6-11-2018, 16:30 Oxunub: 325

Binəqədi Rayon İcra Hakimiyyətinin şöbə müdiri vəzifəsindən azad edilib

Binəqədi Rayon İcra Hakimiyyətinin şöbə müdiri vəzifəsindən azad edilib















Binəqədi Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elman Dadaşov vəzifəsindən azad edilib.

“Report” xəbər verir ki, bununla bağlı rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev əmr imzalayıb.

O, bu vəzifəyə 2015-ci ildə təyin edilmişdi.

Həmin vəzifəyə hələlik təyinat olmayıb.

Xatırladaq ki, iyunun 6-da Prezident İlham Əliyevin sərəncamı ilə Elxan Allahverdiyev Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib. E.Allahverdiyevdən öncə icra hakimiyyətinin başçısı Xaləddin İsgəndərov olub.
Daha bir məmur işdən çıxarıldı – Yeni təyinat Daha bir məmur işdən çıxarıldı – Yeni təyinat Siyaset Yasamalın icra başçısı iki şöbə müdirini yola saldı Yasamalın icra başçısı iki şöbə müdirini yola saldı Siyaset Binəqədinin yeni icra başçısı kimdir? Binəqədinin yeni icra başçısı kimdir? Siyaset