Ermənistan ətrafında çənbər daralır: - Bakı seçimi asanlaşdıra bilər
Siyaset
Oxunub: 380
14 noy 2018 | 16:30
Ermənistan ətrafında çənbər daralır: - Bakı seçimi asanlaşdıra bilər













ABŞ Rusiyaya qarşı da sanksiyaları sərtləşdirməyə hazırlaşır. Az öncə Vaşinqton İrana qarşı yeni və son 40 il üçün ən kəskin sanksiyalara start verib. Bu da öncəliklə Rusiya və İrana qonşu olan ölkələri qəliz seçim qarşısında qoya bilər.

Söz yox ki, həm Rusiya, həm də İran Azərbaycan üçün mühüm tərəfdaş ölkələrdir. Rusiya, Azərbaycan və İran həmçinin son illər bir neçə böyük nəqliyyat layihəsi üzrə ortaqdır. Xəzərlə bağlı ikitərəfli anlaşmalar da öz yerində. Azərbaycan habelə, dünyada yeganə ölkədir ki, eyni zamanda Rusiya və İranla sərhəddir. Bundan başqa, Moskva bizim əsas silah tədarükçülərimizdən biri olaraq qalır.

*****

Sadalanan səbəblərdən şimal və cənub qonşumuza qarşı ABŞ sanksiyalarının mümkün təsirləri Bakıda da ciddi müzakirə mövzusudur. Ancaq Azərbaycanın xarici siyasətdə balansa üstünlük verməsi, heç bir hərbi bloka qoşulmaması onun yaranmış vəziyyətdə seçim və manevr imkanını artırır. Eyni ehtimalı, əlbəttə ki, Ermənistan haqda söyləmək mümkün deyil. Əsas da ona görə ki, Rusiya onun 1 nömrəli hərbi-siyasi müttəfiqi, İran isə ondan ötrü “nəfəslik” rolundadır.

Beləcə, Tehran və Moskvaya qarşı sərt Amerika sanksiyalarının işə düşməsi ilə işğalçı ölkə ətrafında çənbərin getdikcə daraldığını söyləmək mümkündür.

*****

Bu arada ABŞ-dakı “Euarasianet” analitik dərgisi yazıb ki, Ermənistanın konkret olaraq İranla bağlı seçim imkanı çox məhduddur. “Yeni Müsavat”ın məlumatına görə, təhlili məqalədə işğalçı ölkənin yerləşdiyi coğrafiya, o cümlədən dünya okeanına çıxışınin olmaması və ciddi təbii resurslardan məhrum olmasına xüsusi diqqət çəkilib.

“Ermənistanın regionda izolyasiyada olması və dənizə çıxışdan məhrumluğu onun İranla bağlı seçimini məhdud edir. Bu ölkədə təbii resurslar da azdır. Ölkənin enerji ehtiyacının 40%-ni ödəyən Metsamor AES isə köhnəlib və Ermənistanın enerji daşıyıcılarına ehtiyacının ödənməsi getdikcə təbii qazın idxalından daha çox asılı olur”, - deyə analitiklər xəbərdarlıq ediblər.

Məqalədə daha sonra deyilir: “Ermənistan idxal etdiyi qazı əsasın Rusiyadan (Gürcüstan) vasitəsi ilə alır. Bundan əlavə, 2017-ci ildə İrəvan elektrik enerjisinin qarşılığında İrandan 400 milyon kub metrə yaxın mavi yanacaq idxal edib. Ötən ilin sonunda isə bəyan edilib ki, İrandan alınan qazın həcmi elektrik enerjisinə adekvat olaraq, simmetrik şəkildə 25% artırılacaq. Ancaq bu anlaşmanın gələcəyi, eləcə də Ermənistana İran qazının tədarükü məsələsi qaranlıq qalır. Bu ilin 6 noyabrında Ermənistan XİN-in mətbuat katibi Anna Naqdalyan bildirib ki, hadisələrin inkişafını diqqətlə izləyirlər. ”ABŞ-ın İrana qarşı yeni sanksiyalarının Ermənistana mümkün təsirlərinin hərtərəfli öyrənilməsi davam edir" - xanım Naqdalyan deyib. Ermənistanın vəziyyətini daha da qəlizləşdirən həm də odur ki, ölkədəki qaz şəbəkəsinin əksəriyyəti Rusiyanın “Qazprom” şirkətinə məxsusdur. Rusiya və Ermənistan arasında çoxdandır ki, təbii qazın satış qiyməti haqda çəkişmə gedir. Beləcə, əgər İrəvan İrandan qaz idxalından imtina eləməli olsa, o zaman Rusiyadan daha güclü asılılığa düşəcək və qaz qiymətləri ilə bağlı onun mövqeyi qat-qat zəifləyəcək".

*****

Beləliklə, ABŞ-ın İrana qarşı yeni sanksiyaları nə qədər qəribə də olsa, işğalçı ölkənin Moskvadan qaz asılılığını artıracaq. Yeri gəlmişkən, ilin sonu üçün “Qazprom” yeni müqavilə üzrə Ermənistana satacağı qazı bahalaşdırmaqla hədələyir. Vaşinqton isə məlumdur ki, “məxməri inqilab”dan sonra Ermənistanın Rusiya ağuşundan çıxmasına çalışır.

Lakin o halda Ermənistanın enerji təchizatı məsələsi ciddi şəkildə gündəmə gəlmiş olacaq. Çünki heç bir erməni hökuməti nə qədər qərbpərəst olsa da, “oturduğu budağı” kəsməyə cürət eləməz - xüsusən də qaza tələbatın artdığı qarşıdakı qış mövsümündə. Qaz isə həm də enerji daşıyıcısıdır. Elektrik stansiyaları onunla çalışır. Yəni bur sıra zəruri ərzaq məhsullarının qiymətinə bilavasitə təsir edən mühüm amildir.

Təbii ki, Azərbaycan Gürcüstan kimi Ermənistanın da qaza ehtiyacını ödəyə bilər. Rəsmi Bakı bir necə dəfə bəyan edib ki, Dağlıq Qarabağ konfliktinin həllində ciddi dönüş olarsa, ən azından keçmiş DQMV ətrafındakı ərazilər işğaldan azad edilərsə, Azərbaycan Ermənistanın, eləcə də Dağlıq Qarabağın enerji təhlükəsizliyini bütünlüklə öz üzərinə götürə, üstəlik, bölgədə bütün qapalı sərhədlər və kommunikasiyalar açıla bilər.

Deməli, ABŞ İran və Rusiyaya qarşı sanksiyaları sərtləşdirməklə bərabər, Güney Qafqazın, o cümlədən Ermənistanın Qərbə inteqrasiyasında maraqlıdırsa, regionda on illərdir bağlı olan və yalnız Moskvanın mənafeyinə işləyən qapalı kommunikasiyaların, sərhədlərin açılmasını istəyirsə, o zaman Qarabağ ixtilafının həllində çevik diplomatiya yürütmək, hərəkətə keçmək zorundadır.

Bu xüsusda ötən ay ABŞ prezidenti Donald Trampın milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun bölgəyə səfəri az önəm kəsb eləmir və haradasa, Amerikanın Qarabağ “düyünü”nü açmaq yönündə ilk ciddi təşəbbüsü sayıla bilər. Yada salaq ki, Bolton İrəvanda olarkən demişdi ki, Ermənistan Rusiyadan uzaqlaşmasını, Türkiyə ilə sərhədlərin açılmasını istəyirsə, o zaman Dağlıq Qarabağ konfliktinin həllinə çalışmalıdır. Həll yolu isə məlum: beynəlxalq hüquq, BMT-nin Qarabağ qətnamələri...
“Yeni Müsavat”
Dünən, 16:00
Sabah 32 dərəcə isti olacaq
Dünən, 15:30
Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu
Dünən, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər
Dünən, 14:43
Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB
Dünən, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
Dünən, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
Dünən, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
Dünən, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
Dünən, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
Dünən, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
Dünən, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
Dünən, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
Dünən, 11:22
COP29-un əhəmiyyəti
Dünən, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
Dünən, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
Dünən, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
Dünən, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
Dünən, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı
Dünən, 10:02
Conson Ağ Evin planını DE-ŞİFRƏ ETDİ: ABŞ bu ölkəyə də hücum edəcəkdi, amma...
Dünən, 09:59
Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO
Dünən, 09:41
Paşinyan sərhəddəki delimitasiya barədə hesabat verib
Dünən, 09:38
Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
Dünən, 09:33
Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 MESAJ
Dünən, 09:00
Rasizmin beşiyinə çevrilən ABŞ-ın Azərbaycana qarşı uydurma hesabatı - FAKTLAR
25-04-2024, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
25-04-2024, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
25-04-2024, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO