ABŞ və Rusiya Ermənistanı sıxır - işğalçı “çəkic və zindan” arasında
Siyaset
Oxunub: 484
31 okt 2018 | 19:44
ABŞ və Rusiya Ermənistanı sıxır - işğalçı “çəkic və zindan” arasında















ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun Rusiyaya və regiona səfəri hələ də siyasi çevrələrdə müzakirə mövzusudur. Aydın olur ki, səfərdə daha bir məqsəd işğalçı Ermənistanla onun 1 nömrəli müttəfiqi Rusiya arasında münasibətlərdə etimadsızlıq və soyuqluq yaratmaq olub. Belə görünür, bu məqsədə müəyyən mənada nail də olunub.

Məsələ ondadır ki, Bolton inqilab nəticəsində Ermənistan rəhbərliyinə heç də rusofil qüvvələrin gəlmədiyini yaxşı bilirdi. Öz komandasını müstəsna olaraq, qərbyönlü, “Amerika uşaqları”ndan quran Nikol Paşinyanın da daxilən Rusiyaya simpatiya bəsləmədiyinin fərqində idi - baxmayaraq ki, Paşinyan obyektiv reallıqların diktəsi ilə hələ ki Moskvaya sədaqət göstərir.

Ancaq siyasətdə heç vaxt “heç vaxt” demək olmaz. Xüsusən də erkən parlament seçkilərindən sonra, öz hakimiyyətini legitimləşdirdib möhkəmlədəndən sonra Paşinyanın hansı xarici siyasət kursunu tərcih edəcəyi bəlli deyil. Bunu isə həm Moskvada, həm də okeanın o tayında fərq edirlər. Təsadüfi deyil ki, Bolton İrəvanda olarkən Ermənistana, onun hazırkı rəhbərinə məhz seçkisonrasına hesablanmış aydın mesajlar verdi. O sırada o, Rusiya asılılığından və Rusiya silahlarından qurtulmaq, qonşu Türkiyə və Azərbaycanla münasibətləri normallaşdırmaq üçün Qarabağ problemini çözməyi təklif elədi, seçkilərdən sonra bu yöndə Paşinyanın real addım atacağına ümid ifadə elədi.

Gözlənildiyi kimi, Boltonun niyyətini yaxşı anlayan rəsmi Moskva, Rusiya XİN-i bu mesajlara sərt reaksiya verdi, hətta ABŞ-ı “Ermənistanın daxili işlərinə müdaxilədə” suçladı. Amma qatar artıq gedib. Bolton sözünü dedi və ölkəsinə qayıtdı. Onun sözlərinin bir anlamı da o idi ki, İrəvan Kremlin orbitindən uzaqlaşmayınca ciddi Amerika yardımlarına ümid edə bilməz. Boltonun səfəri ərəfəsində isə N.Paşinyan ABŞ-dan narazılıq eləmişdi ki, Vaşinqton inqilabdan sonra Ermənistana ciddi maraq göstərmir.

Bu diqqətsizliyin səbəbi deyildi artıq: ABŞ da Paşinyandan narazıdır. Ondan ciddi gözləntiləri var, ələlxüsus da Rusiyadan dolayı. Məsələn, məlumatlara görə, Con Bolton Ermənistandan olan ekspertlər və politoloqlarla görüşü zamanı Ermənistanın Rusiyanın bayrağı altında Suriyaya humanitar missiya göndərmək istəməsindən də narazı olduğunu dilə gətirib. Bunu “İravunk” erməni qəzeti yazıb.

“Bolton görüş zamanı Suriyaya göndəriləcək missiyanın humanitar yox, hərbi xarakter daşıyacağı halda hər şeyin pis olacağı ilə bağlı eyham vurub. O, həmçinin Rusiyada görüşləri zamanı bu təşəbbüsün Ermənistandan gəldiyinə dair məlumatlar əldə etdiyini bildirib. Bizim mənbələrimiz isə hazırda humanitar missiya məsələsinin Müdafiə Nazirliyində ciddi müzakirə olunduğunu qeyd ediblər”, - deyə mənbə təlaşla qeyd edib.

*****

Beləliklə, seçkilərdən sonra erməni baş nazir əvəzi Paşinyanı həqiqətən çox qəliz bir tənliyin həlli gözləyir. Çünki ikinci qlobal güc - Rusiya da Paşinyandan ciddi narazıdır və bu narazılıq böyüyür. Düşmən ölkə indi sanki “çəkic” (ABŞ) və “zindan” (Rusiya) arasında qalıb.

“Etiraf etməliyik ki, Ermənistandakı anti-Rusiya tendensiyası getdikcə güclənməkdədir”. Axar.az xəbər verir ki, bu sözləri tanınmış rusiyalı ekspert Qriqori Triomfçuk jurnalistlərə açıqlaması zamanı deyib. Onun sözlərinə görə, aprel ayından başlayaraq, çoxsaylı erməni fəalı öz adlarını gizlətmədən, açıq mətnlə öz vətəndaşlarını rus təşkilatları ilə əməkdaşlıqda və qrant və s. vasitəsilə pul almaqda ittiham edirlər.

“Aydındır ki, erməni fəallar bunun üçün hamının başa düşə biləcəyi sadə əsaslara istinad edirlər: Sərkisyan dövrünün məmurları birbaşa Moskva ilə və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı ilə əlaqələndirilir və bu təşkilatın Ermənistanı qoruyacağına şübhə ilə yanaşırlar”, - ekspert bildirib.

Onun sözlərinə görə, müşahidəçilər postsovet məkanındakı bütün çevrilişlərin yerli millətçilik və rus mədəniyyəti, dili ilə mübarizəyə çevrildiyi fikrində həmrəydirlər: “Ermənistan hazırda bu istiqamətdə hərəkətə yenicə başlayıb. Rus Dram Teatrı ilə bağlı məlum vəziyyət bu barədə çox şeyi deyir. Mən deyərdim ki, teatrın taleyi burada sözün əsl mənasında faciəyə çevrilir. Rus Teatrının bağlanmasının vacibliyi ilə bağlı aşkar tələblər eşidilən bugünkü Ermənistanda bu çağırışları edənlər arasında həmən teatrın bədii rəhbəri vəzifəsinə namizəd də var ki, bu da xarakterik haldır”.

Politoloqa görə, İrəvandakı Rus Dram Teatrı hazırda mədəniyyətin deyil, siyasətin stimuluna çevrilib. “Bununla yanaşı, teatrın hələ də öz həllini tapmayan iqtisadi və maliyyə məsələləri siyasətdən daha tez öz işini görə bilər”, - deyə rusiyalı politoloq əlavə edib.

*****

Qeyd edək ki, inqilabdan sonra Ermənistanda Rusiyaya bağlı mənəvi dəyərlərə əməlli-başlı hücum başlayıb, rus dili sıxışdırılmağa başlayıb və s. Ən əsası, ölkənin siyasi-hərbi rəhbərliyində Rusiyaya bağlı bütün kadrlar, o cümlədən generallar (Silahlı Qüvvələrin Baş Qərargah rəisi Akop Movsesyan və başqaları) dərhal vəzifələrindən uzaqlaşdırılıb. Hərçənd Paşinyan Putinə dostluq nəğmələri oxumaqda davam edir.

Bəs bu nəğmələrin faydası olacaqmı? Bir şey dəqiqidir ki, işğalçı ölkə 6 aydır bataqlıq effekti yaşayır: tərpəndikcə daha dərinə gedir...
“Yeni Müsavat”
Bu gün, 12:28
Rusiya ABŞ-ın nəhəng bankının hesablarına həbs qoydu
Bu gün, 12:24
İrəvan Təbrizdə baş konsulluğunu açır
Bu gün, 12:20
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
Bu gün, 12:13
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
Bu gün, 12:09
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
Bu gün, 12:04
ABŞ Ermənistan ordusundakı ölümlərdən narahatdır
Bu gün, 11:58
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB
Bu gün, 11:46
Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi
Bu gün, 11:40
Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR
Bu gün, 11:36
Bakıda Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclası başlayıb
Bu gün, 11:14
Rus ordusunda fərarilik rekord həddə qalxdı
Bu gün, 11:10
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
Bu gün, 10:16
“Laçın yolundan da Rusiya bayrağı götürüldü... - Sülhməramlılar çıxmaqda davam edir...”
Bu gün, 10:01
Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir - ABŞ institutu
Bu gün, 09:37
Bakıda təmizlik işçisinin bu görüntüsü gündəm oldu - VİDEO
Bu gün, 09:31
Vaşinqton Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
Bu gün, 09:00
“Böyük tarixçi” Bayden ermənilərə niyə pislik edir: ABŞ Ermənistanı növbəti “qurban” seçib
Dünən, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
Dünən, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
Dünən, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...
Dünən, 14:03
Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər
Dünən, 13:31
Prezidentdən İsmayılovla bağlı SƏRƏNCAM
Dünən, 13:05
Köçkünlərin evi satışa çıxarıldı - AŞAĞI QİYMƏTLƏR
Dünən, 13:00
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub - YENİLƏNİB
Dünən, 12:56
Qırğızıstan Prezidentinin rəsmi qarşılanma mərasimi olub
Dünən, 12:09
Tarixi əməkdaşlıq
Dünən, 11:02
Ərəb ölkələri Türkiyəni geri çevirdi: Qəzza planı baş tutmadı - İsrail mediası