Səfər Mehdiyevin növbəti hədəfi Əsgər Abdullayevdir... - İDDİA
Siyaset
Oxunub: 539
31 okt 2018 | 17:55
Səfər Mehdiyevin növbəti hədəfi Əsgər Abdullayevdir... - İDDİA














Az əvvəl məlumat yayıldı ki, Şimal Ərazi Baş Gömrük İdarəsi "Samur" gömrük postunun baş müfəttişi Davud Rövşən oğlu Qəhrəmanov postun yüngül minik nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş idxal xəttində xidmət apararkən qulluq mövqeyindən sui-istifadə edib.

Dövlət Gömrük Komitəsindən verilən rəsmi məlumatda deyilirdi ki, o, "Toyota Camry" markalı M 720 OX 43 dövlət nömrə nişanlı minik avtomobili ilə ölkə ərazisinə gələn Rusiya Federasiyasının vətəndaşı Fəqan Cavanşir oğlu Baxışzadəyə gətirdiyi yuyucu tozun şəxsi istifadə üçün qanunvericiliklə nəzərdə tutulmuş normadan artıq olduğunu bildirərək vətəndaşı aldadıb. Davud Rövşən oğlu Qəhrəmanov həmin malın ölkə ərazisinə buraxılması müqabilində vətəndaşdan 1000 Rusiya rublu almağı barədə fəhləlik fəaliyyəti ilə məşğul olan şəxsə qanunsuz göstəriş verib, vətəndaşdan qeyri-qanuni yolla alınan pul vəsaitindən 500 Rusiya rublunu özünə götürüb, bununla da xidməti vəzifəsinin icrasına səhlənkar yanaşaraq, əmək vəzifələrini kobud şəkildə pozub. Bu səbəbdən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müvafiq əmri ilə Şimal Ərazi Baş Gömrük İdarəsi "Samur" gömrük postunun baş müfəttişi Davud Rövşən oğlu Qəhrəmanov Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən tutduğu vəzifədən azad edilib, onunla bağlanmış əmək müqaviləsinə xitam verilib və toplanmış materiallar hüquqi qiymət verilməsi üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib.

Yəni görünəni odur ki, DGK sədri Səfər Mehdiyev qanunla işləməsi barədə görüntü yaratmağa çalışır. Amma məsələnin əslində belə olmadığı iddia olunur. Bu barədə DİA.AZ-a məlumat verən gömrükdəki qaynaq iddia edir ki, bu gün "vurulan" Davud Qəhrəmanov da daxil olmaqla, Səfər Mehdiyevin qəzəbinə tuş gələn keçmiş gömrükçülərin əksəriyyəti əlsində DGK sədrinin QİSAS ƏMƏLİYYATININ qurbanlarıdır.

Mənbə açıqlamasında iddia edir ki, proses vundan sonra da davam edəcək və hətta DGK rəhbərliyində də təkrar olaraq əksini tapacaq.

Mənbənin söylədikləri: "Məsələn hazırda DGK sədrinin müavini postunu tutan Əsgər Abdullayev də Səfər Mehdiyevin "vuracağı" fiqurlardandır. Çünki DGK sədri köhnədən olan bir ədavəti hələ də unuda bilmir. Həmin zaman Aydın Əliyev DGK sədri idi və Əsgər Abdullayevlə Səfər Mehdiyevin maraqları sərt formada toqquşmuşdu. İndi isə Səfər Mehdiyev rəhbərdir və onun Abdullayevlə haqq-hesab şürüdə bilməsi üçün geniş imkanları var və bundan istifadə edəcək də".

İddia olunanlarla bağlı bütün maraqlı tərəfləri dinləməyə hazırıq...
Bu gün, 16:00
Fars-molla rejiminin antiAzərbaycan XƏTTİ... - NƏ ETMƏLİ?
Bu gün, 15:30
Azərbaycan strateji uğura necə nail oldu? - İNCƏLƏMƏ
Bu gün, 14:22
Zəngəzur dəhlizinə nəzarət funksiyası böyük ehtimalla Azərbaycan və Türkiyədə olacaq - GƏLİŞMƏ
Bu gün, 14:00
Azərbaycanla bağlı ağlasığmaz açıqlama... - Niyyətlərini açıqca bəyan etdilər
Bu gün, 13:19
Sülhməramlıların Qarabağı tərk etməsi bölgədə vəziyyət necə təsir edəcək? - Ekspert rəyi
Bu gün, 11:45
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
Bu gün, 11:08
İranın nüvə obyektlərinə zərər dəyməyib - AEBA
Bu gün, 11:04
Kəlbəcərdə boş ərazini stadiona çevirib futbol oynadılar - VİDEO
Bu gün, 10:58
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
Bu gün, 10:41
Təhlükəli olduğu deyilən, Azərbaycanda da satılan qida məhsulu ilə bağlı Rəsmi AÇIQLAMA
Bu gün, 10:31
“İrana raket hücumu olmayıb”
Bu gün, 10:20
Ağ Ev Kremli Qarabağa görə niyə qınayır: Fransadan sonra ABŞ da “maska”sını tam çıxartdı
Bu gün, 10:14
"Emilin vəfatından sonra yatmıram"
Bu gün, 10:01
Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ
Bu gün, 09:47
Avro və lirə ucuzlaşdı, rubl bahalaşdı
Bu gün, 09:42
Övladını xilas etmək istəyərkən Kürdə batan atanın meyiti tapılıb
Bu gün, 09:11
Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək - VİDEO
Bu gün, 09:07
Ukrayna XİN: Gürcüstan üçün real təhdid "ruslaşma"dır, “ukraynalaşma” deyil
Bu gün, 09:03
Rusiya sülhməramlılarına vida: Ermənistan yeni şəraiti necə dəyərləndirəcək?
Bu gün, 09:00
İsrail zərbə endirdi: İranda partlayış, ABŞ isə...
Dünən, 16:00
Siyasət meydanının 10 nömrəsi... - Hər vurduğu qol olur...
Dünən, 15:30
“Rusiya hərbçilərini Qarabağdan çıxmaq istəmirdi, amma...” - Diplomatik uğur və məntiqi nəticə
Dünən, 14:22
Rus əsgərinin Qarabağdan... çıxışlıq halı - O MÜBARƏK AN...
Dünən, 14:00
Qarabağ... bax indi AZƏRBAYCANDIR! - HƏQİQƏTƏN DƏ...
Dünən, 13:39
İnsan qanı ilə qidalanan “vampir bakteriyalar” - Kimlər risk altındadır?
Dünən, 13:01
Nazir müavini təyin olunan Axundov kimdir? – DOSYE
Dünən, 13:00
Qərbin vasitəçiliyi: Boş-boş danışıqlar və... - FAKT BUDUR!