Azərbaycan Mətbuat Şurası haqqında qanun layihəsi Milli Məclisdə müzakirəyə çıxarılacaq — Əflatun Amaşov
Siyaset
Oxunub: 442
3 noy 2018 | 15:16
Azərbaycan Mətbuat Şurası haqqında qanun layihəsi Milli Məclisdə müzakirəyə çıxarılacaq — Əflatun Amaşov
















"Ayrı-ayrı tanınmış şəxslər və dövlət məmurları "reket jurnalistikası"ndan istifadə edərək, öz rəqibləri haqqında böhtan məlumatları yaydırmaqla onları "vururlar", gözdən salırlar. Artıq bu məsələ sırf media müstəvisindən kənarda cərəyan edir".
Bu fikirləri açıqlamasında Milli Məclisin deputatı, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib.

Ə.Amaşov deyib ki, Azərbaycan Mətbuat Şurası həmin media vasitələrinə xəbərdarlıqlar edir:

"Biz həmin media vasitələrini Mətbuat Şurasının "qara siyahısı"na salırıq. Əslində, özünü jurnalist hesab edən şəxs və ya media üçün "qara siyahı" ən ağır cəzadır. Cəmiyyət həmin KİV-lərin nə işlə məşğul olduğunu artıq dəqiq bilir. Bizim çıxardığımız qərarlarla həmin "qara siyahı"da olanlar cəmiyyətə bir mesajdır ki, bu KİV-lərdə yayımlanan məlumatlara inanmayın. Bu həm də ayrı-ayrı dövlət və özəl qurumlara bir mesajdır ki, həmin KİV-lərlə informasiya əməkdaşlığı qurmayın".

Deputat qeyd edib ki, "reket jurnalistikası"na qarşı mübarizə məsələsi Mətbuat Şurasının İdarə Heyətinin noyabrın 1-də keçirilən iclasında da müzakirə edilib:
"Hazırda bu məsələ ilə bağlı təkliflər üzərində işləyirik. Bu təkliflərdən biri də Azərbaycan Mətbuat Şurası haqqında qanunun qəbul edilməsi ilə bağlıdır. Burada diqqət ona çəkilməlidir ki, görülən işlərdən Kütləvi İnformasiya Vasitələri haqqında qanunda nəzərdə tutulan prinsiplərə əməl edən media qurumları əziyyət çəkməsinlər. Burada fəaliyyət istiqaməti yalnız reketçiliklə məşğul olan KİV-lərə yönəlməlidir. Bununla bağlı biz dünya təcrübəsini də araşdırırıq. Misal üçün, İsveçdə Mətbuat Şurası qanunla tənzimlənir. Bəzi ölkələrdə isə Mətbuat Şurasına səlahiyyətlər veririlir ki, həmin qurumlar qanunu pozan KİV-ləri cərimələsinlər, müəyyən müddətdə fəaliyyətlərini məhdudlaşdırsınlar və sairə. Hazırda bu məsələlər müzakirə olunur. Çox güman ki, müzakirələrdən sonra Azərbaycan Mətbuat Şurasının sədri kimi mən sözügedən məsələləri Milli Məclisdə də qaldıracam. Yəni, parlamentdə də bu məısələlərin vacibliyi barədə öz deputat həmkarlarımı inandırmağa çalışacam".

Şura sədri vurğulayıb ki, indi "reket jurnalistikası"na qarşı mübarizə məsələsi aktuallaşıb:

"Ümumiyyətlə, jurnalistikada reketçilik anlayışı hər zaman olub. Həmişə ayrı-ayrı şəxslər özlərinin şəxsi mənafeləri naminə çıxışlar ediblər. Son zamanlar bu cür hallar azalsa da, ancaq ayrı-ayrı qruplar tərəfinfdən intensivləşib. Əvvəllər ayrı-ayrı şəxlər bu işi görürdüsə, son zamanlar artıq bu məsələ qrup halında həyata keçirilir. Çox təəssüf ki, bəzi hallarda bu kifayət qədər aktiv nəzərə çarpır. Bütün bunların qarşısını almaq üçün Azərbaycan Mətbuat Şurası özünün Reketçiliyə qarşı Mübarizə Komissiyasını yaradıb, bu komissiya mütəmadi olaraq iş aparır. Təsəvvür edin ki, il ərzində Azərbaycan Mətbuat Şurasına 600-700 şikayət daxil olur. Bunların da xeyli hissəsi bu sayaq məsələlərlə bağlıdır. Əlbəttə ki, Mətbuat Şurası öz fəaliyyətində bu məsələləri daim diqqətdə saxlayaraq mübarizə aparır. Ancaq həmin insanların fəaliyyətində intensivlik artıb. Eyni zamanlarda ayrı-ayrı iqtisadi və siyasi qruplar, hətta bir zamanlar dövlət təşkilatları da həmin adamlardan özləri üçün istifadə edirdilər".
Bu gün, 10:14
"Emilin vəfatından sonra yatmıram"
Bu gün, 10:01
Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ
Bu gün, 09:47
Avro və lirə ucuzlaşdı, rubl bahalaşdı
Bu gün, 09:42
Övladını xilas etmək istəyərkən Kürdə batan atanın meyiti tapılıb
Bu gün, 09:11
Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək - VİDEO
Bu gün, 09:07
Ukrayna XİN: Gürcüstan üçün real təhdid "ruslaşma"dır, “ukraynalaşma” deyil
Bu gün, 09:03
Rusiya sülhməramlılarına vida: Ermənistan yeni şəraiti necə dəyərləndirəcək?
Bu gün, 09:00
İsrail zərbə endirdi: İranda partlayış, ABŞ isə...
Dünən, 16:00
Siyasət meydanının 10 nömrəsi... - Hər vurduğu qol olur...
Dünən, 15:30
“Rusiya hərbçilərini Qarabağdan çıxmaq istəmirdi, amma...” - Diplomatik uğur və məntiqi nəticə
Dünən, 14:22
Rus əsgərinin Qarabağdan... çıxışlıq halı - O MÜBARƏK AN...
Dünən, 14:00
Qarabağ... bax indi AZƏRBAYCANDIR! - HƏQİQƏTƏN DƏ...
Dünən, 13:39
İnsan qanı ilə qidalanan “vampir bakteriyalar” - Kimlər risk altındadır?
Dünən, 13:01
Nazir müavini təyin olunan Axundov kimdir? – DOSYE
Dünən, 13:00
Qərbin vasitəçiliyi: Boş-boş danışıqlar və... - FAKT BUDUR!
Dünən, 12:57
40-a yaxın müdir işdən çıxarılıb, 200-ə yaxını isə... - RƏSMİ
Dünən, 12:51
Rusiya sülhməramlılarının Azərbaycandan çıxması prosesi davam edir
Dünən, 12:02
Sürücülərin NƏZƏRİNƏ: Bu yol üç gün bağlı olacaq - FOTO
Dünən, 11:55
Bakının bu ərazisində söküntü: Bina tikiləcək - VİDEO
Dünən, 11:49
Nazirə yeni müavin təyin edildi - SƏRƏNCAM
Dünən, 11:23
İcra ediləcək yeni layihə 230 min hektar əkin sahəsini əhatə edəcək
Dünən, 10:49
Biləsuvarda gündəm olan molla: Oxunan Qurandır, ya mahnı? - VİDEO
Dünən, 10:39
Azərbaycanda şəxsiyyət vəsiqələri ilə bağlı YENİLİK - VİDEO
Dünən, 10:05
Bu şənbə Bakıda iməcilik keçiriləcək
Dünən, 09:56
Avro və lirə bahalaşdı
Dünən, 09:50
Urmiya gölünün son peyk görüntüsü - FOTO
Dünən, 09:18
Fransanın Qafqaz planı iflasa uğrayır: Parisin Bakıya təzyiq cəhdləri boşa çıxır