Azay Quliyev: Girovlarla bağlı ATƏT PA-nın komitə sədrindən cavab gözləyirəm — MÜSAHİBƏ
Siyaset
Oxunub: 405
8 noy 2018 | 12:15
Azay Quliyev: Girovlarla bağlı ATƏT PA-nın komitə sədrindən cavab gözləyirəm — MÜSAHİBƏ














ATƏT PA-nın vitse-prezidenti, Milli Məclisin deputatı Azay Quliyevin Trend-ə müsahibəsini təqdim edirik:
- Azay müəllim, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının son iclasında Ermənistanla əsir və girovların "hamının-hamıya" prinsipi ilə azad edilməsi və bundan sonra saxlanılacaq şəxslərin qısa müddət ərzində tərəflərə təhvil verilməsi təklifi səsləndirilib. Həmin komissiyanın üzvü kimi bunu nə dərəcədə real hesab edirsiniz?

- Bildiyiniz kimi, Prezident İlham Əliyev əsir və girovların azad edilməsi məsələsini daim diqqət mərkəzində saxlayır və belə bir ağrılı, mürəkkəb məsələnin həlli üçün qətiyyətli addımlar ataraq bir sıra vətəndaşlarımızın azad olunmasına və ya nəşinin geri qaytarılmasına nail olub. Komissiyanın noyabrın 1-də keçirilən sonuncu iclasında da qurumun sədri Mədət Quliyev bu barədə ətraflı danışdı, görülmüş işlər və yeniliklər barədə ictimaiyyətə məlumat verdi. Mədət Quliyev iclasda Azərbaycanın əsir və girovların “hamının-hamıya” prinsipi ilə dəyişdirilməsiin tərəfdarı olduğunu diqqətə çatdırdı. Hesab edirəm ki, bu, əsir və girovların dəyişdirilməsi baxımından təkcə uğurlu bir təklif deyil, eyni zamanda problemin həllinə çox humanist bir yanaşmadır.

Onu da deyim ki, Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndəsi də iclasda iştirak edirdi və ümid edirik ki, o, komissyanın sədrinin bu təklifini Ermənistan tərəfinə yazılı şəkildə bir daha çatdıracaq. Baxmayaraq ki, hələ 2016-cı ildə Dövlət Komissiyası BQXK-ya müraciət edərək əsir və girovluqda saxlanılan Azərbaycan və Ermənistan vətəndaşlarının "hamının-hamıya" prinsipi ilə azad edilməsi təklifini irəli sürmüşdü.

O ki qaldı, məsələnin həllinin reallıq dərəcəsinə, əgər Ermənistanın hazırkı rəhbərliyi az da olsa konstruktivlik nümayiş etdirsə və öz vətəndaşlarının taleyinə laqeyd yanaşmasa, komissiyanın irəli sürdüyü təklifin reallaşması istiqamətində ciddi bir problem görmürəm.
Düşünürəm ki, Azərbaycanın belə bir humanist təklifi haqqında bütün beynəlxalq qurumları, xüsusilə ATƏT-in müvafiq institutlarını məlumatlandırmaq lazımdır ki, beynəlxalq ictimaiyyət kimin bu cür humanitar məsələdə necə davrandığının fərqinə varsın.

- O zaman vitse-prezidenti olduğunuz ATƏT Parlament Assambleyasının bu prosesdə iştirakını görə bilərikmi?

- Şübhəsiz ki, ATƏT PA bu məsələ ilə bağlı öz mövqeyini bildirməlidir. Məlumat üçün deyim ki, bizim nümayəndə heyəti əsir və girovlarla bağlı məsələni müntəzəm olaraq ATƏT PA-nın sessiya və iclaslarında qaldırır. ATƏT PA-nın 3-6 oktyabr 2018-ci il tarixlərində Bişkekdə keçirilən sonuncu payız sessiyasında qurumun Demokratiya, İnsan haqları və humanitar məsələlər komitəsinin sədri Marqareta Kiner Nellenlə Ermənistanın qanunsuz olaraq girov götürdüyü Dilqəm Əsgərov və Şahbaz Quliyevin məsələsini ayrıca müzakirə etdim. Oktyabrın 15-də isə komitə sədrinə rəsmi məktubla müraciət edərək bu məsələyə ayrıca diqqət ayırmağı və onların azad olunması üçün səlahiyyətləri çərçivəsində müvafiq addımlar atmağı xahiş etdim.

Ümid edirəm ki, yaxın günlərdə komitə sədrinin bu mövzu ilə bağlı mövqeyi və atacağı mümkün addımlar haqqında məlumatımız olacaq. Mən komitə sədri Marqareta Nellendən cavab gözləyirəm. Bundan başqa, bu il dekabrın 4-8-də Milanda keçirilən ATƏT PA-nın Büro iclasında da bu məsələni ətraflı müzakirə etmək imkanı olacaq. Hesab edirəm ki, ATƏT PA-nın əsir və girovların “hamının-hamıya” prinsipi əsasında dəyişdirilməsi haqqında Azərbaycanın təklifinə dəstək verməsi üçün kifayət qədər əsaslar var və mən də öz səlahiyyətlərim və imkanlarım çərçivəsində bu dəstəyin əldə olunmasına çalışacağam.
Bu gün, 13:16
ABŞ də qərarını verdi: “Patriot”lar Ermənistana göndərilir? – Türkiyədən əks-həmlə
Bu gün, 12:49
Toivo Klaar ədaləti yox... xristian həmrəyliyini ÜSTÜN BİLDİ... - FAKT BUDUR!
Bu gün, 12:15
Azərbaycan və Ermənistan parlament sədrləri mayda görüşə bilər
Bu gün, 11:41
Xronika: Türkiyə İrəvandan Zəngəzura Kalininqrad modelinə bənzər xüsusi statusun verilməsini istəyib
Bu gün, 11:00
Pensiya və müavinətlər artırıla bilər - VİDEO
Bu gün, 10:46
Juninyo Fransa klubunda?
Bu gün, 10:32
Ermənistanda “8 kənd” isterikası – Azərbaycan Ordusu “quldurları təmizləyin” əmri gözləyir
Bu gün, 10:21
Azərbaycan Mərkəzi Asiya ilə Avropanı birləşdirən təbii əlaqədir - Hikmət Hacıyev
Bu gün, 10:14
Nağdsız ödənişdən yayınanlar barəsində tədbir görüləcəkmi? - Ekspertlər danışır...
Bu gün, 10:00
Ermənistanda “dövlət içində dövlət” qurulur: Paşinyan erməni separatçıları hərbi əməliyyatla hədələyir
Bu gün, 09:39
Zelenskidən müttəfiqlərə: Yaxın aylarda Rusiyanın hücumu başlayacaq, kömək edin...
Bu gün, 09:17
“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - VİDEO
Bu gün, 09:11
Təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı tədbir keçirildi - Fotolar
Bu gün, 09:00
“Crocus City” dəhşəti və Rusiyadakı erməni lobbisi - VİDEO
Dünən, 16:00
Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik... - NƏ OLDU?
Dünən, 15:30
Ermənistanın demarşı: Rusiyanın ikinci cəbhə açmaq imkanı yoxdur - NƏ BAŞ VERİR?
Dünən, 14:22
Yüz minlərlə azərbaycanlı Rusiyadan geri qayıdır? - NƏ ETMƏLİ?
Dünən, 13:16
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
Dünən, 13:00
Şahmar Hüseynov vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
Dünən, 11:56
Sabah yerimizdə oturacaqlar, qan töküləcək, Azərbaycana qaytarılmalıdır – Andranik Köçəryan
Dünən, 10:53
"Xəzər Lənkəran"la bağlı şad xəbər - Seçimlərə başlandı
Dünən, 10:12
“Yaxın günlərdə daha 73 nəfərin adları ictimaiyyətə açıqlanacaq”
Dünən, 10:08
Azərbaycanda dövlət xadimlərinin həyatına 7 sui-qəsd cəhdi olub - DTX rəhbəri
Dünən, 10:02
Dünya "Qarabağ"ın ulduzundan danışır: Nələr dedilər? - VİDEO
Dünən, 10:00
Bahalaşmanın növbəti dalğası gəlir: Evlərin qiyməti yenə artacaq
Dünən, 09:56
Lənkəranda faciə: Ata və oğul öldü (FOTOLAR)
Dünən, 09:49
"Crocus"da qəhrəmanlıq göstərən sumqayıtlı: "Onlar məndən üzr istədi"