Adil Vəliyev Azərbaycandakı biznesini satışa çıxarıb... - İDDİA
Siyaset
Oxunub: 514
1 noy 2018 | 17:16
Adil Vəliyev Azərbaycandakı biznesini satışa çıxarıb... - İDDİA















Sabunçu rayon icra hakimiyyətinin başçısı postunu tutan Adil Vəliyevlə bağlı ilginc iddiaların yer aldığı informasiyalar yayılıb. Belə ki, əldə etdiyi bilgilərə görə, Sabunçunun şefi Azərbaycandakı biznesini satışa çıxarıb. Bunun isə bir çox müəmmalı səbəblərinin olduğu deyilir.

Bununla əlaqədar danışan mötəbər mənbə bildirir ki, çox ehtimal Adil Vəliyev yaxın vaxtlarda görəvdən alınacağını təxmin etdiyindən belə bir tədarükə başlayıb.

Xatırladaq ki, srağagündən etibraən icra başçılarının növbəti ələmə prosesinə start verilib bə bunun daha da intensiv xarakter alacağı, həmçinin təxminən 20 rayonu əhatə edəcəyi də iddia olunmaqdadır.

Dia.az-a danışan mənbə bildirir ki, Adil Vəliyevin qaçaraqda olması daha çox onun ayağında olan büdcə yeyintisi ilə birbaşa əlaqədardır. Mənbənin söylədikləri: "Təbii ki, bu vaxta qədər də vəzifədən çıxarılanlar olub. Amma kimsə operativ şəkildə Azərbaycandan çıxış yollarını arayırsa, deməli, nədənsə qaçır. Ola bilsin Adil müəllim də barəsində olan ittihamlardan yayınmaq üçün vəifədən çıxarıldığı günə hazırlıq görür".

Dia.az xatırladır ki, bu vaxta qədər yerli KİV-lərdə Adil Vəliyevin əlindəki biznes imkanları ilə bağlı müxtəlif informasiyalar yayılıb. İddia olunur ki, Adil Vəliyev Sabunçu rayonuna icra başçısı vəzifəsinə gətirilməzdən öncə sonralar onun birinci müavini olan və vəzifədən alınan Şakir Alıyevlə birlikdə şərikli biznes fəaliyyəti ilə məşğul olub. O, “Volkswagen”, “Audi”, “Seat”, “Porsche” avtomobil markalarının ölkəmizdə rəsmi dileri olub və bu, indi də davam edir. İcra başçısının Azərbaycanda böyük tikililəri, mağazaları, şadlıq evlərinin olduğu bildirilir. Adil Vəliyev icra başçısı təyin olunandan bir müddət sonra Bakıxanov qəsəbəsində, dəmir yolu stansiyasının yaxınlığında «AQAT» şadlıq sarayını tikdirdi. Bu şadlıq evi dəmir yolunun təhkim zolağında yerləşir. Bundan başqa, rayon ərazisində bir neçə göydələn inşa etdirdi. Həmin binalar üçün lazım olan plastik qapı-pəncərə Adil Vəliyevin Sabunçu qəsəbəsində yerləşən böyük sexində hazırlanır. Həmin sex Adil müəllim başçı təyin olunandan sonra fəaliyyətə başlayıb. Uzun müddət aktiv biznes fəaliyyəti ilə məşğul olmuş icra başçısı vəzifəyə təyin olunandan sonra da bu işlərindən əl çəkməyib və kapitalını xeyri artırıb.

Bununla yanaşı, Adil Vəliyev icra başçısı keçəndən sonra rayonun bütün qəsəbələrində ticarət obyektlərinin və fərdi yaşayış sahələrinin sayı artdı. Araşdırma aparılsa, həmin tikililərin əksəriyyətinin sənədinin qanunsuz olduğu üzə çıxar. İcra başçısına yaxın adamlar iddia edirlər ki, o “Sarı gəlin” şadlıq sarayını və digər obyektlərinin bir neçəsini satıb. Məmur belə fəndlərdən istifadə etməklə diqqəti özündən yayındırmağa çalışır. Hazırda “Sarı gəlin” şadlıq sarayı icra başçısına yaxın şəxslərdən biri tərəfindən idarə olunur. Bir ara, belə məlumat yayılmışdı ki, guya icra başçısı Sabunçu rayonunun qəsəbələrini öz pulu hesabına abadlaşdırır. Sonradan bunun da yalan olduğu üzə çıxdı. İcra başçısı hazırda rayon ərazisində bir neçə iri tikinti layihəsi həyata keçirir. “Bakıxanov Rezidens”in ona məxsus olduğu deyilir.

Bütün iddia olunanlarla bağlı qarşı tərəfi də dinləyə bilərik.
Bu gün, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
Bu gün, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
Bu gün, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...
Bu gün, 14:03
Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər
Bu gün, 13:31
Prezidentdən İsmayılovla bağlı SƏRƏNCAM
Bu gün, 13:05
Köçkünlərin evi satışa çıxarıldı - AŞAĞI QİYMƏTLƏR
Bu gün, 13:00
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub - YENİLƏNİB
Bu gün, 12:56
Qırğızıstan Prezidentinin rəsmi qarşılanma mərasimi olub
Bu gün, 12:09
Tarixi əməkdaşlıq
Bu gün, 11:02
Ərəb ölkələri Türkiyəni geri çevirdi: Qəzza planı baş tutmadı - İsrail mediası
Bu gün, 10:56
Japarov Azərbaycana səfərə yola düşdü
Bu gün, 10:51
Hadrut yenidən qurulur - Ən son görüntülər
Bu gün, 10:35
61 milyard yardımın pərdəarxası: qəfil məğlubiyyət... - AÇIQLAMA
Bu gün, 10:06
Vətən müharibəsi qazisi Türkiyədə həlak oldu
Bu gün, 10:02
İranlı nazir barədə həbs qərarı verildi
Bu gün, 09:54
Baş nazir iclas keçirdi: Sədr məruzə etdi - FOTO
Bu gün, 09:33
Podolyak: “Üçüncü dünya müharibəsi artıq gedir”
Bu gün, 09:28
Ukrayna ərazisi dörd ölkə arasında bölünə bilər - Makqreqordan ŞOK AÇIQLAMA
Bu gün, 09:24
Tiktok bu türk ölkəsində də əngəllənə bilər
Bu gün, 09:18
Paşinyan Ermənistanın əsl düşmənini elan etdi: Erməni kilsəsi və diaspor daxili savaşa başlayır
Bu gün, 09:16
Qərbi Azərbaycan Xronikası: Ermənilərdən Qara Qarayev və Müslüm Maqomayev haqqında İDDİA - VİDEO
Bu gün, 09:00
"Haber Global": İrəvanda həyasız təxribat - Şanlı Azərbaycan və Türkiyə bayraqları hədəfə alınıb
Dünən, 16:10
Azərbaycan Prezidenti: “İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var”
Dünən, 16:00
Başkənd oyunu: Düyməyə basan kimdir? - FAKTLAR
Dünən, 15:30
Son 5 ayda Azərbaycanla iki mühüm saziş… - Paşinyan
Dünən, 14:22
Böyük Britaniyanın Ermənistandakı hərbi nümayəndəsi Azərbaycanla sərhəddə... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 14:00
Cənubi Qafqazda yeni mərhələ başlayır - GƏLİŞMƏ