3 ölkə Türkiyəyə qarşı birləşdi: qardaş ölkəyə qarşı hücum PLANININ SENSASİYALI DETALLARI
Siyaset
Oxunub: 383
15 noy 2018 | 13:21
3 ölkə Türkiyəyə qarşı birləşdi: qardaş ölkəyə qarşı hücum PLANININ SENSASİYALI DETALLARI















Misir, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanı Camal Qaşıqçı cinayətini Türkiyənin üzərinə yıxmağa çalışır.

Bu haqda Türkiyənin “Yeni Şəfəq” nəşrinə Mehmet Acet yazıb.

Onun sözlərinə görə, məqaləni ərəb hakimiyyətlərində, Körfəzdə, bağlı qapılar arxasında nələrin baş verdiyini, Türkiyəyə qarşı hansı çirkin oyunların oynanıldığını yaxşı bilən bir şəxsi dinləyərək qələmə alıb.

“Birləşmiş Ərəb Əmirlikləri avqust ayında Türkiyəni hədəf alan valyuta hücumlarının tam mərkəzində yer alırdı. Bu, şübhəsizdir. Misir, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanından ibarət üçlük Qaşıqçı cinayətində günahı Türkiyənin üzərinə qoymaq üçün “bu cinayət türk səlahiyyətlilərin iştirakı olmadan baş verə bilməzdi, işin içində bəzi türk səlahiyyətliləri var” şəklində bir “qara piar” kampaniyası aparırlar. Təəssüf ki, bu kampaniya yaxşı işləyir”, - yazar qeyd edib.

Onun sözlərinə görə, Misir, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanı Qaşıqçı cinayətini ört-basdır etmək, bu mümkün olmadığı halda, cinayəti Türkiyənin üzərinə yıxmaq qərarına gəliblər.

Amma, qeyd edilir ki, cinayətə aid dəlillərin hər kəs tərəfindən qəbul ediləcək qədər güclü olması bu ölkələri “fərqli strategiya”nı həyata keçirməyə itələyir.

“Türkiyənin xarici işlər naziri Mövlüd Çavuşoğlu Qaşıqçının öldürülməsi ilə əlaqədar hələ ictimaiyyətlə paylaşılmayan dəlillərin olduğunu bildirdi. Hələ açıqlanmayan dəlillər arasında cinayət əmrini verən şəxsə qədər əhəmiyyətli məlumatların olub-olmadığı maraq doğurur. Müxtəlif ölkələrə göndərilən səs qeydləri ilə Səudiyyə Ərəbistanının belə razılaşdığı bildirilir. Lakin bu səs qeydlərinin məzmunu hələ ictimaiyyətə tam məlum deyil. Bunlar cinayəti törədənlər qədər, onun əmrini verənlərin də canına qorxu salan suallardır. Ona görə də Qaşıqçı cinayətini Türkiyənin üzərinə yıxaraq işin içindən sıyrılmaq cəhdi müdrik bir “çıxış strategiyası” kimi görünmür. Bunun əvəzinə, yan yollarla irəliləyərək yenə Türkiyəyə zərər vermə motivi ilə vəziyyətdən çıxmaq istəyə bilərlər”, - Mehmet Acet qeyd edib.

Söhbət hansı ssenarilərdən gedə bilər?

“Gəzi hadisələrində, 15 iyul dövlət çevrilişə cəhddə və avqustda valyuta hücumlarında olduğu kimi pulun gücündən istifadə edərək birbaşa Türkiyəni hədəf alan, Ərdoğanın Qaşıqçı cinayətinin aydınlaşdırılması üçün sərgilədiyi qərarlı duruşa təsir etməyə yönəlik yeni cəhdlər qarşımıza çıxa bilər. Qarşıdakı müddətdə Türkiyəni çətin vəziyyətə sala biləcək hər hansı proseslər baş verdiyi təqdirdə, izləri ilk olaraq bu üç ölkə üzərindən axtarmaq lazımdır”, - yazar əlavə edib.
Bu gün, 16:00
Siyasət meydanının 10 nömrəsi... - Hər vurduğu qol olur...
Bu gün, 15:30
“Rusiya hərbçilərini Qarabağdan çıxmaq istəmirdi, amma...” - Diplomatik uğur və məntiqi nəticə
Bu gün, 14:22
Rus əsgərinin Qarabağdan... çıxışlıq halı - O MÜBARƏK AN...
Bu gün, 14:00
Qarabağ... bax indi AZƏRBAYCANDIR! - HƏQİQƏTƏN DƏ...
Bu gün, 13:39
İnsan qanı ilə qidalanan “vampir bakteriyalar” - Kimlər risk altındadır?
Bu gün, 13:01
Nazir müavini təyin olunan Axundov kimdir? – DOSYE
Bu gün, 13:00
Qərbin vasitəçiliyi: Boş-boş danışıqlar və... - FAKT BUDUR!
Bu gün, 12:57
40-a yaxın müdir işdən çıxarılıb, 200-ə yaxını isə... - RƏSMİ
Bu gün, 12:51
Rusiya sülhməramlılarının Azərbaycandan çıxması prosesi davam edir
Bu gün, 12:02
Sürücülərin NƏZƏRİNƏ: Bu yol üç gün bağlı olacaq - FOTO
Bu gün, 11:55
Bakının bu ərazisində söküntü: Bina tikiləcək - VİDEO
Bu gün, 11:49
Nazirə yeni müavin təyin edildi - SƏRƏNCAM
Bu gün, 11:23
İcra ediləcək yeni layihə 230 min hektar əkin sahəsini əhatə edəcək
Bu gün, 10:49
Biləsuvarda gündəm olan molla: Oxunan Qurandır, ya mahnı? - VİDEO
Bu gün, 10:39
Azərbaycanda şəxsiyyət vəsiqələri ilə bağlı YENİLİK - VİDEO
Bu gün, 10:05
Bu şənbə Bakıda iməcilik keçiriləcək
Bu gün, 09:56
Avro və lirə bahalaşdı
Bu gün, 09:50
Urmiya gölünün son peyk görüntüsü - FOTO
Bu gün, 09:18
Fransanın Qafqaz planı iflasa uğrayır: Parisin Bakıya təzyiq cəhdləri boşa çıxır
Bu gün, 09:17
Bu yolda qəza: uzun tıxac yarandı - FOTO
Bu gün, 09:00
Bu gün Başlıbel faciəsinin ildönümüdür
Dünən, 16:00
Qiyamətdən qurtuluş üçün zərdab - NƏ BAŞ VERİR?
Dünən, 15:30
Bu atəşin Cənubi Qafqaza və Türkiyəyə sıçrama ehtimalı var - GƏLİŞMƏ
Dünən, 14:22
İrəvan Bakının təklifini qəbul etməyə məcburdur - Əks halda...
Dünən, 14:07
Kremldən sülhməramlıların Azərbaycandan çıxarılması ilə bağlı RƏSMİ AÇIQLAMA
Dünən, 13:42
Qərb Azərbaycanı seçir, Ermənistan isə… - Arakelyan
Dünən, 12:21
Paşinyan Azərbaycan kəndinə gəldi