Rəsmi Bakıdan iki mühüm gediş – “Rus NATO-su” və İsrail...
Siyaset
Oxunub: 411
24 okt 2018 | 17:17
Rəsmi Bakıdan iki mühüm gediş – “Rus NATO-su” və İsrail...














Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənovun Çex Respublikasına təzəcə başa çatan səfəri haqda məlumat vermişik. Azərbaycanın hərb naziri səfər çərçivəsində ötən həftə Praqada müdafiə sənayesi sərgisinə qatılıb, çexiyalı həmkarı ilə və bu ölkənin hərbi şirkətlərinin nümayəndələri ilə görüşüb. Təbii ki, əsas müzakirə mövzusu hərbi-texniki əməkdaşlıq məsələləri olub.

Yada salaq ki, artıq Azərbaycan Silahlı Qüvvələrinin arsenalında Çexiya istehsalı “DANA” müasir raket kompleksləri var - hansı ki, işğalçı Ermənistanda ciddi təlaş yaradıb. Həm də o səbəbə ki, Çexiya Avropa Birliyinin (AB) üzvüdür. Gözlənilir ki, ordumuzun hərbi parkı tezliklə yeni silah-sursatlarla zənginləşəcək. Nazirin Praqa səfəri bu mənada Azərbaycanın silahlanma strategiyasını saxələndirmək baxımından xüsusi önəm daşıyır.

*****

İsrail dövləti isə Azərbaycanın silah tədarük elədiyi ölkələr sırasında özünəməxsus yer tutur. Yeri gəlmişkən, Zakir Həsənovdan sonra Azərbaycanın müdafiə nazirinin birinci müavini, Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov ötən gün - oktyabrın 23-də israilli həmkarı general-leytenant Qadi Ayzenkotun dəvəti ilə Tel-Əviv şəhərinə rəsmi səfərə yola düşüb. Musavat.com-un Müdafiə Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, səfər çərçivəsində Nəcməddin Sadıkovun İsrailin müdafiə naziri Avidqor Liberman, baş Qərargah rəisi və digər rəsmi şəxslərlə görüşü, habelə müdafiə sənayesi sahəsində fəaliyyət göstərən müəssisələri ziyarət etməsi nəzərdə tutulub.

“Yeni Müsavat ” xatırladır ki, İsrailin müdafiə naziri Aviqdor Liberman cəmi bir ay öncə, özü də 5 günlük səfərlə (13-19 sentyabr) Azərbaycanda olmuş, ölkənin siyasi və hərbi rəhbərliyi ilə görüşmüşdü. O sırada o, prezidenti İlham Əliyevlə bağlı qapılar arxasında saatlarla sürən danışıqlar aparmışdı. Daha sonra o, müdafiə, fövqəladə hallar nazirləri, Sərhəd Qoşunlarının komandanı və xarici işlər naziri ilə bir araya gəlmişdi.

Bu da maraqlıdır ki, Liberman qonşu Gürcüstanda cəmi bir gün qaldıqdan sonra Tiflisdən Bakıya gəlmişdi. Bundan əlavə, İsrailin müdafiə naziri Şəhidlər Xiyabanında Azərbaycanın Milli Qəhrəmanı, ərazi bütövlüyümüz uğrunda şəhid olmuş yəhudi vətəndaşımız Albert Aqarunovun məzarını ziyarət etmişdi. Sonuncu fakt düşmən Ermənistanda xüsusi narahatlıq yaratmış və işğalçıya İsrail dövlətinin açıq xəbərdarlıq mesajı kimi qiymətləndirilmişdi.

Əksər siyasi təhlilçilər məhz bu faktı - İsrail müdafiə nazirinin ilk dəfə Azərbaycana belə çoxgünlük səfər eləməsini misli görünməmiş hadisə kimi, eyni zamanda Azərbaycana siyasi dəstəyin qabarıq təzahürü olaraq dəyərləndirmişdilər. Həmin səfərin belə uzun çəkməsi, ən yüksək səviyyədə aparılan danışıqlar, iki dövlət arasında münasibətlərin strateji xarakterini ortaya qoymuş, İsrail dövlətinin regionda, xüsusən də Azərbaycan ətrafında cərəyan edən geosiyasi proseslərə xüsusi diqqətinin təsdiqi kimi yadda qalmışdı.

Reallıq belədir ki, İsrail üçün Azərbaycan dünyada əsas hərbi-siyasi tərəfdaşlardan biridir. İki ölkə arasında başqa sahələrə də əlaqələr genişdir. Məsələn, İsrail Azərbaycan neftinin əsas alıcılarından biridir. Ölkəmizin böyük lobbistlərindən sayılan Libermanın özü isə dəfələrlə Bakıda səfərdə olub - həm xarici işlər naziri, həm baş nazirin dəftərxanasının rəhbəri qismində. Ancaq ilk dəfədir müdafiə naziri statusunda Bakıda beş gün qaldı.

İndi isə Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəis İsraildədir. Şübhə yox ki, bu səfər iki dövlət arasında hərbi-texniki əməkdaşlığın səviyyəsini bir az da yüksəyə qaldırmaqla nəticələnəcək, o sırada Azərbaycanda yüksək dəqiqlikli Pilotsuz Uçan Aparatların (PUA) birgə istehsalı yönündə yeni üfüqlər açacaq. Ən əsası, dərinləşən hərbi-siyasi əlaqələr beynəlxalq miqyasda Azərbaycanın haqq işinə nüfuzlu yəhudi lobbisinin dəstəyini gücləndirəcək.

*****

Sözsüz ki, balanslı xarici siyasət aparan və heç bir hərbi bloka, o cümlədən “Rus NATO-su” sayılan KTMT-yə qoşulmayan Azərbaycan öz ordusunun silahlanmasında da çoxvektorluluğu saxlamağa üstünlük verir ki, yalnız bir ölkənin, məsələn, Rusiyanın silahlarından asıl duruma düşməsin.

“Rus NATO-su”ndan söz düşmüşkən, bu arada Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bir daha KTMT-yə üzvlüklə bağlı məsələyə münasibət bildirib. “Yeni Müsavat”ın məlumatına görə, “RİA-Novosti”yə müsahibəsində XİN başçısı suala birmənalı cavab verməkdən yayınıb.

“Dəfələrlə qeyd etdiyimiz kimi, Azərbaycan balanslı xarici siyasət aparır. Bu xüsusda biz ölkəmizə qarşı hərbi təcavüzü davam etdirən, beynəlxalq səviyyədə tanınmış ərazilərimizi işğal altında saxlayan və bu ərazilərdə Azərbaycan əhalisinə qarşı qanlı və total etnik təmizləmə həyata keçirən Ermənistan istisna olmaqla, KTMT-nin bütün üzvləri ilə fəal ikitərəfli dialoqu və qarşılıqlı faydalı, bərabər əməkdaşlığı davam etdiririk”, - deyə Məmmədyarov qeyd edib.

Beləliklə, Bakı bir daha Moskvaya aydın mesaj verib ki, Rusiya Ermənistanın işğalçılıq siyasətinə beynəlxalq hüquq çərçivəsində qiymət verməyincə, təcavüzkarı cilovlamayınca, ilkin mərhələdə heç olmasa, işğal altındakı ərazilərin bir qisminin qeyd-şərtsiz boşaldılması üçün İrəvana təzyiq etməyincə, Azərbaycan Kremlin heç bir hərbi və iqtisadi blokunda Ermənistanla birgə təmsil olunmayacaq...
Bu gün, 17:25
Hikmət Hacıyev: "Sülh heç vaxt olmadığı qədər yaxındır, lakin buna mane olurlar"
Bu gün, 13:16
ABŞ də qərarını verdi: “Patriot”lar Ermənistana göndərilir? – Türkiyədən əks-həmlə
Bu gün, 12:49
Toivo Klaar ədaləti yox... xristian həmrəyliyini ÜSTÜN BİLDİ... - FAKT BUDUR!
Bu gün, 12:15
Azərbaycan və Ermənistan parlament sədrləri mayda görüşə bilər
Bu gün, 11:41
Xronika: Türkiyə İrəvandan Zəngəzura Kalininqrad modelinə bənzər xüsusi statusun verilməsini istəyib
Bu gün, 11:00
Pensiya və müavinətlər artırıla bilər - VİDEO
Bu gün, 10:46
Juninyo Fransa klubunda?
Bu gün, 10:32
Ermənistanda “8 kənd” isterikası – Azərbaycan Ordusu “quldurları təmizləyin” əmri gözləyir
Bu gün, 10:21
Azərbaycan Mərkəzi Asiya ilə Avropanı birləşdirən təbii əlaqədir - Hikmət Hacıyev
Bu gün, 10:14
Nağdsız ödənişdən yayınanlar barəsində tədbir görüləcəkmi? - Ekspertlər danışır...
Bu gün, 10:00
Ermənistanda “dövlət içində dövlət” qurulur: Paşinyan erməni separatçıları hərbi əməliyyatla hədələyir
Bu gün, 09:39
Zelenskidən müttəfiqlərə: Yaxın aylarda Rusiyanın hücumu başlayacaq, kömək edin...
Bu gün, 09:17
“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - VİDEO
Bu gün, 09:11
Təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı tədbir keçirildi - Fotolar
Bu gün, 09:00
“Crocus City” dəhşəti və Rusiyadakı erməni lobbisi - VİDEO
Dünən, 16:00
Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik... - NƏ OLDU?
Dünən, 15:30
Ermənistanın demarşı: Rusiyanın ikinci cəbhə açmaq imkanı yoxdur - NƏ BAŞ VERİR?
Dünən, 14:22
Yüz minlərlə azərbaycanlı Rusiyadan geri qayıdır? - NƏ ETMƏLİ?
Dünən, 13:16
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
Dünən, 13:00
Şahmar Hüseynov vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
Dünən, 11:56
Sabah yerimizdə oturacaqlar, qan töküləcək, Azərbaycana qaytarılmalıdır – Andranik Köçəryan
Dünən, 10:53
"Xəzər Lənkəran"la bağlı şad xəbər - Seçimlərə başlandı
Dünən, 10:12
“Yaxın günlərdə daha 73 nəfərin adları ictimaiyyətə açıqlanacaq”
Dünən, 10:08
Azərbaycanda dövlət xadimlərinin həyatına 7 sui-qəsd cəhdi olub - DTX rəhbəri
Dünən, 10:02
Dünya "Qarabağ"ın ulduzundan danışır: Nələr dedilər? - VİDEO
Dünən, 10:00
Bahalaşmanın növbəti dalğası gəlir: Evlərin qiyməti yenə artacaq
Dünən, 09:56
Lənkəranda faciə: Ata və oğul öldü (FOTOLAR)