Prezident İlham Əliyev “Hökmranlıq edən” başçıların işinə son VERDİ - Rəsmi
Siyaset
Oxunub: 3 719
31 okt 2018 | 14:30
Prezident İlham Əliyev “Hökmranlıq edən” başçıların işinə son VERDİ - Rəsmi














Prezident İlham Əliyev “Hökmranlıq edən” başçıların işinə son VERDİ - Rəsmi
Prezident İlham Əliyev “Hökmranlıq edən” başçıların işinə son VERDİ - Rəsmi
Prezident İlham Əliyev “Hökmranlıq edən” başçıların işinə son VERDİ - Rəsmi

Prezident İlham Əliyev “Hökmranlıq edən” başçıların işinə son VERDİ - Rəsmi

Prezident İlham Əliyev dəfələrlə çıxışlarında bəzi icra başçılarını, yüksək vəzifələr tutan bir sıra digər mərmurları yarıtmaz fəaliyyətlərindən dolayı sərt tənqid edib. Onları vətəndaş-məmur münasibətlərində diqqətli olmağa çağırıb. Ölkə başçısı çıxışlarının birində qeyd edir:

“İnsanların yaxşı yaşaması təkcə maddi tərəflə ölçülmür. Burada, əlbəttə ki, məmur-vətəndaş münasibətləri xüsusi yer tutur. Məmurlar xalq üçün yaşayırlar, əksinə deyil. Məmur xalqın xidmətçisidir, vətəndaşa xidmət, kömək göstərməlidir, yekəxanalıq etməməlidir. Hansısa qanunsuz tələb irəli sürməməlidir. Özünü təvazökar aparmalıdır. Özü və ailə üzvləri nümunə olmalıdır. Rüşvətxorluqla, soyğunçuluqla məşğul olmamalıdır. Məmur, bax, belə olmalıdır, dediyim kimi. Mən hər bir dövlət məmurunu ya icra başçısı, ya başqa vəzifəyə təyin edəndə göstəriş verirəm ki, get insanlara qulluq et, xidmət göstər, dövlətə xidmət et, təmiz işlə. Amma əfsuslar olsun ki, bəzi icra başçıları nəticə çıxarmırlar. Onların da cəzası verilir və veriləcək”.

Ölkə başçısının oktyabrın 30-da imzaladığı sərəncamlar İcra hakimiyyətlərində yeniləşdirmənin bariz göstəricisidir. Belə ki, Prezidentin dünən imzaladığı sərəncamlarla Vüqar Teyyub oğlu Zeynalov Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinin, Asif Əzizağa oğlu Ağayev Beyləqan Rayon İcra Hakimiyyətinin, Tahir Nadir oğlu Məmmədov isə Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

İctimaiyyətin də marağına səbəb olan təyinatlarla bağlı səsləndirilən əsas fikir Azərbaycanda icra başçıları ilə bağlı “harın, özbaşına, rüşvətxor, qarnı ayağına sallanan kiçik padşahlarla” bağlı stereotiplərin dağıdılmasıdır. Heç kimə sirr deyil ki, media adından istifadə edən bəzi şəxslər məhz “kiçik padşahlıqda” gedən hərc-mərcliklərin gizlədilməsindən dolayı icra başçılarına “pul tələsi” kimi baxır...

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsininü üzvü Vahid Əhmədov Modern.az-a danışarkən gənclərin yüksək vəzifələrdə irəli çəkilməsini təqdir etdiyini bildirib:

“Cənab prezidentin bu təyinatları həm də gənc kadrlar üçün böyük məsuliyyətdir. Çünki bir rayonun idarə olunması asan məsələ deyil. Əsas məsələ rayona investisiya cəlb edilməsinə, sosial-iqtisadi inkişafa nail olmaq, dövlət və xarici qurumlarla əlaqələri inkişaf etdirməkdir. Bu baxımdan başçılar diqqətli olmalıdırlar”.

V.Əhmədov həmçinin, qeyd edib ki, böyük bir rayonun idarə olunması təcrübə tələb edir:

“Səbailə başçı təyin olunan Vüqar Zeynalovu şəxsən tanımıram. Tərcümeyi-halında sonuncu iş yeri kimi Nizami Kino Mərkəzinin direktoru olduğu göstərilib. Bu baxımdan hesab edirəm ki, o, daha məsuliyyətli olmalıdır. Şamaxıya təyin olunan Tahir Məmmədovu isə İTV-dən yaxşı bir jurnalist kimi tanıyıram. Daha sonra nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müşaviri kimi fəaliyyət göstərib. Hər ikisi gənc kadrdır. Təyin olunduqları vəzifə isə böyük məsuliyyət və təcrübə tələb edir. Ümid edirəm ki, onlar bu vəzifələrinin öhdəsindən gəlməyə çalışacaqlar”.

Parlamentari Azərbaycanda icra başçıları ilə bağlı illərdir davam edən mənfi rəylərin yeni təyinatlarla aradan qalxacağına ümid etdiyini vurğulayıb:

“Kadrlar yenilənir, gənclərə üstünlük verilir. Mən hesab edirəm ki, bu yenilənmə davam edəcək və rayonlarda “hökmranlıq edən” bəzi başçıların fəaliyyətinə ölkə başçısı səviyyəsində qiymət veriləcək. Necə ki, bu indi də davam edir”.
Bu gün, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Bu gün, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Bu gün, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO
Bu gün, 15:34
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamda məktəbin təməlqoyma mərasimində
Bu gün, 15:30
Zəngəzur dəhlizi açılsa... - GƏLİŞMƏ
Bu gün, 14:22
Paşinyan üçün QURTULUŞ YOLU... - hələ ÇOX İŞ görməlidir...
Bu gün, 14:00
Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq
Bu gün, 12:28
Rusiya ABŞ-ın nəhəng bankının hesablarına həbs qoydu
Bu gün, 12:24
İrəvan Təbrizdə baş konsulluğunu açır
Bu gün, 12:20
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
Bu gün, 12:13
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
Bu gün, 12:09
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
Bu gün, 12:04
ABŞ Ermənistan ordusundakı ölümlərdən narahatdır
Bu gün, 11:58
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB
Bu gün, 11:46
Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi
Bu gün, 11:40
Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR
Bu gün, 11:36
Bakıda Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclası başlayıb
Bu gün, 11:14
Rus ordusunda fərarilik rekord həddə qalxdı
Bu gün, 11:10
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
Bu gün, 10:16
“Laçın yolundan da Rusiya bayrağı götürüldü... - Sülhməramlılar çıxmaqda davam edir...”
Bu gün, 10:01
Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir - ABŞ institutu
Bu gün, 09:37
Bakıda təmizlik işçisinin bu görüntüsü gündəm oldu - VİDEO
Bu gün, 09:31
Vaşinqton Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
Bu gün, 09:00
“Böyük tarixçi” Bayden ermənilərə niyə pislik edir: ABŞ Ermənistanı növbəti “qurban” seçib
Dünən, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
Dünən, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
Dünən, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...