xilas etmək istəyərkən Kürdə batan atanın meyiti tapılıb
Dünən, 09:11
Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək - VİDEO
Dünən, 09:07
Ukrayna XİN: Gürcüstan üçün real təhdid "ruslaşma"dır, “ukraynalaşma” deyil
Dünən, 09:03
Rusiya sülhməramlılarına vida: Ermənistan yeni şəraiti necə dəyərləndirəcək?